Bagla

Həkimdən soruş

Hekimden sorus







Agentlik Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondu (Fond) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında memorandum imzalanıb.

 

Memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Fondun icraçı direktoru Zoxid Ermatov imzalayıblar.

 

Memorandum iki qurum arasında tərəfdaşlıq münasibətlərinin, səmərəli və qarşılıqlı əməkdaşlığın qurulmasını ehtiva edir. Memorandum çərçivəsində icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Sənəd əsasında tərəflər tibbi yardımın keyfiyyətinə nəzarət metodlarının, güzəştli dərman təminatının, maliyyə mexanizmlərinin, informasiya texnologiyalarının və icbari tibbi sığorta çərçivəsində digər fəaliyyət növlərinin tətbiqi üzrə təcrübə mübadiləsi aparmaq və qarşılıqlı maraq doğuran məsələlər üzərində çalışmaq, birlikdə müxtəlif fəaliyyətlər yerinə yetirmək barədə razılaşma əldə edilib.

 

Məlumat üçün bildirək ki, Özbəkistanda icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə bir neçə regionda həyata keçirilir. 2025-ci ildən isə icbari tibbi sığortanın Özbəkistanın bütün ərazisində tətbiqi nəzərdə tutulub.

 


 458    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *