Bagla

Həkimdən soruş

Hekimden sorus







Hormonlar faktlarda

Ən çox yayılmış hormonal xəstəlik

Diabet dünyada ən çox yayılmış endokrin (hormonal) pozuntudur. Dünya əhalisinin 8%-i bu xəstəlikdən əziyyət çəkir.


Sidiyin dadı diaqnozu təyin edir

Qədim Yunanıstanda Hippokrat pasientlərinə diaqnoz qoyarkən sidiyinin dadına baxırdı. Diabetiklərin sidiyi şirin dadırdı.

 

Hormonlar və alkoqol

Alkoqol orqanizmdə antidiuretik hormonun hasilatını azaldır. Bu hormon isə böyrəklərin suyu orqanizmdə saxlamaq qabiliyyətinə cavabdehdir. Məhz buna görə insan içki içəndə sidik ifrazı orqanizmi susuzlaşdırır.

 

Hormon hasilatı

Əsas səkkiz hormonu istehsal edən daxili sekresiya vəziləri hormon hasil edən yeganə orqanlar deyil. Misal üçün, qadın cifti estrogen və prohesteron sintez edir, mədədə isə aclıq hissi oyadan qrelin hormonu hasil olunur.

 

Vitamin D və testosteron

Alimlər D vitamini ilə testosteron arasında müsbət korrelyasiya aşkar etmişdir. Başqa sözlə, qaralmaq (gündən) testosteronu artırır.

 

Gün rejimi və hormonlar

Tədqiqatlar göstərir ki, elektronikasız keçirilmiş 1 həftə insan orqanizminə əhəmiyyətli dərəcədə təsir edir. Bioloji saatlar yenidən qurulur, melatonin hormonu isə (yuxuya cavabdehdir) günəşin çıxması və batması ilə sinxronlaşır.

 

Qucaq – hormonlar – sağlamlıq

Məlum olmuşdur ki, qucaqlaşma vaxtı istehsal olunan oksitosin hormonu şişkinliyi azaldır və bədən yaralarını sağaltmağa kömək edir. Şimali Karolina universitetinin tədqiqatçıları aşkar etmişdir ki, 20 saniyəlik qucaqlaşma qanda oksitosin miqdarını xeyli artırır və ürək-damar xəstəliklərinin yaranma ehtimalını azaldır.

 

Qadın göz yaşları

İsrailin Veysman institutunun alimləri aşkar etmişdir ki, qadın göz yaşlarının qoxusu kişilərdə testosteron səviyyəsini azaldır.

 

Sevgi bir narkotikdir

Aşiq olmuş insanın beynində narkotik qəbulundan sonra əmələ gələn hormonlar hasil olunur (dofamin, noradrenalin, serotonin).

 

Yuxusuzluq və sağlamlıq

İnsan orqanizmi yuxusuzluğu toplayır. Bu, o deməkdir ki, son 3 sutka ərzində hər dəfə 10 saat yatan adamın hormonları sutkada cəmi 3 saat yatdığı əvvəlki həftədən hələ özünə gəlməyib. Nəticədə, bu, piylənməyə, ürək-damar xəstəliklərinə və başqa neqativ fəsadlara gətirib çıxarır.

 

Hormonlar və oyanıqlıq vəziyyəti

Qadınlar kişilərə nisbətən daha uzun müddət oyanıq vəziyyətdə qalır. Səbəb isə odur ki, onların sinir və endokrin sistemi daha uzun müddət “aktivdir”, yəni qadınlarda sinir sisteminin fəaliyyəti hormonal durumundan çox asılıdır.

 

İnsulin

Yuxusuz keçirilmiş cəmi bir gecə insulinə qarşı rezistentlik yarada bilər. 2-ci tip şəkərli diabetin əsas yaranma səbəblərindən biri də məhz budur.

 

Hamiləliyə qarşı tabletlər

Cinsi aktdan sonrakı ertəsi gün qəbul olunan hamiləlik əleyhinə tabletlər düşüyə səbəb olmur, sadəcə, ovulyasiyanı pozmaqla mayalanmanın qarşısını alır. Onların tərkibində daha yüksək dozada adi oral kontraseptivlərin tərkibindəki hormonlar var.

 

D vitamini

D vitamini hormon funksiyası daşıyan yeganə hormondur. D vitamini çatışmazlığı bir sıra problemlər yaradır, o cümlədən şizofreniya və depressiyaya səbəb olur.

 

Androgenlərə qarşı həssaslıq sindromu

Bu sindrom kişilərin kişi hormonların təsirinə qarşı genetik davamlığı vəziyyəti ilə bağlıdır. Bu, o deməkdir ki, kişinin fiziki əlamətləri qadına, genləri isə kişiyə xasdır.


 129    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *