Bagla

Həkimdən soruş

Hekimden sorus







Analitiklər pandemiyadan sonra tibbi və səhiyyə trendlərinin TOP 5-ni müəyyən edib

Deloitte şirkətinin ekspertləri COVID-19 pandemiyasının səhiyyəyə gətirdiyi tendensiyaları və sektorun yaxın illərdə inkişaf istiqamətlərini təhlil edib. “Gələcəyə açılan yol” materialında 2025-ci ildə səhiyyə sektoruna toxunan proqnozlar açıqlanıb. Onların arasında bilavasitə tibb işçilərinə aid beş məqam yer alıb.

 

Səhiyyədən sağlam qocalığa
2025-ci ildə həkimə epizodik gedişlər əvəzinə insanlar sağlamlığına daimi nəzarətə daha çox meyl edəcək. Profilaktikaya və müalicəyə reaktiv deyil, daha çox proaktiv yanaşma tərəfdarlarının sayı xeyli artacaq. Adamlar xroniki xəstəliklərin fərdi inkişaf risklərindən məlumatlı olacaq və fərdiləşdirilmiş məlumatlara əsaslanaraq profilaktika ilə məşğul olacaqlar. Çoxları fiziki və psixi sağlamlığını qorumaqla, xüsusi seçilmiş aktivlik və qida rejiminə riayət etməklə sağlam qocalma istiqamətini seçəcək.
Diqqət mərkəzi preventiv tədbirlərə tərəf yönələcək, o cümlədən vaksinlərə, genetik tədqiqatlara və immun sisteminə müsbət təsir göstərən, yaşamaq imkanlarını gücləndirən terapevtik yanaşmalara. Tibb xidməti alıcıları özünə aid tibbi məlumatları xüsusi tətbiq vasitələrindən, daşınan qurğulardan izləyəcək (ağıllı saatlar, fitnes-brasletlər).

 

Daha sağlam əhali – daha yüksək məhsuldarlıq
İctimai sağlamlıq hakim dairələr üçün hər yerdə prioritet olacaq, ümumi maliyyədən bu sahəyə ayrılan xərclərin payı artacaq. Milli təşkilatlar, o cümlədən regional səviyyədə əlaqələndirilən agentliklər, yüksək ixtisaslı kadrlar ictimai sağlamlığın etibarlı və çevik infrastrukturunun yaradılmasına cavabdeh olacaq. Digər maraqlı tərəflər də yaşam müddətinin uzadılmasında və əhalinin istehsal gücünün artırılmasında iştirak edəcəklər. Rəqəmsal texnologiyaların və digər nou-hau tətbiqi sağlamlıq üçün riskləri azaldacaq və xəstəliklərin profilaktikasını təkmilləşdirəcək.

Klinisistlər üçün profilaktika və müalicə paradiqmaları
2025-ci ilə qədər tibbi paradiqma dəyişəcək: həkimlər qərar verərkən prediktiv, preventiv, fərdiləşdirilmiş və əlaqəli tibb prinsiplərinə əsaslanacaq. Bu keçid texniki və elmi nailiyyətlərdən, tibbi məlumatların və informasiyanın çoxluğundan, eləcə də tibb xidmətinin keyfiyyətinə olan tələblərin artmasından irəli gəlir.
İnformasiya, nanotexnologiya, kvant hesablamaları sahəsindəki texnoloji sıçrayışlar daha sürətli və fərdiləşdirilmiş diaqnostik həllin tapılmasını mümkün edəcək. Klinik qərar qəbul etmək üçün mütəxəssislərin əlində olan biomarkerlər və genetik informasiya haqqındakı məlumatlar fərdiləşdirilmiş və elmi əsaslı yardım göstərmək imkanlarını genişləndirəcək.

 

İş prinsiplərinin yenidən qurulması
Avtomatlaşdırma və rəqəmsallaşma tibb mütəxəssislərinin işinin məhsuldarlığını artıracaq, kimin, harada və neçə işləməsi prinsiplərini yeniləyəcək. Əqli, analitik və sosial bacarıqlara daha böyük diqqət ayrılacaq, təkrarlanan, inzibati vəzifələrin əhəmiyyəti azalacaq.
Tibb işçiləri fənlərarası təhsildə iştirak edəcək, daha adaptiv və çevik iş üsullarına yiyələnəcək. Tədris simulyasiya və virtual reallıq yanaşmasını istifadə etməklə texnoloji innovasiyaları mənimsəməyə yönələcək.

 

Məkana bağlanmayan tibbi yardım
Tibbi xidmətin göstərilməsi modeli daha adaptiv olacaq, pasiyentlər daha münasib müəssisələrə yönləndiriləcək, ilkin səhiyyə səviyyəsi isə pasiyent­yö­nümlü olacaq. Rəqəmsal alətlər həkimlərə pasiyentlə birlikdə fərdi müalicə planları tərtib etməkdə köməkçi olacaq. Həyati vacib göstəricilər haqqında məlumatları toplamaq və interpretasiya etmək həm xəstəxanada, həm də ev şəraitində real vaxt rejimində mümkün olacaq.
Tibb işçiləri arasındakı kommunikasiya­lar daha əlaqəli, səmərəli və qənaətli yardıma təminat verəcək. Biosensor­lardan, tibbi tətbiqlərdən və şəxsi qeydlərdən alınan məlumatlar real zaman rejimində monitorinq aparmaq imkanı yaradacaq.


 1716    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *