Bagla

Həkimdən soruş

Hekimden sorus







Amsler testi ilə görmə qabiliyyətinizi yoxlayın

Amsler torunu həm mütəxəssislər, həm də görməsini yoxlamaq istəyən hər kəs istifadə edə bilər. Belə ki, bu testin köməyi ilə gözün torlu qişasının mərkəzi hissəsinin patologiyasını aşkar etmək mümkündür.    Xəstəlik həm sərbəst patologiya kimi, həm də şəkərli diabetin fəsadlaşması kimi formalaşır. Amsler toru çox sürətli və informativ test olaraq görmə sahəsini nöqtədən 20 faizə qədər qiymətləndirir.

 

Test necə keçirilir. Test hər göz üçün ayrılıqda keçirilir. Monitordan 30sm aralıqda əyləşmək lazımdır. Eynəyiniz varsa, istifadə edin. Daha dəqiq olsun deyə, Amsler testindən keçən adamın əhvalı, otağın işıqlandırılması yaxşı olmalıdır. Başını aşağı əymək və gözlərini qıymaq olmaz. Beləliklə, əşya və ya əlinizlə sol gözünüzü örtün, sağ gözünüzlə təsvirin ortasındakı nöqtəyə baxın (2-5 saniyə). Baxışınızı nöqtədən çəkməyin. Sonra ekrana 15sm-lik məsafəyə qədər yaxınlaşın. Eyni hərəkətləri  ikinci gözlə edin.

Amsler testi nəyi göstərir?  Test aparılarkən torun xəttlərinin yerdəyişməsi, əyilməsi, ləkələrin əmələ gəlməsi onu göstərir ki, müayinə olunmaq və tam diaqnozu bilmək üçün mütəxəssisə müraciət etməlisiz. Bütün xəttlər düz qalırsa, torlu qişanın mərkəzi hissəsi qaydasındadır.


 63    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *