Bagla

Həkimdən soruş

Hekimden sorus







Ağrı haqqında monoloqlar: fokusda pasiyentdir

Bu gün dünyada bir milyona yaxın adam nadir xəstəlikdən, yəni anadangəlmə ağrı hissiyyatsızlığından əziyyət çəkir. Xaraktercə ağrı noniseptiv (əzələ, skelet və orqan mənşəli ağrılar) və neyropatik (periferik sinir, kök (bel və ya boyun yırtığı ilə əlaqəli), pleksus (travma sonrası), onurğa beyni və beyinlə əlaqəli digər strukturların yaratdığı ağrı), psixogen ola bilir, fərqli hissiyyatlı, müxtəlif lokalizasiyalı və müddətli olur. Daha çox yayılmış ağrı növü aşağı bel nahiyəsindəki ağrılardar ki, ömrü boyunca insanların 70%-də əmələ gəlir, hər beş pasiyentdən biri isə hər hansı xəstəlikdən sinir sistemi zədələnərkən yaranan neyropatik ağrılardan əziyyət çəkir.

 

Adətən, ciddi travma almış pasiyentlər yubanmadan həkimə üz tutur, davamlı və ya xroniki ağrı zamanı isə həkim müayinə uzun müddət təxirə salınır. Hətta qeyri-steroid iltihab əleyhinə preparatların qəbulundan sonra ağrı yaranırsa, gecə vaxtı güclənirsə və bədənin vəziyyəti dəyişərkən azalmırsa, mütəxəssis məsləhəti alınmalıdır. Pasiyentin şikayətləri əsasında həkim dərhal diaqnoz qoyur, əlavə müayinələr təyin edir (rentgen, USM, KT, MRT). Adətən, hər 10 pasiyentdən 1-i bu cür diaqnostikaya ehtiyac duyur, xüsusən, pasiyentin yaşı bu simptomlara xas deyilsə (50 yaşdan yuxarı və 20 yaşdan aşağı), onkoloji anamnez, qızdırma varsa, bədən çəkisi kəskin dəyişirsə, kortikosteroidlər, QSİG preparatlar qəbul edilirsə.

 

90% hallarda ağrı sindromu təhlükəli olmur, diaqnoz təyin edildikdən sonra müalicə seçilir, əsasən, yalnız həkim təyinatı ilə alınan reseptli preparatlar alınır. Noniseptiv ağrıya qarşı QSİGP effektivdir. Belə ki, davamlı müalicə kursu ilə təyin edilir, çünki MBT və ürək-damar sistemi tərəfindən ciddi mənfi təsirləri azdır; miorelaksantlar əzələ spazmını aradan qaldırır və sedativ təsir göstərmir. Çox vaxt QSİGP-lar miorelaksantlarla birlikdə təyin edilir, bununla ağrının müalicə müddəti və əmək qabiliyyətinin itirilməsi günləri də qısalır. Neyropatik ağrıya gəldikdə, burada antikonvulsantlar qrupu yaxşı işləyir.

 

Bədəni dinləmək
Ağrının və diaqnozların müxtəlifliyi tələb edir ki, pasiyent öz oqanizminə və onun işinə qulaq versin, həssas olsun. Amma ifrata varıb ağrının əhəmiyyətini şişirtmək və xəstəliyin neqativ sonluğunu gözləməyə də dəyməz. Xüsusən, həyəcanla, qorxu ilə keçən yeni ağrılı hissiyyatlar əmələ gəlirsə, həkimlər gözləməmək, mütəxəssisə müraciət etməyi məsləhət bilir, yaxşı olar ki, diaqnostikadan keçib qorxuların əsassız olduğuna əmin olasız.

 

Özü keçməyəcək
Hesab edilir ki, bəzi hallarda ağrının inkar edilməsi yaxşı yanaşmadır. Misal üçün, pasiyent özünə xoş olan bir işlə məşğul olarkən orqanizmdə təbii ağrıkəsici hormonlar, analgetiklər hasil olunur və pasiyentin özünə tez gəlməsinə kömək edir. Lakinbu yanaşma medikamentoz müalicə ilə yanaşı, tətbiq olunmalıdır. Özünə və öz hissiyyatlarına qarşı diqqətli münasibət ciddi fəsadlardan qoruyur. Əzilmə və yıxılmalar yanaşı əzələ qruplarına təsir etməklə bütövlükdə orqanizmin funksiyasını pozur. Vaxtında müalicə aparılmayıbsa, xəstəlik xroniki gedişat ala bilər.

 

Emosional duruma nəzarət edin
Bir yeri ağrıyan pasiyent buna görə narahat olmaya bilməz. Xroniki ağrıdan əziyyət çəkən pasiyentlərin anamnezində 27-54% hallarda dep­ressiya qeyd olunur. Bu zaman klassik ağrıkəsici müalicə ilə yanaşı, emosional fonu normallaşdı­ran preparatlar, yəni antidepressantlar təyin edi­lir. Müalicəni yubatmayın, düşünün ki, ağrı orqanizmin xoşagəlməz siqnalı olsa da, nəticədə, adamın sağalmasına yönəlib.

 

Hərəkətlərin gigiyenası
Xüsusən, dayaq-hərəkət aparatında əmələ gələn kəskin və xroniki ağrıdan qaçınmaq üçün bir neçə tövsiyələrə riayət etmək mümkündür:
Alçaq dabanlı ayaqqabı geyinməyə çalışın (3sm-dən hündür olmasın) – bununla belə düşən yük azalır.
İdman məşqlərində çevik “yaylı” altlıqlı idman ayaqqabı seçin – oynaqlar və onurğa sütunu yükü azalır.
Yük qaldırarkən çəkini hər 2 tərəfə bərabər paylaşdırın.
Ağırlıq qaldırarkən ayaqları çiyin eninə açmaq və çömbəlmək lazımdır. Əyilmək olmaz, çünki bu zaman belin yüklənməsi bir neçə dəfə artır.
Dayaqsız əyilməyin.
Az əyilin.


 767    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *