20 sentyabr – 20 oktyabr 2024 tarixlərində Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi Elmi Təcrübə Mərkəzi və “Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiyasiyası” (BTMA) tərəfindən təşkil olunan “2-ci Beynəlxalq İntensiv Böyrək Transplantasiyası, Endourologiya, Laparoskopik Urologiya və Transplant Nefrologiya Kursu” uğurla davam edir.
12 oktyabr 2024-cü ildə DTX HTBİ rəisi, t/x general-mayoru Rüfət Əliyevin rəhbərliyi ilə kursun rəsmi açılış mərasimi keçirildi. Dövlət Təhlükəsiliyi Xidmətinin rəhbərliyinə, DTX Hərbi Tibb Baş İdarəsinin rəisi t/x general- mayoru Rüfət Əliyevə, Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bəhram Əşrəfxanova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə, millət vəkillərimiz Arzu Nağıyevə, İlham Məmmədova, Mərkəzi Asiya Tibb Universitetinin rektoru Nurillo Mamasadıqova, prof Murodjon Batırova verdikləri dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.
Bir cavab yazın