Bagla

Həkimdən soruş

Hekimden sorus







SAXTA İXTİSASLARIN AÇIQ İFŞASI

Vəfa Həsənova

Həkim-mikrobioloq və qida üzrə keyfiyyət mütəxəssisi

 

Son dövrlərdə dünyada ixtisaslaşmış sahələrə yanaşma dəyişir. Cyberspace Administration of China tərəfindən qəbul edilən qaydalara əsasən, tibb, qida, hüquq və digər sahələrdə çıxış edən şəxslərdən rəsmi təhsil və sübut tələb olunur. Çünki bu sahələr səhvi qəbul etmir.

 

Amma gəlin reallığa baxaq. Bu gün bizdə ciddi bir problem var — saxta ixtisas və saxta mütəxəssis anlayışı.

 

 

Aşağıdakı hallarla tez-tez qarşılaşırıq: 

Adi bir sertifikatla özünü “qida mütəxəssisi” kimi təqdim edənlər… 

Amma çıxıb dezinfeksiya və kimyəvi maddələr haqqında danışırlar… 

Qidanın zərəri və faydası barədə elmi əsası olmadan fikir yürüdürlər…

İnsanlara arıqlamaq üçün “məsləhətlər” verir, diyetlər yazırlar…

 

 

Tibb bacısı çıxıb qida texnologiyası və qida təhlükəsizliyi haqqında danışır…
İqtisadçı keyfiyyət sistemləri və sanitariya normaları barədə fikir bildirir…
Hüquqşünas zəhərli maddələr və onların təsiri haqqında “izah” verir…
Neft mühəndisi gəlib insanlara diyet proqramı qurur…

 

 

Bu nə deməkdir?
Bu — ixtisasın qarışdırılmasıdır.
Bu — məsuliyyətsizlikdir.
Bu — saxtakarlıqdır.
Çünki hər sahənin öz elmi bazası, öz normativləri və öz təcrübəsi var.
Qida təhlükəsizliyi — sadəcə yemək deyil.
Dezinfeksiya — sadəcə dərman səpmək deyil.
Laboratoriya — sadəcə rəqəm yazmaq deyil.

Bu sahələrdə səhv:
1. yanlış analizə,
2. yanlış qərara,
3. və ən təhlükəlisi — insan sağlamlığına zərərə səbəb olur.

 

 

Bu cür saxta yanaşmalar isə:
* insanları aldadır,
* bazarda keyfiyyətli xidmət göstərənlərin qarşısını alır,
ümumi sistemi zəiflədir.

Əsl mütəxəssis: öz sahəsindən kənara çıxmır, bilmədiyi mövzuda danışmır, dediyini elmi və praktiki olaraq sübut edir. 

Əgər bunlar yoxdursa — bu artıq mütəxəssislik deyil. Dünya bu problemi artıq qəbul edib və tədbirlər görür. Bizdə də bu yanaşma formalaşmalıdır. Çünki bu məsələ sadəcə bilik deyil — bu, insanların sağlamlığı və cəmiyyətin təhlükəsizliyidir.

Və sonda:
Hər sertifikat mütəxəssis etmir.
Hər danışan doğru danışmır.

 


 1100    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *