Bagla

Həkimdən soruş

Hekimden sorus







Vaksinasiya olunmuşlara buster dozanın vurulması zərurət deyil

 

Tam peyvənd olunmuş pasiyentlərə koronavirusa qarşı buster (əlavə) vaksin dozasının vurulması zəruri deyil. Bu bəyanatı Avropa dərman vasitələri agentliyi (EMA) və Avropa xəstəliklərə nəzarət və profilaktika mərkəzi birgə yaymışdır.

 

İlkin vaksinasiya çərçivəsində əlavə dozaların vurulması imkanı immun sistemi çox zəifləmiş pasiyentlər üçün baxılmalıdır. Tədqiqatçıların məlumatlarına əsasən, Avropa Şurasında istifa­dəsinə icazə verilmiş bütün vaksinlər normal immun sistemi olan insanları ağır gedişatlı COVİD-19 xəstəliyindən qoruyur.

 

Hazırda Avropa Şurasında dörd vaksinin istifadəsinə icazə verilib: Spikevax (“Spaykvaks”) – amerika şirkəti Moderna (“Moderna”), Comirnaty (“Komirnati”) – amerika şirkəti Pfizer (“Pfayzer”) və onun alman tərəfdaşı BioNTech (“Biontek”) şirkətinin birgə məhsulu, Vaxzevria (“Vakszervia”) – britaniya-isveç şirkəti AstraZeneca (“Astrazeneka”) istehsalı və amerika korporasiyası Johnson & Johnson (“Djonson ənd Djonson”) mənsub olan Janssen (“Yanssen”) şirkətinin koronavirusa qarşı vaksini.


 1148    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *