Bagla

Həkimdən soruş

Hekimden sorus







Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir

 

Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

 

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən təcrübəli həkim-terapevt, həkim-anestezioloq-reanimatoloq, həkim-otolarinqoloq, həkim-travmatoloq, həkim-cərrah, həkim-psixiatr, həkim-nevropatoloq, həkim-laborant, feldşer, laborant, tibb bacısı (qardaşı) ixtisasları üzrə işləmək hüququna malik Azərbaycan Respublikasının vətəndaşları tibb xidmətində çalışmaq üçün müsabiqəyə dəvət olunur.

 

Bildirilir ki, vakant ştat vahidləri cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının tibb xidmətlərindədir.

 

Müsabiqədə iştirak etmək üçün sənədlər Ədliyyə Nazirliyi Tibb baş idarəsinin inzibati binasında qəbul olunur (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 16 və 18)

 

email: medical.department@justice.gov.az

 

tel.: (012) 493-30-91

        (012) 493-06-50

 

Ədliyyə Nazirliyi


 962    PAYLAŞ |

üçün 2 cavab

  1. Babayev Ərani dedi ki:

    Mən Feldşer ixtisasini bitirmişəm 8 il DSX də hərbi Feldşer islemisəm halla hazırda Ədliyyə nazirliyində xidmət etməy istəyirem

  2. Rəna dedi ki:

    Dəri-zöhrəvi həkimi ixtisası üzrə 1997 ci ildə internatura nı bitirmişəm.
    Hal-hazırda Qobustan RMX PHŞ -in poliklinika şöbəsində həkim dermatoveneroloq ixtisası üz çalışıram.

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *