Bagla

Həkimdən soruş

Hekimden sorus







Sirli Koko Şaneldən 25 məsləhət

Koko Şaneldən bütün qadınların bilməsi vacib olan 25 məsləhət.
Seçimdə qalmısınızsa, paltarı seçin.

 

87 il ömür sürən Koko Şanel hər zaman eleqantlığı, dəyişməz gözəlliyi ilə bütün dünyanı heyran qoyub. Məşhur fransız modelyerin aforizmə çevrilən 25 məsləhətini sizə təqdim edirik:

1. Gözəllik kişilərin bizi sevməsi üçün, axmaqlıq isə bizim onları sevməyimiz üçün lazımdır.

 

2. 20 yaşında qadın təbiətin ona verdiyi, 30 yaşında özünün yaratdığı, 40 yaşında isə layiq olduğu simada olur.

 

3. Orijinallıqdan çəkinin. Qadının orijinallığı maskarada gətirib çıxara bilər.

 

4. Əvəzolunmaz olmaq üçün hər zaman dəyişmək lazımdır.

 

5. Kişilər yaxşı geyinən, amma çox da parlaq olmayan qadınları bəyənirlər.

 

6 .Özünə qayğı ürəkdən başlamalıdır, yoxsa heç bir kosmetika sənə kömək etməyəcək.

 

7. Kişinin həyatında yalnız bir qadın olur. Digərləri onun kölgəsidir.

 

8. Öz modasını yalnız gənc qızlar uydura bilər. Orta və yaşlı qadınlar üstünlük təşkil edən dəbə uymalıdırlar.

 

9. Qadın üçün əsas olan daima işləməkdir. Yalnız işləmək qadına ruh yüksəkliyi, mənəvi yüksəklik və bədən 
üzvlərinin qayğısına qalmağa imkan verir.

 

10. Parıltılı geyinən qadınların əhvalını pisləşdirmək çətindir.

 

11. Krujeva təbiətin ən gözəl fantaziyalı imitasiyasıdır. Amma incilər həmişə düzdür.

 

12. Qadınlar dəyişmək istəyir. Onlar yanlış düşünürlər. Xoşbəxtlik sabitlik və özünü olduğun kimi saxlamaqdadır. 

 

13. Əllər qadının vizit kartı, sinəsi onun vəsiqəsi, bədəni isə xarici pasportudur.

 

14. Vaxt sevmək və işləmək üçündür. Başqa şeylərə vaxt yoxdur.

 

15. Qadınlar gecə paltarlarını ərlərindən daha ehtiyatlı seçirlər.

 

16. Mən öz yolunda pul xərcləyən insanları yüksək qiymətləndirirəm. Xəsis insanlara ərə getməyin.

 

17. Qadınlar gülünc görünə bilər. Təbii ki, mən bəzi qadınları deyirəm. 

 

18. Əgər siz heç kimin əldə etmədiyini qazanmaq istəyirsinizsə, heç kimin edə bilmədiyini etməlisiniz.

 

19. Əgər qadın dəyişirsə, burda başqa səbəb axtarmaq lazım deyil. Bu ağıl və hislərin işidir.

 

20. Deyirlər ki, qadınlar öz qadın həmkarlarına görə geyinirlər. Bu, doğrudur. Amma əgər dünyada bir nəfər belə kişi qalmasaydı, qadınlar geyinməyi tamamilə dayandırardılar.

 

21. Kişi ilə paltar arasında seçimdə qalmısınızsa, paltarı seçin.

 

22.Yaraşıqlı kişi olmamalıdır. Çirkin kişi isə olmur. Ancaq az rəngli və isti şampan olur.

 

23. Paradoks o zaman yaranır ki, axmaq və qabiliyyətsiz kişi qadına qarşı daha çox iddia irəli sürür. 

 

24. Özünü cilovlaya bilmək, ağrını hiss etdirməmək ideal qadının xüsusiyyətləridir.

 

25. Cilvə-emosiyalar üzərində qələbənin səbəbidir.


 22    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *