Bagla

Həkimdən soruş

Hekimden sorus







Hind möcüzəsi. Görəsən, bu ölkədə də korona özünü təsviyə etdi?

 

Kovid törədicisinin Yaponiyada öz-özünə ləğv olunması xəbərindən sonra oxşar xəbər Hindistan­dan gəldi. Yadımızdadır ki, hələ yarım il əvvəl orada müdhiş vəziyyət hökm sürürdü, hər gün yüz minlərlə adam xəstələnirdi və xəstəxanaya düşə bilmirdi, yer yox idi.

 

Hindistandan çəkilən reportajları unutmaq çətindir. Xəstələr sutkalarla xəstəxana qarşısında birbaşa maşında oksigen alırdı, hospitallarda boş çarpayı yox idi. Hər yerdə dəfn tonqalları alovlanırdı. Bu, əsl apokalipsisə bənzəyirdi. Bəs nə oldu, indi həmin Hindistan möcüzəli şəkildə kovidi üstələdi? Xəbərlərdə deyildi: “Şənbə günü, dekabrın 4-ü, Hindistanda cəmi 8 603 nəfərdə koronavirus təsdiqləndi. Əhalisi bir milyardı ötmüş dövlət üçün bu rəqəm riyazi xəta səviyyəsindədir, ölənlərin sayı – 0. Əhalinin 33,6%-i peyvənd olunmuşdur”.

 

Yapon fenomeni haqda ölkənin məşhur alim-virusoloqu xəbər verdi. Lakin heç bir hindli alim oxşar xəbərlə çıxış etmədi.

 


Hindistanda kovid üzərində çalınmış “qələbə­nin” şöhrəti qismən ivermektin preparatının aya­ğına yazıldı. Rəsmi tibb bu infeksiyaya qarşı həmin preparatın istifadəsini qəbul etmir, lakin Hindistanın bir çox ştatlarında istifadəsinə icazə verilib.

 

Bu dərman xəstəliyin profilaktikası deyil, müalicəsi məqsədi ilə istifadə edilir. Preparat nə vaksinasiyanı, nə sosial məsafə tədbirlərini əvəz etmir. Yəni fərz etsək ki, ivermektin işləyir, bu halda o yalnız ölüm səviyyəsinə təsir edə bilər, xəstələnməyə yox. Çoxları bu dərmana tərəf çıxır, simptomların yüngülləşdiyini və vəziyyətin asanlaşdığını təsdiq edir. Onun virus əleyhinə təsirini izah etmək çətindir, çünki bu parazitəqarşı vasitədir. Qurdlar və həşəratların törətdiyi parazi­tar xəstəliklərin müalicəsində istifadə olunur. Lakin məsələ tibbi tədqiqatların aparılmasını tələb edir.


 635    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *