
Amerika Birləşmiş Ştatlarında Ebola virusu yayılanda bu vəziyyətdən ciddi narahat olan bəzi sakinlər ifrat həyacan yaşayır və bunun da nəticəsində absurd hərəkətlər edirdilər. Məsələn, insanlar özlərini virusdan qorumaq üçün ağardıcı iynələr vururdular, tez-tez simli alətlər ifa edilən konsertlərdə olur, kobra ürəyi axtarırdılar. Maraqlıdır, görəsən keçmişdə belə xəstələrin müalicəsində hansı qeyri-standart metodlardan istifadə edilmişdir?

Böyük vəba dövrlərində yaşayan həkimlər üçün qoruyucu kostyumlar
1665-1666-cı illərdə London dəhşətli bir xəstəliklə – Böyük vəba ilə üz-üzə qaldı. Qısa müddət ərzində şəhərin əhalisinin təxminən 20 faizi öldü. Həmin zaman heç bir mütəxəssis xəstəliyin niyə ortaya çıxdığını, necə ötürüldüyünü və necə müalicə oluna biləcəyini söyləyə bilmədi. Belə bir halda hakimiyyətdə olanlar Londondakı bütün it və pişiklərin məhv edilməsinə əmr verdi. Bundan əlavə, paytaxt sakinləri tonqal qalamağa və siqaret çəkməyə məcbur edilirdilər.

Bilici qan alır (qan alınma)
İnsanlardan qan alınması tibbdə 19-cu əsrə qədər mövcud olan əsas metodlardan biri idi. Bu prosedur təziqi azaldırdı, xəstədə bir qədər rahatlama müşahidə olunurdu. Ancaq o dövrdə tez-tez qan alınmasının orqanizmə necə zərər verdiyini, zəiflətdiyini və onun xəstəliklərlə öz-özünə mübarizə aparmaq imkanından məhrum edildiyi haqda heç düşünmürdülər.

Diaforetik qan
Qan alınması hər zaman xəstələrə kömək etmirdi, amma həkimlər yenə də ümidlərini itirmirdilər və onlar yeni bir metoda əl atdılar-xəstəliyi insandan tər vasitəsilə çıxartmağa çalışırdılar. Bunun üçün xəstələrin istifadəsinə üzərinə döşək qoyulmuş isti borular olan xüsusi bir yataq verilirdi.

Mədənin pompalanması
O dövrlərdə səhv qidalanma, şübhəsiz ki, bir çox Avropa sakinlərinin sağlamlığına mənfi təsir göstərirdi. Artıq çəki həm də artrit kimi xəstəliklər yaradırdı. Onu da unutmaq lazım deyil ki, o zaman iltihab əleyhinə dərmanlar yox idi, steroid hormonlardan isə heç söz gedə bilməz. Tibb işçiləri xəstəni sözügedən zamanlarda sadə bir üsulla müalicə etməyə başlamışdılar – xəstəyə çoxlu miqdarda maye içirtməklə.

Əlləri divara zəncirlənmiş zehni sağlam olmayan qadın
Psixi xəstəliklərin mahiyyəti yalnız 19-cu əsrdə müəyyən edilmişdi. Keçmiş zamanlarda bu xəstəliyin dərmanlarla müalicə üsulları kəşf edilməmişdi. Nə yaxşı ki, ovsunlamaq xəstəyə kömək etməyin əsl yolu sayılmırdı, həm də xurafat hesab olunurdu.

“Sakitləşdirici kreslo” B.Raşa
Bu cihazın köməyi ilə ruhi xəstəliyi və şəxsiyyət pozğunluğu olan insanlar müalicə edilirdi. “Sakitləşdirici kreslo” əslində xəstəni sakitləşdirmirdi. Cihaz daha çox işgəncə alətinə bənzəyirdi və xəstəyə doğrudan da əziyyət verirdi.

“İspaniya” epidemiyası zamanı qripə qarşı maska
Barəsində söz açılan epidemiya dünya miqyasında 50 milyondan çox insanın həyatını məhv etdi. Birinci Dünya Müharibəsi illərində daha çox ölüm halları oldu. O dövrlərdə həkim və ya qəbir qazıyan tapmaq belə çətin idi. Buna görə də o zamankı mütəxəssislərin fikrincə, “İspan qripi” ndən qoruyan bir maska icad etdilər.

Qlikoheroin
Qlikoheroin əslində heroin əsaslı bir dərmandı. Belə bir dərmandan təxminən bir əsr əvvəl istifadə edilirdi. Onu kəşf edənlər heroinin morfini əvəz edə biləcəyinə inanırdılar. Qlikoheroini özlərində sınaqdan keçirən könüllülər və təcrübələrdə iştirak edənlər özlərini həqiqi “qəhrəman” adlandırırdılar. Gözləndiyi kimi dərman qəbul edildikdən bir müddət sonra ondan asılılığı olan bir çox insan meydana çıxdı. Onların səhhəti dəhşətli vəziyyətdə idi. Yalnız bundan sonra belə bir dərmanın isifadəsindən imtina edildi.

“Vitametr”
20-ci əsrdə də bir çox həkim təhlükəli və hətta fırıldaq müalicə üsullarına müraciət edirdi. Onlardan biri bütün xəstəliklərdən insanları guya xilas edən “vitametr”di. Cihazın ixtiraçısı Octaviu Pedroso, icad etdiyi texnologiyanın hər hansı bir xəstəliyi aşkarlaya və müalicə edə biləcəyini iddia edirdi.
Bir cavab yazın