Bagla

Həkimdən soruş

Hekimden sorus







Süni intellektin uşaqlar üzərində psixoloji təsiri: sosial münasibətlərin əvəzlənməsi perspektivindən yanaşma

 

Müasir dövrdə süni intellekt (Sİ) sistemlərinin təhsil, əyləncə və gündəlik həyat sahələrinə sürətli inteqrasiyası uşaqların psixososial inkişafına birbaşa təsir göstərir. AI texnologiyalarına əsaslanan oyunlar, virtual müəllimlər və interaktiv dost obrazlı proqramlar artıq uşaqların təcrübəsində gündəlik hala çevrilib. Bu vəziyyət psixoloji baxımdan həm imkanlar, həm də təhlükələr yaradır. Əsas diqqət süni dostluq münasibətinin uşağın real sosial əlaqələrə ehtiyacını nə dərəcədə əvəz edə biləcəyi məsələsinə yönələməlidir.

 

ƏLİYEVA RUHƏNGİZ MƏMMƏD qızı
Pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutu, Pedaqogika və psixologiya kafedrası, dos.

Bu gün dünyada ailələri narahat edən məsələ Azərbaycan ailəsində müasir dövrün problemlərindən sayılır. Süni intellekt (Sİ) problemi müasir dövrdə getdikcə aktuallaşan bir məsələdir. Bu məsələ texnoloji tərəqqinin ailə münasibətlərinə, valideyn-övlad əlaqələrinə, tərbiyə və ünsiyyət formalarına göstərdiyi təsirlərlə bağlıdır.

 

Süni intellektin (Sİ) cəmiyyət həyatına sürətlə inteqrasiyası ailə institutuna da təsirsiz ötüşmür. Azərbaycan kimi dəyərlərə əsaslanan cəmiyyətlərdə ailə birliyi, valideyn nüfuzu və tərbiyə sistemi ənənəvi əsaslara dayanır. Lakin SI texnologiyalarının yayılması bu ənənəvi strukturlarda yeni gərginliklər və dəyişikliklər yaradır ki, bu  da çox vacib və həssas mövzudur. “Uşaqlara süni dostluq verən süni zəka” məsələsi, təkcə texnoloji deyil, psixoloji, etik və mədəni nəticələr doğuran bir fenomendir.  Süni intellekt (Sİ) texnologiyalarının “süni dost” formatında uşaqlara təqdim olunması – məsələn, chatbotlar, robot köməkçilər, avatarlar və oyun içi rəqəmsal yoldaşlar – bir çox ailələr üçün cazibədar görünsə də, uzunmüddətli dövrdə uşağın psixososial inkişafına mənfi təsir göstərə bilər.

 

“Süni Dost” nədir? Süni dost – insan kimi davranan və uşağın emosional ehtiyaclarını qarşılamağa çalışan Sİ əsaslı proqram və ya cihazdır.

Süni intellekt təhsil sahəsində fərdiləşdirilmiş öyrənmə imkanları yaratsa da, onun emosional və sosial aspektləri hələ tam öyrənilməyib. Texnoloji “dostluqların” uşaqlarda yalnızlıqla müşayiət olunan saxta ünsiyyət ehtirası yaratdığı danılmazdır. UNESCO-nun (2021) hesabatlarında qeyd olunur ki, AI sistemləri insan münasibətlərinə bənzər cavablar verə bilir, lakin bu cavabların empati, anlayış və qarşılıqlı hörmət kimi sosial dəyərləri əvəz etməsi mümkün deyil. Uşaqlar erkən yaşlardan etibarən empatiya və sosial qarşılıqlılıq kimi bacarıqları sosial qarşılıqlı münasibətlərdə öyrənirlər. Lakin AI ilə qurulan münasibətlərdə bu qarşılıqlılıq real deyil – proqramlaşdırılmış davranışlara əsaslanır. Həqiqi Sosial Bacarıqların Zəifləməsi AI sistemləri uşağa daim pozitiv cavablar və yönləndirmə təqdim etdiyindən, uşaq real həyatda qarşılaşacağı konflikt və anlaşılmazlıqlarahazırlıqsız ola bilər. Bu isə: empati çatışmazlığına təklik və sosial izolasiya hissinə, sosial qorxu və passivliyə səbəb ola bilər.

 

 

Etibarın və Emosional Bağın Yön Dəyişməsi olduqca təhlükəli bir psixoloji haldır. Uşaq öz hisslərini paylaşdığı, onu “alqışlayan” süni intellekt sisteminə emosional bağlılıq qurur. Bu, bəzən real münasibətlərin yerini tutur və uşağın ailə, sinif və bərabər yaşlılarla ünsiyyət bacarığını zəiflədir.

 

Süni intellekt təhsil və texnoloji inkişaf baxımından uşaqlar üçün faydalı imkanlar yaratsa da, onun emosional əlaqə əvəzi kimi istifadəsi ciddi psixoloji risklər daşıyır. Uşaqlar AI sistemlərini dost kimi görməyə başlayanda bu onların real sosial münasibətləri qurmaq və qorumaq bacarığına mənfi təsir göstərə bilər.

 

AI sistemləri yalnız təlim aləti kimi istifadə olunmalı, emosionalehtiyacların əvəzləyicisi olmamalıdır.

 

 

Valideyn və müəllimlər uşağın AI ilə davranışını izləməli və emosional inkişafı dəstəkləyən canlı münasibətlərə şərait yaratmalıdır. Psixoloqlar və pedaqoqlar üçün AI ilə qarşılıqlı əlaqədə olan uşaqlar üçün sosial bacarıq təlim proqramları hazırlanmalıdır. Azərbaycan ailəsində SI-nin yaratdığı problemlərin həlli üçün aşağıdakılar tövsiyə olunur:

  • Valideynlər üçün təlimlər, resurslar hazırlanmalı və onların texnologiya savadı artırılmalıdır.
  • Rəqəmsal tərbiyə – uşaqlara texnologiya ilə etik və məsuliyyətli davranmağın öyrədilməsi
  • Qanunvericilik çərçivəsi – uşaqların rəqəmsal hüquqlarının qorunması və Sİ platformalarının tənzimlənməsi
  • Milli kontent – Azərbaycan dəyərlərinə uyğun Sİ məzmunlarının hazırlanması
  • Real münasibətlərin gücləndirilməsi
  • Uşaqlarla daha çox vaxt keçirmək, dialoqlara yer vermək
  • Hisslərini ifadə etməsinə şərait yaratmaq
  • Valideynlər üçün təlimlər, resurslar hazırlanmalı və onların texnologiya savadı artırılmalıdır.

 1319    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *