

Faktlar mübahisəyə son qoyan ən gözəl sübutdur.
F.Düpanlu
Faktlar üçün insan dünyaya, fantaziyalar üçün dünya insana borcludur.
Hilbert Kim Çesterton
Bizim qanımız onun tərkibində oksigen daşıyıcısı olan dəmirin mövcudluğuna görə qırmızı rəngdədir. Bəzi hörümçəklərdə dəmir yerinə mis olduğundan onların qanı göy rəngdə olur.
Yaşlı insanın bədənində, onun ümumi çəkisinin 6-8%-i qədər (uşaqlarda 8-9%) qan dolaşır. Bu qanın 80%-ni su təşkil edir.
Kişilərdə, qadınlarla müqayisədə, 10% daha çox ebtrosit vardır.
Qan bədəndə yerinə görə fərqli sürətlə hərəkət edir. Arteriyalarda qan daha yüksək siirətlə – 1,8 km/saat dolaşır.
Qanın bədəndə tam bir dövranı üçün 60 saniyə lazımdır.
Orqanizmdəki qan damarlarının uzunluğu təxminən 100 000 km-dir. (Yerin ekvatorunun uzunluğu 40 000 km-dir).
Qanı bədəndə hərəkət etdirmək üçün ürək onu 9 metr hündürlüyə qaldıra biləcək bir təzyiq varadır.
Naməlum səbəblərə görə qadın orqanizmi köçürülmüş ürəyi daha tez qədul edə bilir
Yüksək təzyiqli insanlar xərçənglə az xəstələnirmiş.
İri damarın zədələnməsi zamanı insan daha tez ölə bilir. Amma ölümün səbəbi qan itkisi deyil, ani azalan arteriyal təzyiq, baş beyinin anoksiyası və miokarddır.
Cəsəd qanı öz xüsusiyyətlərini itirmir. Konservləşdirilmiş cəsəd qanı hec bir qatqı əlavə edilmədən 3 həftəyədək saxlanıla bilir. Cəsəd qanının köçürülməsi donor qanından 6 dəfə az fəsad verir. İlk dəfə cəsəd qanının köçürülməsini Sovet İttifaqında V.N.Şamov uğurla həyata keçirmişdin.
Qan, -196 dərəcədə 10 ilə qədər öz bioloji keyfiyyətlərini qoruyub saxlaya bilir.
Amerikalı həkim Rocer Li vo Dadli Vayt təcrübələrlə isbatla- mışlar ki, O(I) qan qrupunu istənilən qan qrupuna köçürmək olar. AB(IV) qan qrupuna isə köçürülmə üçün istənilən qan qrupu uyğun gələ bilər.
O(I)Rh- qan qrupuna sahib olanlar universal donor sayılırlar.
Donorun və resipientin qan qrupları uyğun olduqda qanköçürülmə zamanı heç bir mənfi reaksiya müşahidə edilmir, qan qrupu uyğun olmayanlardan qan köçürüldüyündə, qan hissəcikləri bir-birinə yapışaraq çökürlər ki, bu da sonunda, çox ağır fəsadlara səbəb olub, hətta ölümlə nəticələnə bilər. Lakin tarixdə belə faktlar da məlumdur ki, cənubi Amerika hinduları olan inklərdə qanköçürmə kimi bir adət mövcud olmuşdur. Və onlar bunu çox müvəffəqiyyətlə həyata keçirirmişlər. İndi məlum olur ki, hindu qəbilələrində çox uzun illər yalnız bir rezuslu (müsbət rezus) və böyük əksəriyyətlə O(I) qan qrupu mövcud olmuşdur. Odur ki, onların qan köçürmələri istənilən avropalıya qan köçürülməsindən müqayisə olunmayacaq qədər təhlükəsiz olub.
AB(IV)Rh+ qan qrupundan olanlar isə universial resipientdirlər – onlara bütün qan qruplarından qan köçürtmək olar.
Hazırda tibb işçiləri qanköçürmələr zamanı eyni qan qruplulardan qan köçürtməyə üstünlük verirlər. Bu qayda yalnız çox çıxılmaz vəziyyətlərdə pozulur.

Makaka rezus meymunu
1940-cı ildə Landştayner və Viner makaka rezus təcrübi meymunlarında o zamana qədər məlum olmayan eritrosit antigenlərini tapıb ona rezus adını verirlər.
Cənubi və şimali Amerika hindularının qan qrupu, demək olar ki, bir qan qrupundan – O(I) qan qrupundan ibarətdir.
Qan qrupu insanınn bütün həyatı boyunca dəyişməz olaraq qalır.
İnsanın qan rezusu da ömür boyu dəyişmir. Lakin elmə rezu sun dəyişməsi barədə yalnız bir istisna məlumdur. Bu hadisə 15 yaşlı avstraliyalı qız – Demi Li Brennanla bağlıdır. 2002-ci ildə ona qara ciyər köçürüldükdən sonra onun mənfi qan rezusu tez bir zamanda dəyişərək, müsbət rezus olmuşdur.
Hər il 14 iyun ümumdünya donor günü kimi qeyd olunur. Bu tarix qan qruplarının fərqli olduğunu kəşf edən avstriyali alim Karl Landştaynerin doğum gününün şərəfinə seçilib.
Sevda Tahirli
Biologiya elmləri namizədi
“Qanımızın səsi”
Bir cavab yazın