Bagla

Həkimdən soruş

Hekimden sorus







Androgenlərlə mübarizə

Səbəbi tapmaq
Hər il yetkin yaşlı qadınların 10-15%-i “hiperandrogenemiya” diaqnozu ilə üzləşirlər. Sözün açması çox asandır. “Hiper” əlavəsi “həddən artıq” deməkdir, androgenlər isə cinsi kişi hormonlarıdır. Hərfi tərcümədə “cinsi kişi hormonlarının” çoxluğu deməkdir. Qadının zahiri görünüşü bu zaman müəyyən tərzdə dəyişir. Dəri yağlanır, iltihablaşır və tüklənir.
Hiperandrogenemiya, əsasən, dərinin vəziyyətinə görə bilinir. Tutaq ki, dəri parıldayır, üzərində səpgilər, civzələr olur. Yeniyetmələr üçün bu, tam normaldır. Amma 22-23 yaşından sonra bu vəziyyət dəyişmirsə, ginekoloq ya endokrinoloqun məsləhətinə ehtiyac var. Hiperandrogenemiya müalicə edilməlidir. Lakin alınmış nəticəni saxlamaq üçün kosmetikasız keçinmək olmur.

 

Problemli dəri
İlk növbədə, dəri üçün təmizləyici vasitə lazımdır. Üzərində “iltihab əleyhinə”, “dezin­fek­siya edən” ya “seboreyaya qarşı” qeydi olan muss, yuyunma geli ya penka bunun üçün yararlıdır. Amma nə ilə yuyunmaqdan başqa, necə yuyunmaq da vacibdir. Qaynar su dəri yağının ifrazını artırır. Üz dərisini ilıq su ilə yumaq, sərin su ilə yaxalamaq lazımdır. Köpüyü qazlı su ilə yumaq daha yaxşıdır, çünki karbon qazı qabarcıqları dərinin qan dövranını yaxşılaşdırır ki, bu da iltihabi prosesləri aradan qaldırır.
Hiperandrogenemiyalı qadınlar skrablardan istifadə etməsin. Onların tərkibindəki bərk hissəciklər infeksiyanı dəriyə yayır və sızanaqların sayını artırır. Pilinq üçün qommaj­dan istifadə edin. Təmizlənmə bərk hissəciklərin deyil, səthi hüceyrələri sanki əridən aktiv maddələr hesabına baş verir. Qommaj masaj xəttləri üzrə üzə çəkilir və 10-15 dəqiqə saxlanılır. Həmin müddətdə vasitənin kremli əsası quruyur və bir balaca çatlayır. Bu zaman üzü təmizləmək lazımdır. Krem-qommaj bir çox kosmetik vasitələrin çeşidinə daxildir. Tərkibindəki bromelayn və papain fermentləri zülalları parçalayır. Ölü hüceyrələr isə demək olar ki, 100% zülaldan ibarətdir. Fermentlər buynuzlaşmış epitelinin öhdəsindən asanlıqla gəlir. Ölü hüceyrələr soyu­lur və qurumuş kremlə çıxır.

 

Üstü örtülü problemlər
Yağlı parıltı hiperandrogenemiyalı qadınların daimi bəlasıdır. Gündəlik istifadə edilən donuqlayıcı vasitələrin köməyi ilə onu gizlətmək asandır.
Yağlı dərili bəzi qadınlar kremlərdən istifadə etmir, gel, emulsiya ya kosmetik südə üstünlük verir. Bu halda donuqlayıcı maye və ya donuqlayıcı tonikdən istifadə etməklə yağlı parıltını gizlədə və iltihab əleyhinə təsir almış olarsınız.

 

Depilyasiyanı seçirik
Dəri qüsurları nəzərə ilk olaraq çarpır, amma korreksiyaya yaxşı tabe olur. Hiperandrogenemiyanın ikinci “vizit kartı” – izafi tüklənmədən isə qurtulmaq asan deyil. Hormonal müalicədən sonra bədəndə və üzdə tüklər bir qədər azalır. Amma müalicə bitdikdən bir neçə ay sonra hər şey əvvəlki vəziyyətə qayıdır. Depilyasiya kremləri və ülgüc zəif kömək edir. Onların təsiri qısadır və 5-7 gündən çox davam etmir.
Kişi cinsi hormonların çoxluğu tükləri codlaşdırır, köklərini isə bərkidir. Bu zaman tükləri epilyatorla çıxarmaq məsləhət deyil. Prosedura ağrılıdır. Dözmək olardı, amma bir xoşagəlməz məqam batmış tüklərdir. Bu, onunla izah olunur ki, hormonlar saç soğanağının vəziyyətinə təsir edir. Saç soğanağı dəriyə görə iti bucaqda yerləşir, bitən tüklər isə çox vaxt epidermisin altına keçir. Bu hallar epilyatordan istifadədən sonra daha çox baş verir. Hiperandrogenemiya zamanı tükləri vaksinq – mum vasitəsi ilə çıxarmaq daha münasibdir. Bu proseduradan sonra batmış tüklər çox az sayda qalır.
Vaksinq menstruasiyaya bir həftə qalmış ya da ondan bir həftə sonra aparılsa yaxşıdır. Bu vaxtlarda kişi cinsi hormonların qatılığı minimaldır, odur ki, “tüksüz” dövr mümkün qədər çox uzanacaq. Proseduranı salonda da, evdə də aparmaq mümkündür.

 

Ev salonu
Vaksinq soyuq və isti mumla aparılır. Birinci üsul üçün üzərinə yapışqan tərkib çəkilmiş şəffaf zolaqlardan istifadə edilir. Zolaqlar ovucda isidilir, sonra dəriyə yapışdırılır və kəskin hərəkətlə tüklərin çıxış istiqamətinə qarşı dartılıb çıxarılır. Demək lazımdır ki, soyuq mum davamlı təsir vermir. Dəri cəmi 1,5-2 həftə hamar qalır. İsti mum isə tükləri ən azı 2,5-3 həftəlik ləğv edir. Odur ki, isti vaksinq çoxsaylı depilyasiya metodikalarının ən münasibidir.

 

Depilyasiyadan sonra
Hiperandrogenemiyalı qadınlar depilyasiyanı, adətən, pis keçirir. Proseduradan sonra dəri uzun müddət iltihablaşır və qıcıqlanır. Xüsusi yağlardan istifadə etmək vacibdir. Evkaliptli yağ mum qalıqlarını aparmaqla yanaşı, iltihab əleyhinə təsirə də malikdir. Jasmin yağı hiperandrogenemiyalı qadınların faydalı köməkçisidir. Çiçəkli, vitaminli yağ dəri örtüklərini tez bərpa edir. Çobanyastığı cövhərli losyon tüklərin çıxmasını ləngidir. Bunun sayəsində depilyasiyanın nəticəsi daha çox qalır, yeni tüklər isə seyrəkləşir və nazilir.


 62    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *