Bagla

Həkimdən soruş

Hekimden sorus







ABŞ kardioloji cəmiyyətləri: koronavirus infeksiyası fonunda antihipertenziv terapiya davam etməlidirmi?

Üç peşəkar amerika kardioloji cəmiyyəti ümumi bəyanatla çıxış edərək COVİD-19 ilə yoluxma hallarında istifadəsinin xəstəliyin gedişatını ağırlaşdırması haqqındakı mövcud nəzəri ehtimallara baxmayaraq, renin-angiotenzin-aldosteron sistemi antaqonistlərinin (RAAS) qəbulunu davam etməyə çağırıb.

 

Yeni bəyanat 17 mart 2020-ci ildə Amerika kardioloji assosiasiyası (American Heart Association — AHA), Amerika kardioloji kolleci (American College of Cardiology — ACC) və Amerika ürək çatışmazlığı cəmiyyəti (Heart Failure Society of America — HFSA) tərəfindən birlikdə hazırlanıb.

Sözügedən iddia bu ərəfələrdə Avropa kardioloji cəmiyyəti (European Society of Cardiology — ESC) və Avropa hipertenziya cəmiyyəti (European Society of Hypertension), Kanada ürək-damar cəmiyyəti (Canadian Cardiovascular Society) və Beynəlxalq hipertenziya cəmiyyəti (International Society of Hypertension) tərəfindən dərc edilmiş məlumatdan sonra meydana çıxdı.

 


Ekspertlər bu təlaşı anladığını qeyd edir, çünki məlum olduğu kimi, ürək-damar xəstəliklərindən əziyyət çəkən adamlar arasında ciddi fəsadların, o cümlədən COVİD-19-dan ölüm ehtimalı çox yüksəkdir.
Son tədqiqatları təhlil edən ekspertlər AÇF inhibitorları, yaxud angiotenzin reseptorları blokatorlarının (BRA) qəbulunu kəsmək zərurətini təsdiq etmir. Ekspertlər xəstələrin AÇF inhibitorları və BRA ilə müalicə sxeminə düzəliş etməzdən əvvəl həkimlərə hər pasientin fərdi tələbatını nəzərə almağı israrla tövsiyə edir.

 

COVİD-19 xəstəliyinin törətdiyi respirator infeksiya diaqnozu təsdiq edildikdə hər bir müalicəyə fərdi yanaşmaq tövsiyə olunur.
Lancet Respiratory Medicine jurnalının mart nömrəsindəki məqalə COVID-19 infeksiyası zamanı müəyyən antihipertenziv preparatların (məhz iAÇF və BRA) istifadəsinin gözlənilən zərərinin nəzəri aspektləri işıqlandırılmışdır.
COVID-19 infeksiyasına səbəb olan yeni SARS-CoV-2 koronavirusu angiotenzinçevirən ferment-2 (AÇF-2) reseptorları ilə birləşərək insan hüceyrələrini yoluxdurur və heyvanlar üzərində aparılmış bəzi tədqiqatlar göstərir ki, bu mexanizm APF-2 fermentinin ürəkdə ekspressiyasını gücləndirir. Şəkərli diabet və arterial hipertenziyalı pasientlərdə AÇF inhibitorları və BRA preparatlarının təsiri COVİD-2 gedişatının ağırlaşmasına və hətta ölümlə nəticələnməsinə səbəb olur.
Müəlliflər ehtimal edir ki, bu preparatlar qismən COVİD-19 xəstəliyinin ağır və fatal gedişatına cavabdehdir, xüsusən, hipertoniyası, diabeti və ürək-damar xəstəlikləri olan adamlar arasında.
Ümumilikdə, üç amerika kardioloji cəmiyyəti hazırda göstərişlərə görə, bu preparatları alan pasientlərə, xüsusən, ürək çatışmazlığı, hipertoniya və ürəyin işemik xəstəliyinin müalicəsi məqsədi ilə onların qəbulunu davam etməyi tövsiyə edir. COVİD-19 infeksiyası təsdiq olunduğu halda, müalicənin davam etdirilməsi qərarı hemodinamik status və klinik gedişat nəzərə alınmaqla fərdi qaydada qəbul edilir.

 

Hazırda COVİD-19 zamanı iAÇF və BRA preparatlarının zərəri və ya faydası haqqında yetərincə məlumat yoxdur və davamlı tədqiqatlar aparılmalıdır.
Bununla yanaşı, AÇF inhibitorları və BRA-in koronavirus infeksiyası zamanı paradoksal faydası haqqında nəzəriyyə də mövcuddur. Səbəb odur ki, AÇF-2 angiotenzin II-ni damar genişləndirən angiotenzin 1-7-yə çevirməklə hipotenziv təsiri gücləndirir. Tədqiqatlar göstərir ki, hər iki tipli preparat müəyyən virus pnevmoniyaları zamanı ağciyərlərin ağır zədələnməsini azaldır.
Ehtimal olunur ki, COVİD-19 AÇF-2 reseptorlarını hədəf hüceyrələrə sirayət etmək üçün istifadə edir (Hoffmann M. et al., 2020). AÇF-2 və virus spayk-zülalı arasındakı interfeysin şifrəsi açılmış və məlum olmuşdur ki, AÇF-2 təsiri COVİD-19 virulentliyinin hakim amilidir.
İsveçrəli həkim Rami Sommerşteyn (Rami Sommerstein) qeyd edir ki, mühüm risk amilləri immun defisiti deyil, ürək-damar xəstəlikləridir. Belə ki, arterial hipertenziya (kobud ölüm göstəricisi – crude fatality ratio — CFR 6,0%), şəkərli diabet (CFR 7,3%), ürək-damar xəstəlikləri (CFR 10,5%) və yaş ˃70 (CFR 10,2%) (China CDC Weekly, 2020) əhəmiyyətli yanaşı xəstəliklər hesab olunur.
Qeyd olunur ki, 2003-cü ildə baş vermiş atipik pnevmoniya ocaqlanması zamanı da ağırlaşma və ölüm ehtimalının artması bu xəstəliklərlə bağlı olmuşdur.

 

Perspektiv istiqamətlər
1) spayk-protein əsasında hazırlanmış vaksinlər;
2) transmembran serin 2 proteazası (transmembrane protease serine 2 — TMPRSS2) aktivliyinin inhibə olunması;
3) AÇF-2 reseptorlarının blokadası;
4) AÇF-2 xaric həll olunan formalarının daxil edilməsi.
Beləliklə, həll olunan AÇF-2 forması ilə aparılan müalicə ikili nəticə verə bilər: virusun hüceyrələrə keçməsini ləngidər və ağciyərləri zədələnmədən qoruyar.


 261    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *