Bagla

Həkimdən soruş

Hekimden sorus







Həki̇mləri̇n rastlaşdığı ən qorxunc futbol travmaları

Futbol haqlı olaraq bütün dünyada ən baxımlı, sevilən və geniş yayılmış idman növlərindən biridir. İngiltərədə yaranıb əvvəlcə qədim ingilis koloniyaları olan Hindistan və Avstraliyada, sonra sürətlə bütün dünyada yayıldı.

 

Futbol ən təhlükəli və təmaslı idman növü olmasa da, peşəkar futbolistlərin aldığı zədələr bəzən öz ağırlığı və mürəkkəbliyi ilə mat qoyur. Əlbəttə, onların çoxu oyunçunun həyatına təhlükə törətmir, lakin bəziləri futbol karyerasının bitməsinə, ömürlük əlilliyə, hətta amputasiyaya gətirib çıxara bilər. Məhz buna görə bütün cid­di futbol yarışlarının tibbi müşayiəti ən çətin zədələrin öhdəsindən maksimal dərəcədə opera­tiv və effektiv şəkildə gələ bilən təcrübəli və yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir. Çünki ilk baxışdan böyük idmanla uyğun gəlməyən zədələrdən sonra peşəsinə qayıtmış yüzlərlə oyunçuya kömək olan məhz həkimlərin iti reaksiyası olub.
Söhbət həmin hadisələrdəndir.

 

Edvald Linen
Zahirən çox qorxunc, amma təqdim olunan siyahının ən təhlükəlisi olmayan zədələnmə 1981-ci ildə futbolist Edvald Linenin bəxtinə düşdü. “Verder” və “Borussiya” arasındakı matç zamanı qaydanı pozan Norbert Ziqman butsanın metallik dişləri ilə Linenin ayağına güclü zərbə yetirir və nəticədə, ayağın üzərində idmançının əzələ toxumasını sıyıran 25 santimetrlik açıq yara əmələ gəlir.

 

Ağrı şoku keçirən Linen vəziyyəti daha da ağırlaşdırır, atılıb rəqib komandanın məşqçisinin yanına gedir və onu qeyri-idman davranışda itti­ham edir. Yaranın kənarları daha da ayrılır və ciddi qanaxma başlayır, amma özünü yetirən həkimlər pasiyenti vaxtında reanimasiya edir, ağrıkəsicilər vurub 23 tikiş qoyur. Təcrübəli mütəxəssislərin operativ yardımı artıq üç həftədən sonra Edvald Linenə məşqlərini davam etməyə, tezliklə də meydançaya qayıdıb hələ bir çox iri matçlarda oynamağa kömək etdi.

 

Eduardo Da Silva
Hətta təkrar translyasiya edilməyən ən dəhşətli zədələrdən birini “Arsenalın” oyunçusu Eduardo Da Silva almışdır. “Birmingemə” qarşı oyunda Eduardo yüksək sürətdə rəqib komandanın oyunçusu Martin Teylorun yetirdiyi birbaşa zərbənin nəticəsində çox qorxunc açıq sınıq, demək olar ki, qopmuş pəncə zədəsi alır. Operativ yardım göstərən həkimlərin məharəti artıq salamat qalacağına ümid qalmayan ayağı xilas edir. Bir neçə mürəkkəb əməliyyatlardan və bir il reabilitasiyadan sonra Eduardo meydançaya qayıda bilir.

 

Aaron Remsi
Daha bir təhlükəli travma “Arsenalın” başqa bir gənc oyunçusuna “qismət olub”. “Stouka” qarşı matçda aldığı ikili ağır sınıq amputasiya ilə nəticələnə bilərdi. Əgər təcrübəli həkimlər idmançıya tez və savadlı yardım göstərməsəydi. Əlbəttə, bu cür travmadan sonrakı reabilitasiya prosesi çətin oldu, amma ayağın salamat qalması faktı əsl tibbi möcüzəyə çevrildi.

 

Françesko Totti
Oxşar hadisələrdən biri 2006-cı ildə “Romanın” “Empoli”yə qarşı matçında baş verdi. “Roma”nın lideri ikili travma alır, kiçik baldır sümüyü sınır, sonra yerə enərkən sol pəncənin bağları qırılır. Növbəti dəfə futbolisti xilas edən yalnız operativ tibbi yardım oldu ki, ondan sonra aparılan nisbətən uzun bir əməliyyat futbolistə böyük futbola qayıtmaq fürsəti verdi.

 

Cibril Sisse
Futbol tarixində ən ciddi zədələrdən birini 2004-cü ildə “Liverpul” ilə “Blekbern” arasındakı matçda qaradərili fransız futbolçusu Cibril Sisse almışdır. Bədbəxt hadisə nəticəsində Sisse ikili yerdəyişən baldır sınığı alır. Travma o qədər ciddi olur ki, sümük qan dövranını pozur və həkimlər tez müdaxilə etməsəydi, bir neçə dəqiqədən sonra ətrafın amputasiyasından başqa əlac qalmayacaqdı.

Bu əməliyyat hələ də bu qədər məhdud şəraitdə və bu qədər qısa bir müddətdə aparılmış ən uğurlu cərrahi müdaxilələrdən biri sayılır. Maraqlıdır ki, bu cür mühüm zədəyə baxmayaraq, Sisse dəmir iradə göstərərək və ağrılı fizioterapiya kursu keçərək artıq mövsümün sonunda meydançaya qayıdır.

 

Henrik Larson
Ən yaxşı avropalı futbolistlərdən biri Henrik Larson oyunların birində mürəkkəb ikili sınıq zədəsi alır. Travma o qədər geniş olmuşdur ki, hətta həkim müsbət nəticə vəd etmirdi, amma əllərindən gələni edirlər. Bu, Henrikin artıq 9 aydan sonra böyük idmana qayıtmasına və bu günə kimi oynamağına bəs edir.


 2467    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *