Bagla

Həkimdən soruş

Hekimden sorus







14 Noyabr Ümumdünya Diabet Gününə həsr olunan tədbir keçirilib

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşəbbüsü, Səhiyyə Nazirliyi, TƏBİB, Respublika Endokrinoloji Mərkəzi, Azərbaycan Diabet Liqasının birgə əməkdaşlığı ilə Ümumdünya Diabet Gününə həsr edilən tədbir keçirilib.

 

Tədbirdə Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri Məlahət İbrahimqızı, İlham Məmmədov, Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Nelli Veysova, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Respublika Endokrinoloji Mərkəzin direktoru Kəmalə Ağayeva iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan S.Babazadə əlamətdar günün mahiyyəti barədə ətraflı məlumat verərək bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə şəkərli diabet xəstəliyi ilə mübarizəyə diqqət çəkmək məqsədilə 1991-ci ildən etibarən hər il noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir.

 

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Azərbaycanda şəkərli diabet sahəsində dövlət səviyyəsində sistemli tədbirlərin 2005-ci ildən etibarən həyata keçirildiyini vurğulayıb:

“Həmin il təsdiqlənmiş “2005–2009-cu illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” bu sahədə ilk kompleks sənəd olub və xəstəliyin erkən aşkarlanması, insulinlə təminat, laborator nəzarət və maarifləndirmə tədbirlərinin vahid çərçivədə həyata keçirilməsini təmin edib. Sonrakı illərdə proqramın icrası yenilənmiş mərhələlərdə davam etdirilib. Dövlət siyasətinin hüquqi əsaslarını isə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu formalaşdırıb. Bu qanun şəkərli diabetli şəxslərin dövlət təminatı, tibbi xidmətlərə çıxış və sosial müdafiə mexanizmlərini müəyyən edərək, bu istiqamətdə mühüm hüquqi çərçivə yaradıb. Bu il TƏBİB olaraq ən vacib addımlardan birinə başladıq. Bu “Şəkərli Diabet üzrə Elektron yeni vahid elektron reyeyestri”nin tədbiqidir. Onun məqsədi sadəcə statistikanı toplamaq deyil. Biz xəstənin hər addımını – diaqnozdan müalicəyə, dərman təminatından illik müayinələrə qədər izləyə biləcək vahid sistem qururuq. Bu, həkimə pasiyenti daha dərindən tanımaq, dövlətə daha düzgün qərarlar vermək, vətəndaşa isə daha səmərəli və şəffaf xidmət almaq imkanı yaradacaq.

 

Eyni zamanda, bu sistem dərman təminatının idarə edilməsində, tibb müəssisələrinin hesabatlılığında keyfiyyətcə yeni mərhələ deməkdir. Biz artıq bu məlumatları real vaxtda görəcək, regionlar üzrə diabetin yayılma dinamikasını izləyə və ehtiyacları planlı şəkildə tənzimləyə biləcəyik”.

 

Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.

 


 164    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *