Bagla

Həkimdən soruş

Hekimden sorus







Qan faktlarda…

Faktlar mübahisəyə son qoyan ən gözəl sübutdur.

F.Düpanlu

 

Faktlar üçün insan dünyaya, fantaziyalar üçün dünya insana borcludur.

Hilbert Kim Çesterton

 

Bizim qanımız onun tərkibində oksigen daşıyıcısı olan dəmirin mövcudluğuna görə qırmızı rəngdədir. Bəzi hörümçəklərdə dəmir yerinə mis olduğundan onların qanı göy rəngdə olur.

Yaşlı insanın bədənində, onun ümumi çəkisinin 6-8%-i qədər (uşaqlarda 8-9%) qan dolaşır. Bu qanın 80%-ni su təşkil edir.

Kişilərdə, qadınlarla müqayisədə, 10% daha çox ebtrosit vardır.

Qan bədəndə yerinə görə fərqli sürətlə hərəkət edir. Arteriya­larda qan daha yüksək siirətlə – 1,8 km/saat dolaşır.

Qanın bədəndə tam bir dövranı üçün 60 saniyə lazımdır.

Orqanizmdəki qan damarları­nın uzunluğu təxminən 100 000 km-dir. (Yerin ekvatorunun uzunluğu 40 000 km-dir).

Qanı bədəndə hərəkət etdir­mək üçün ürək onu 9 metr hündürlüyə qaldıra biləcək bir təzyiq varadır.

Naməlum səbəblərə görə qa­dın orqanizmi köçürülmüş ürə­yi daha tez qədul edə bilir

Yüksək təzyiqli insanlar xər­çənglə az xəstələnirmiş.

İri damarın zədələnməsi za­manı insan daha tez ölə bilir. Amma ölümün səbəbi qan it­kisi deyil, ani azalan arteriyal təzyiq, baş beyinin anoksiyası və miokarddır.

Cəsəd qanı öz xüsusiyyətlərini itirmir. Konservləşdirilmiş cə­səd qanı hec bir qatqı əlavə edilmədən 3 həftəyədək saxla­nıla bilir. Cəsəd qanının köçü­rülməsi donor qanından 6 dəfə az fəsad verir. İlk dəfə cəsəd qanının köçürülməsini Sovet İttifaqında V.N.Şamov uğurla həyata keçirmişdin.

Qan, -196 dərəcədə 10 ilə qədər öz bioloji keyfiyyətlərini qoruyub saxlaya bilir.

Amerikalı həkim Rocer Li vo Dadli Vayt təcrübələrlə isbatla- mışlar ki, O(I) qan qrupunu istənilən qan qrupuna köçür­mək olar. AB(IV) qan qrupu­na isə köçürülmə üçün istənilən qan qrupu uyğun gələ bilər.

O(I)Rh- qan qrupuna sahib olanlar universal donor sayılırlar.

Donorun və resipientin qan qrupları uyğun olduqda qanköçürülmə zamanı heç bir mənfi reaksiya müşahidə edilmir, qan qrupu uyğun olmayanlardan qan köçürüldüyündə, qan hissəcikləri bir-birinə yapışaraq çökürlər ki, bu da sonunda, çox ağır fəsadlara səbəb olub, hətta ölümlə nəticələnə bilər. Lakin tarixdə belə faktlar da məlumdur ki, cənubi Amerika hinduları olan inklərdə qanköçürmə kimi bir adət mövcud olmuşdur. Və onlar bunu çox müvəffəqiy­yətlə həyata keçirirmişlər. İndi məlum olur ki, hindu qəbilələ­rində çox uzun illər yalnız bir rezuslu (müsbət rezus) və bö­yük əksəriyyətlə O(I) qan qru­pu mövcud olmuşdur. Odur ki, onların qan köçürmələri istəni­lən avropalıya qan köçürülmə­sindən müqayisə olunmayacaq qədər təhlükəsiz olub.

AB(IV)Rh+ qan qrupundan olanlar isə universial resipientdirlər – onlara bütün qan qrup­larından qan köçürtmək olar.

Hazırda tibb işçiləri qanköçürmələr zamanı eyni qan qruplulardan qan köçürtməyə üstün­lük verirlər. Bu qayda yalnız çox çıxılmaz vəziyyətlərdə po­zulur.

Makaka rezus meymunu

 

1940-cı ildə LandştaynerViner makaka rezus təcrübi meymunlarında o zamana qə­dər məlum olmayan eritrosit antigenlərini tapıb ona rezus adını verirlər.

Cənubi və şimali Amerika hin­dularının qan qrupu, demək olar ki, bir qan qrupundan – O(I) qan qrupundan ibarətdir.

Qan qrupu insanınn bütün hə­yatı boyunca dəyişməz olaraq qalır.

İnsanın qan rezusu da ömür bo­yu dəyişmir. Lakin elmə rezu sun dəyişməsi barədə yalnız bir istisna məlumdur. Bu hadisə 15 yaşlı avstraliyalı qız – Demi Li Brennanla bağlıdır. 2002-ci ildə ona qara ciyər köçürüldükdən sonra onun mənfi qan rezusu tez bir zamanda dəyişərək, müsbət rezus olmuşdur.

Hər il 14 iyun ümumdünya donor günü kimi qeyd olunur. Bu tarix qan qruplarının fərqli olduğunu kəşf edən avstriyali alim Karl Landştaynerin doğum gününün şərəfinə seçilib.

 

Sevda Tahirli

Biologiya elmləri namizədi

“Qanımızın səsi”

 


 3612    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *