

Bu gün Milli Məclisin deputatı Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov Türkiyənin Azərbaycandakı səfirliyində olmuş və Türkiyənin Azərbaycandakı böyük elçisi Cahid Baxçı ilə görüşmüşdür. Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət diləyərək, xalqımızın adından dərin hüznlə baş sağlığı vermişdir.
Qardaş Türkiyədə zəlzələ nəticəsində baş verən faciə Azərbaycanı da yasa boğub. Xalqımız türkiyəli qardaşlarımızın acısını bölüşür, dərdinə şərik olur, onlara hər cür arxa-dayaq olmağa çalışır. Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycan xalqı da fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini dərin hüznlə yad edir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Bir cavab yazın