

REA-nın (Rusiya Elmlər Akademiyası) linqvistləri koronavirus zəmanəsinin rus dili lüğətini yaratmışdır. 550 səhifəlik lüğət 2020-2021-ci illərdə yeni yaranmış ya aktuallaşmış 3,5 min yeni sözdən, sabit söz birləşməsi və frazeologizmlərindən ibarətdir
Зумбариться – kompüter servisi Zoom vasitəsi ilə ünsiyyət qurmaq.
Карантец – karantinin son dərəcə ağır fəsadları (карантин + капец).
Вакхцина – koronavirus infeksiyasından sağaldan vasitə olduğu güman edilən alkoqol içki (Вакх – qədim yunan mifologiyasında şərab və şərabçılıq tanrısı + вакцина)
Коронашашлычник – izolyasiya rejimini və ciddi karantini pozan şəxs.
Maskarad – adətən, kovid-dissidentlər arasında koronavirus infeksiyası pandemiyası dövründə maskadan istifadə.
Зум-русалка – geyimində rəsmi (ekranda görünən hissə) və qeyri-rəsmi tərzləri birləşdirən video-konfrans-əlaqə iştirakçısı (Zoom servis)
Сковидиться – 1. Koronavirus infeksiyasına yoluxmaq, xəstələnmək;
2. Koronavirus infeksiyasından ölmək;
3. Həyatını bitirmək, yaşamağa son qoymaq.
Карантикулы – 2020-ci ilin mart-aprel aylarında rəsmən qeyri-iş günü elan edilmiş izolyasiya dövrü (карантин + каникулы).
Ковидёнок – 1. Koronavirus infeksiyası pandemiyası dövründə doğulmuş heyvan balası;
2. Doğuluşu koronavirus infeksiyası dövrünə təsadüf edən uşaq.
Ковидарня – koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan stasionar.
Заквартирье – izolyasiya, karantin dövründə mənzildən kənar məkan.
Вентилятор – ağciyərlərin süni ventilyasiyası aparatı haqqında.
Инфейксийа – koronavirus infeksiyası haqqında yəqin olmayan məlumat (инфекция + фейк).
Застрянец – pandemiya elan edildikdən sonra aviauçuşların dayandırılması səbəbindən müvəqqəti ölkə xaricində qalanlar.
Короноик – koronavirus infeksiyasına yoluxmaqdan qorxanlar, profilaktik tədbirlərə həddən artıq riayət edənlər.
Bir cavab yazın