Bagla

Həkimdən soruş

Hekimden sorus







Həmişə və hamının, yaşlının və cavanın çarəsidir PANANGİN

Son zamanlar makro- və mikroelementlərin bioloji rolunun öyrənilməsi, onların xəstəlikönü vəziyyətlərin yaranmasında, xəstəliklərin etiologiyası və patogenezində iştirakına qarşı maraq xeyli artmışdır.

 

Kalium və maqnezium orqanizmin element tərkibinin 99%-ni təşkil edən 12 əsas ionlara aiddir, normal həyat fəaliyyətini qoruyan, orqanizmin böyüməsi və inkişafı üçün zəruri olan əsas fizioloji və biokimyəvi reaksiyalarda iştirak edir. Başqa mikroelementlər kimi, onları da insan su və qida­dan alır. Mikroelementlərin mövcudluğu qida məhsullarından və həzm, sidik-ifrazat, endo­krin və orqa­niz­min başqa sistem­lərin­dən asılıdır. Maqnezium və kalium defisiti mədə-bağırsaq traktı və sidik-ifrazat sistemi ilə ifrazın artması və ya azalması zamanı və fiziki aktivlik, stres vəziyyətləri, hamiləlik, laktasi­ya ilə əlaqədar artan istehlak zamanı inkişaf edir.

 

Defisit simptomları müxtəlif və qeyri-spesifikdir: əzələ spazmları, qıcolmalar, yüksək yorğunluq, baş ağrısı, tez yorulma, yaddaşın zəifləməsidir. Qarın ağrıları, köp, qarın işləməsi və qəbizlik, bronx əzələləri spazmı, təngnəfəslik, ödemlərin əmələ gəlməsi çox vaxt orqan və toxumalar­da maqne­zium və kaliumun azal­ma­sı ilə bağlı olur. Sübut olundu ki, maqnezium çatışmazlığı şəraitində stres və infeksiya təsirinə qarşı davamsızlıq yara­nır.

 

Kalium və maqnezi­um çatış­mazlığı arteri­al hiper­tenzi­yanın, koronar aterosklerozun, ürək ritmi pozulmasının, mio­kard disfunksiyasının inkişaf etməsinə səbəb ola bilər. Bu patoloji halların qarşısını almaq hər birimiz üçün və bütövlükdə cəmiyyət üçün vacibdir. Ürək-damar xəstəlikləri təkcə bizdə deyil, bir çox inkişaf etmiş ölkələrdə ölüm səbəbi kimi aparıcı rol oynayır.

 

Kalium və maqneziumla zəngin olan ərzaqlardan banan, qaysı qurusu, salat yarpaqları, dəniz məhsulları, kartof, qoz və şokoladın adını çəkmək olar. Bu məhsulların pəhrizinizə daxil edilməsi məsləhətdir, amma, məsələn, sutkalıq kalium normasını təmin etmək üçün altı banan yemək lazımdır. Bu kifayət qədər çoxdur və çətin ki, kimsə hər gün bu qədər banan yesin. Bu hallarda köməyimizə PANANGİN kimi preparatlar çatır (macar əczaçılıq şirkəti “Gedeon Richter”). Preparatın tərkibindəki mikroelementlər asan mənimsənilən orqanik formada – asparaginat duzları qismində mövcuddur. Bu, aşağıdakı məqsədli effektlər almaq üçün mikroelementlərin tarazlaşdırılmış dozada istifadə edilməsinə imkan yaradır:
• kalium və maqneziumun bağırsaqda sorulmasını artırır;
• kalium və maqneziumun onların təsir nöqtəsinə (hüceyrənin daxilinə) çatmasına vasitəçilik edir;
• hüceyrələrdə energetik ATF molekullarının sintezində iştirak edir.

 

Artıq 50 ildən çoxdur ki, PANANGİN bizim dərman bazarında mövcuddur. Onu terapevtik janrın klassikası adlandırmaq olar. İllər ərzində PANANGİNin aktuallığı heç də azalmayıb, əksinə, bu gün mütəxəssislər oxşar tərkibli, xüsusiyyətli və təsir mexanizmli preparatların profilaktik istifadəsi və farmakoterapiya sxemlərinə tətbiqi zərurətinə əmindir.

 

Beləliklə, PANANGİNin tərkibinə insan üçün iki həyati vacib mikroelement – kalium və maqnezium, daha doğrusu, onların aktiv birləşmələri olan kalium asparaginat və maqne­zium asparaginat kombinasiyası (müvafiq olaraq 158 və 140 mq, adekvat dozada 36,2 mq kalium və 11,8 mq maqnezium) daxildir. Əlbəttə, PANANGİNin əsas tətbiq sahəsi kardiologiyadır, çünki kalium və maqnezium ürəyin stabil fəaliyyəti üçün həyatı vacib elementlərdir. Bu, sağlam ürək elementləridir.

Qeyd edək ki, bu yaxınlarda Kalium və Maqnezium ilə preparatın yeni gücləndirilmiş forması yaradılmışdır – PANANGİN FORTE. Bir tabletin içində iki dəfə çox mikroelement var, bu isə gün ərzində qəbul edilən tabletlərin sayını azaltmağa imkan verir.

Bu məqalə informativ xarakter daşıyır. Məqalə mütəxəssis məsləhətini əvəz edə bilməz. Sağlamlığınızla bağlı suallar yaranırsa, həkiminizlə məsləhətləşin.


 12609    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *