Bagla

Həkimdən soruş

Hekimden sorus







Ötən əsrlərin qeyri-adi mualicə metodları

Amerika Birləşmiş Ştatlarında Ebola virusu yayılanda bu vəziyyətdən ciddi narahat olan bəzi sakinlər ifrat həyacan yaşayır və bunun da nəticəsində absurd hərəkətlər edirdilər.  Məsələn, insanlar özlərini virusdan qorumaq üçün ağardıcı iynələr vururdular, tez-tez simli alətlər  ifa edilən konsertlərdə  olur,  kobra ürəyi axtarırdılar. Maraqlıdır, görəsən keçmişdə belə xəstələrin müalicəsində hansı qeyri-standart metodlardan istifadə edilmişdir?

Böyük  vəba dövrlərində yaşayan  həkimlər  üçün qoruyucu  kostyumlar

1665-1666-cı illərdə London dəhşətli bir xəstəliklə – Böyük vəba ilə üz-üzə qaldı. Qısa müddət ərzində şəhərin əhalisinin təxminən 20 faizi öldü. Həmin zaman heç bir mütəxəssis xəstəliyin niyə ortaya çıxdığını, necə ötürüldüyünü və necə müalicə oluna biləcəyini söyləyə bilmədi.  Belə  bir halda  hakimiyyətdə olanlar Londondakı bütün it və pişiklərin məhv edilməsinə əmr verdi. Bundan əlavə, paytaxt sakinləri tonqal  qalamağa  və siqaret çəkməyə məcbur edilirdilər.

 

Bilici qan alır (qan alınma)

İnsanlardan qan alınması tibbdə 19-cu əsrə qədər mövcud olan əsas metodlardan biri idi. Bu prosedur  təziqi  azaldırdı, xəstədə bir  qədər  rahatlama müşahidə olunurdu. Ancaq o dövrdə tez-tez qan alınmasının orqanizmə necə zərər verdiyini, zəiflətdiyini və onun   xəstəliklərlə öz-özünə mübarizə aparmaq  imkanından  məhrum  edildiyi  haqda  heç  düşünmürdülər.

 

Diaforetik qan

Qan alınması hər  zaman  xəstələrə kömək etmirdi,  amma həkimlər yenə də ümidlərini  itirmirdilər və onlar yeni bir metoda əl atdılar-xəstəliyi insandan tər vasitəsilə çıxartmağa çalışırdılar. Bunun üçün xəstələrin istifadəsinə üzərinə döşək qoyulmuş isti borular olan xüsusi bir yataq verilirdi.

 

Mədənin pompalanması

O dövrlərdə səhv qidalanma, şübhəsiz ki, bir çox Avropa sakinlərinin sağlamlığına mənfi təsir göstərirdi. Artıq  çəki həm də artrit  kimi  xəstəliklər yaradırdı.  Onu da unutmaq lazım deyil ki, o zaman iltihab əleyhinə dərmanlar yox idi, steroid hormonlardan isə heç söz  gedə  bilməz. Tibb işçiləri xəstəni sözügedən zamanlarda sadə bir üsulla müalicə etməyə başlamışdılar – xəstəyə çoxlu miqdarda maye içirtməklə.

 

 Əlləri divara zəncirlənmiş zehni sağlam olmayan qadın

Psixi xəstəliklərin  mahiyyəti yalnız 19-cu əsrdə  müəyyən edilmişdi. Keçmiş zamanlarda bu xəstəliyin dərmanlarla müalicə üsulları kəşf edilməmişdi. Nə yaxşı ki, ovsunlamaq   xəstəyə kömək etməyin əsl yolu sayılmırdı, həm də xurafat hesab olunurdu.

 

“Sakitləşdirici kreslo” B.Raşa

Bu cihazın köməyi ilə ruhi xəstəliyi  və şəxsiyyət pozğunluğu olan insanlar müalicə edilirdi. “Sakitləşdirici kreslo” əslində xəstəni sakitləşdirmirdi. Cihaz daha çox işgəncə alətinə bənzəyirdi və xəstəyə doğrudan da əziyyət verirdi.

 

“İspaniya epidemiyası zamanı qripə qarşı maska

Barəsində söz açılan epidemiya dünya miqyasında 50 milyondan çox insanın həyatını məhv etdi.  Birinci Dünya Müharibəsi illərində daha çox ölüm halları oldu. O dövrlərdə həkim və ya qəbir qazıyan tapmaq belə çətin idi.  Buna görə də o zamankı mütəxəssislərin fikrincə, “İspan qripi” ndən qoruyan bir maska icad etdilər.

 

Qlikoheroin

Qlikoheroin əslində  heroin  əsaslı bir dərmandı.  Belə bir dərmandan təxminən bir əsr əvvəl istifadə edilirdi. Onu kəşf edənlər heroinin morfini əvəz edə biləcəyinə inanırdılar.  Qlikoheroini özlərində sınaqdan keçirən könüllülər  və təcrübələrdə iştirak edənlər özlərini həqiqi “qəhrəman” adlandırırdılar. Gözləndiyi kimi dərman qəbul edildikdən bir müddət sonra ondan asılılığı olan bir çox insan meydana çıxdı. Onların səhhəti dəhşətli  vəziyyətdə idi. Yalnız bundan sonra belə bir dərmanın isifadəsindən imtina  edildi.

 

“Vitametr”

20-ci əsrdə də bir çox həkim təhlükəli və hətta fırıldaq  müalicə üsullarına müraciət edirdi. Onlardan  biri  bütün xəstəliklərdən insanları guya xilas  edən “vitametr”di. Cihazın ixtiraçısı Octaviu Pedroso, icad etdiyi texnologiyanın hər hansı bir xəstəliyi aşkarlaya və müalicə edə biləcəyini iddia edirdi.


 218    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *