Bagla

Həkimdən soruş

Hekimden sorus







Ailə həkiminin təcrübəsində yaşlı və ahıl şəxslərdə anemik sindrom

 

Anemiya qanda hemoqlobin miqdarının azal­ması ilə xarakterizə olunan klinik-hematoloji sindromdur, çox halda eritrositlərin də azalması toxumaların oksigen aclığına səbəb olur. Anemiya meyarı olaraq kişilərdə hemoqlobin miqdarının 130 q/l, eritrositlərin 4 x 1012 l-dən, qadınlarda isə Hb-nın 120 q/l və eritrosit miqdarının 3,5 x 1012 l-dən aşağı olmasıdır.

 

Yer kürəsi əhalisinin 2-20% – da anemiya müşahidə edilir, lakin müşahidələr göstərir ki, yaşlı və ahıl şəxslərdə rastgəlmə tezliyi artır. Belə ki, 65 yaşdan yuxarı kişilərdə 1000 nəfərdən 90,3%-da, qadınlarda isə 69,1%-da rastlanırsa, 85 yaşdan yuxarı kişilərdə 27-40%, qadınlarda isə 16-21% hallarda təsadüf edilir.

 

Anemiyaların yayılmasında pasiyentin yaşadığı regionun, sosial-iqtisadi faktorların, səhiyyənin inkişaf səviyyəsinin rolu böyükdür. Yetkin yaşlarda anemiyanın cinsə görə rastgəlmə tezliyi dəyişirsə, artıq yaşlı və ahıl şəxslərdə həm kişi, həm qadınlarda eyni dərəcədə rastlanır.

 

Anemiya əksər hallarda ikincili proses kimi başqa bir xəstəliyin əlaməti kimi üzə çıxır.

 

İstər yetkinlərdə, istər də yaşlı və ahıllarda anemiyanın əsas səbəblərindən biri qanitirmədir.Mədə-bağırsaq traktı patologiyaları daha çox qanitirməyə səbəb ola bilər.
Hemopoezdə iştirak edən Fe, Vitamin B12-nin sorulma əsnasında azalması anemiyaların rastgəl­mə tezliyini artırır. Sorulma prosesi xroniki qastrit A-da, enteritlər zamanı, habelə mədə rezeksiyası (Bilrot II üsulu ilə) hissəvi bağırsaq rezeksiyalarında yaşanır.

 

Yaşlı və ahıl şəxslərdə onkoloji prob­lem­lə­rin artması ilə əlaqədar anemik sindrom hallarının artışı müşahidə edilir.
Heriatrik təcrübəmizdə anemiyaların 3 növünə daha çox təsadüf edilir:
– Fe defisitli
– B12 defisitli
– xroniki xəstəlik anemiyası

 

Bəzən dəmir defisit­li anemiya B12 defisitli anemi­yası ilə birgə təsa­düf edir. Yuxarı yaş qrup­larında anemi­ya­­ya səbəb bir neçə faktor ola bilər, məsələn: Fe sorulmasında pozulmalar, qanitirmə, xroniki pielonefriti olub böyrək çatışmazlığı inkişaf edən xəstələrdə, eritropoetin hasilatının azalması, ÜİX xəstəliyi nəticəsi olaraq xroniki ürək çatışmazlığı və s.

 

Yaşlı və ahıl yaş qruplarında anemiya bir sıra xroniki xəstəliklərin gedişində də öz izini buraxır. Ürək qan damar sistemi xəstəliklərində anemik sindrom daha yaxşı öyrənilmişdir.

 

XÜÇ olan pasiyentlərdə Hb səviyyəsinin aşağı olması ölüm riskini artırır və eyni zamanda prosesi dərinləşdirir. Belə ki, anemiya zamanı təsadüf edən hipoksiya miokardın diastolik disfunksiyasına səbəb olur. XÜÇ olan xəstələrdə anemiyanın inkişafı qanın plazma həcminin art­ma­sı, sümük iliyi disfunksiyası, Fe defisiti, eritropoet hasilatının azalması, sitokin aktivliyidir.

 

Müşahidələr göstərir ki, yaşlı və ahıl şəxslərdə hemoqlobin səviyyəsinin aşağı düşməsi onkoloji proseslərlə əlaqədardır. Ona görə hər bir pasiyenti müayinə edərkən onkoloji axtarış da olmalıdır.

 

M.S. Salihov
ATU Ailə təbabəti kafedrasının müdiri

 

S.İ. Nağıyeva, K.X. Rəhmanova
kafedranın assistentləri


 2991    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *