Bagla

Həkimdən soruş

Hekimden sorus







24 May – Ümumdünya şizofreniya günü

 

24 May Ümumdünya Şizofreniya Günü kimi qeyd edilir və bu münasibətlə “Gedeon Richter” şirkəti bu xəstəlik haqqında bir sıra təəccüblü faktlar toplamışdır:

Şizofreniya mürəkkəb psixi sinir xəstəliyidir və dünyada hər 100 nəfərdən biri, yəni təxminən 80 milyon insan bu xəstəlikdən əziyyət çəkir. İctimai şüurda və çox vaxt Hollivud filmlərində bu xəstəlik şəxsiyyətin ikiləşməsi və ya dissosiativ şəxsiyyət pozğunluğu ilə səhv salınır, lakin şizofreniya insanın şəxsiyyətin ikiləşməsindən əziyyət çəkməsi demək deyil. Beləliklə, köhnəlmiş və aktuallığını itirmiş “şüurun bölünməsi” termini şəxsiyyətin və ya özünüdərkin bölünməsi demək deyil, bu, daha çox xəstəliyi xarakterizə edən emosional, qavrayış və davranış funksiyalarının harmoniyasının pozulmasıdır. Təəssüf ki, əksər hallarda şizofreniya xəstəni bütün həyatı boyu müşayiət edir, lakin müasir dərmanlarla müalicəyə və dərmanlarla yanaşı tətbiq edilən dəstəkləyici terapiyaya kifayət qədər yaxşı cavab verir ki, nəticədə xəstələr aktiv, mənalı həyat yaşamaq imkanı əldə edirlər.

 

Şizofreniya təkcə xəstələr üçün deyil, həm də onların ailələri üçün ağır fiziki, sosial və psixi yükdür. “Gedeon Richter” şirkəti tərəfindən iki il əvvəl aparılmış beynəlxalq marketinq araşdırmasına görə (https://www.gedeonrichter.com/en/news/210216), dörd ölkədə: Macarıstan, Rusiya, Bolqarıstan və Çexiyada respondentlərin yarıdan çoxunun qeyd etdiyi kimi, ən çox rast gəlinən problemlərdən biri şizofreniya xəstələrinin ailə üzvlərinin məlumat çatışmazlığı ilə üzləşməsidir. Xəstəliyin sosial nəticələri də diqqətdən kənar qalmamalıdır: diaqnoz təyin edildikdən sonra ailə üzvləri tamamilə dəyişmiş bir vəziyyətlə üzləşirlər. Bunun bariz nümunəsi ondan ibarətdir ki, hər on qohumdan altısı öz işini itirməmək üçün mübarizə aparır və onların hər ikisindən birinin maddi vəziyyəti xeyli pisləşir.

 

“Gedeon Richter” şirkətinin fəaliyyət istiqamətlərindən biri psixi pozğunluqların müalicə edilməsidir, ona görə də, biz davamlı olaraq təhlükəsiz və effektiv dərman vasitələri ilə xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışırıq, həmçinin bu məqsədlə yaradılmış veb sayt (https://schizophrenia.life/public/) vasitəsilə xəstələrə, onlara qulluq edən şəxslərə və onların yaxınlarına etibarlı məlumatlar təqdim edirik. Şizofreniya xəstələrinin ailə üzvləri və onlara qulluq edən şəxslər üçün bu yaxınlarda hazırlanmış Candide Book (ingilis dilindən – Açıq Kitab) adlı kitabçanı da https://schizophrenia.life/public/caring-for-carers/the-candid-book/ saytından əldə etmək olar və bu kitabçada yer alan çoxsaylı praktiki məsləhətlər mürəkkəb məsələlərin həllinə kömək edir. Biz fəxr edirik ki, mütəxəssislərimiz tərəfindən şizofreniya xəstəliyinin müalicəsi üçün hazırlanmış preparat hazırda Avropa İttifaqının əksər üzv ölkələrində, ABŞ-da, eləcə də MDB-nin bir çox ölkələrində, o cümlədən Azərbaycanda mövcuddur və 2019-cu ildə Macarıstanda «İlin dərmanı» Mükafatı ilə təltif edilmişdir.


 532    PAYLAŞ |

“24 May – Ümumdünya şizofreniya günü” üçün bir cavab

  1. Nihad dedi ki:

    Reagila dermani məncə innovativ bir antipsixotik və neqativ simptomlarin aradan qaldirilmasinda evezidelmez dermandir

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *