Bagla

Həkimdən soruş

Hekimden sorus







Vəfalı dost

İtlər sahiblərini heç bir qarşılıq gözləmədən sevirlər. İtlər dünyanın ən sadiq heyvanlarından biri olması ilə yanaşı ağıllı və bir o qədər də vəfalı heyvanlardır. İtlərdən bir çox sahədə istifadə edilir və çox sayıda it növləri var. İtlər cinsindən, növündən irqindən asılı olmayaraq, sahibinə qarşı demək olar ki eyni xarakterə sahibdirlər. İtlər sahiblərinə o qədər bağlıdırlar ki. hətta sahibi üçün ölümə belə gedə bilərlər. Amma bəzi insanlar itlərin bu xüsusiyyətlərindən istifadə edib, kef üçün və ya it döyuşlərindən gəlir əldə etmək üçün itləri döyüşdürürlər.

 

Bəlkə də bu itlər təbii vəziyyətdə qarşılaşsalar heç də bir birlərini didib – öldürəcək şəkildə döyüşməzlər.Ona görə ki itlərin çöldə – təbiətdə quruplar halında gəzirlər və hər qrupun özünə məxsus ərazisi olur.

 

İt döyüşləri qeyri qanuni olmaqla yanaşı yüksək pul cəzalarıda var.
İtlər o qədər vəfalıdırla ki, sahibləri itləri vurduqda belə qarşılıq vermirlər. Amma bəzi böyük it növləri, istəsələr dişləri ilə sahibini paraçalaya biləcək qədər gücə malikdirlər. Sahibinin yaraşıqlı, gözəl yaxud çirkin olması, uzun və ya qısa boylu olması, varlı ya da kasıb olması, əzələli-güclü ya da zəif olması itlərin heç ağlının ucundan belə keçmir. Cünki itlər axi sahiblərini heç bir qarşılıq gözləmədən sevirlər. İtlərin sahiblərindən gözlədiyi tək qarşılıq biraz sevgidir.

 

Bir itin orta hesabla ömrü hardasa 15 ildir. İt Almaq istəyənlər gərək bunu mütləq düşünməlidirlərr. Ona görə ki sahib dəyişdirmək itlər üçün ən çətin vəziyyətlərdən biridir. Hətta bəzi itlər sahibini uzun zaman görməyəndə, bir müddətlik yeyib içməkdən kəsilirlər. İtlər uzun müddət evdə tək qalmamalıdır. Çünki itlər ailə həyatını sevir və ailələri ilə birlikdə yaşamaq istəyirlər.

 

Tək bütün günü zəncirə bağlı qalan itlərin əhval ruhiyəsi aşağı ola bilir və bir müddətdən sonra psixoloji zədə ala bilirlər. Bu psixoloji zədələrdən nümunə versək insanlara və digər heyvanlara qarşı agressiya yaxud qorxaqlıq kimi arzu edilməz fəsadlar yarana bilir. Buna görə də it almazdan və ya sahiblənməzdən öncə 2 dəfə düşünmək lazımdır. Vəfalı dostlarımıza yetirə biləcəyimiz ən böyük zərərlərdən biri onları sahibindən ayırmaqdır.


 89    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *