Bagla

Həkimdən soruş

Hekimden sorus







Bəşəriyyət yeni geoloji dövrə qədəm basır

Biz bilmədik, amma ötən ilin sonunda bəşəriyyətin tarixində dönüş baş verdi. Alimlər hesablayıb ki, 2020-ci ildə texnosferanın kütləsi Yer kürəsinin biokütləsini üstələyib. Başqa sözlə, insanın yaratdığı hər nəyin – binaların, maşınların, dəzgahların, yolların, mebelin, qabların və s. çəkisi planetdə mövcud olan bitkilərin, heyvanların, quşların, balıqların, həşəratların, bakteriyaların və digər canlıların çəkisindən çox olub.

 

Bu, o deməkdir ki, bir rəsmən yeni geoloji dövrə qədəm basdıq – antroposen dövrünə. İnsan geriyədönməz olaraq ətraf mühiti özünə tabe etdi və təbiətdə baş verən dəyişikliklərin əsas səbəbkarına çevrildi. Bir xəbər də budur ki, texnosferanın ağırlığının altında torpaq qatı daha dərinliklərə çökür, odur ki, iki onillikdən sonra qurunun 12 milyon kvadrat kilometri dəniz səviyyəsindən aşağı enəcək. Bu isə ABŞ və ya Çinin ərazisindən böyükdür.

 

Nyu-yorkun çəkisi bütün balıqların çəkisi qədərdi
Nature jurnalında bir tədqiqatın nəticələri dərc olunub. Alimlər 1900-cu ildən başlayaraq canlı biokütlənin və antropogen kütlənin dəyişməsi dinamikasını qiymətləndirib. Hesablamalara görə texnosfera hər 20 ildən bir iki dəfə ağırlaşırdı və indi­ki çəkisi 1,1 trilyon tona çatır. Biokütlə isə əksinə, bu onilliklər davamında sürətlə olmasa da 1,16-dan do 1,09 trilyona qədər azalıb.

 

Beləliklə, süni aləm təbiini üstələyib. Belə ki, qiymətləndirilən yalnız hələ dağılmayan və istismarı bitməyən obyektlərin çəkisi idi. Bütün boşalmış binalar, maşınlar və mexanizmlər də hesaba alınsa , məlum olur ki, texnosfera canlı biokütləni hələ 2013-cü ildə üstələyib.

 

Antropogen kütlə sürətlə artır. Onu demək kifayətdir ki, hər həftə hər adamın payına düşən texnosfera yükü onun öz çəkisindən artıqdır. Maraqlıdır ki, Homo sapiens növü özü biomassanın kiçicik payı qədərdir (bütün canlıların çəkisinin cəmi 0,01%-i). Məhz ona görə də insanın ətraf mühiti və öz yaşayış mühitini bu dərəcədə dəyişə bilməsi, onu milyardlarla tonn süni obyekt və material ilə yükləməsi fövqəladə haldır.

 

Daha çox beton istehsal edirik, sonra kərpic, asfalt və metal gəlir. Kağız istehsalında və tikintidə istifadə olunan ağac, şüşə və plastik də siyahının yuxarısında yer tutur. Yeri gəlmişkən, uğursuz plastikin kütləsi artıq bütün dəniz və yerüstü heyvanların, o cümlədən insanın çəkisindən iki dəfə çoxdur. Asan anlaşılsın deyə, müqayisə üçün deyək ki, Nyu-Yorkun antropogen çəkisi (binaları, avtobanları, infrastrukturu və s.) təxminən Dünya okeanında, Yer üzündəki çaylarda və göllərində üzən bütün balıqların çəkisinə bərabərdir.

 

Alimlər çoxdan mübahisə edir ki, geoloji zaman şkalasında “antroposen” adlı dövrü ayırmaq lazımdırmı? İndi bu termin qeyri-rəsmidir, hərçənd hamı yaxşı anlayır ki, insan planeti radikal dərəcədə dəyişib və bir çox təbii proseslərin gedişatını pozub.
Alimlərin fikrincə, tədqiqatlar antroposen dövrünün tanınması aktuallığını kəmiyyət baxımından ciddi əsaslandırır. Bu xronologiyanın başlanğıc vaxtı da məlumdur: “insan dövrünə” tam keçid simvolu olan 2020-ci il.

 

San-Fransiskonu nələr gözləyir?
İspaniya geoloji və dağ institutunun beynəlxalq alimlər komandası daha bir maraqlı tədqiqat aparmışdır. Dünyanın 34 ölkə ərazisində bərk torpağın çökməsinə dair məlumatlar toplanıb və təhlil olunub. Nəticələr üpəkaçamn deyil, belə ki, çökmə bu templə davam edərsə, 2040-cı ilə qədər qurunun 12 milyon kvadrat metri dəniz səviyyəsindən aşağı enəcək. Bu ərazidə isə Yer üzü əhalisinin 19% məskunlaşıb.

 

Alimlər Dünya okeanının quruya doğru hərəkət etməsi barədə birinci il deyil ki, xəbərdarlıq deyil, amma, bu təhlükə qlobal iqlim dəyişməsi ilə və qütb buzlarının nəhəng miqyasda əriməsi ilə bağlıdır. Nəticədə dəniz səviyyəsi ildə 3 millimetrdən çox artır. İndi isə məlum olub ki, quru da suya doğru irəliləyir, özü də məhz sıx məskunlaşma payı ilə!

 

ABŞ-nın geoloji xidmət tədqiqatçısı deyilənləri San-Fransiskonun timsalında nümayiş edir. Bu aqlomerasiyanın əhalisi 7,75 milyon adam təşkil edir. Binaların ümumi çəkisi 1,6 milyard tondur (şəhər infrastrukturu, nəqliyyat və insanlar özü hesaba alınmadan). Tom Parsons bu kütlənin süxura təsiri modelini qurur və məlum olur ki, sıxılma və bərkimə qrunt sularının paylaşmasına və torpaq səthinin 80 millimetrə qədər lokal çökməsinə səbəb olur.

 

Az kimi görünə bilər, amma nəzərə alsaq ki, 2050 ilə qədər San-Fransisko körfəzində suyun səviyyəsinin 200-300 millimetr qalxması proqnozlaşdırır, rəqəm o qədər əhəmiyyətsiz de­yil. Belə çıxır ki, dəniz və onun sahilində ucalmış meqapolis yavaş-yavaş “qovuşmağa” hazırlaşır.

 

Təhlükə 1,2 milyard insanı haqlayıb
Proqnozlara görə, XXI əsrin ortalarına Yer üzündə şəhər əhalisi 70% təşkil edəcək. Onu da deyək ki, adamların sayı məhz sahilyanı meqapolislərdə sürətlə artır: dəniz kənarında yaşamaq xoşdur.

 

Beləliklə, əvvəllər təhlükəsiz görünən quru sahələri getdikcə daşqınlara daha çox məruz qalır. Torpaq səviyyəsinin daim enməsi binaların, yolların və infrastrukturun dağılması təhlükəsi daşıyır. Litosfer plitələrin üzərinə artan təzyiq seysmik təkanlara səbəb ola bilər. Bu isə zəlzələ ehtimalını artırır. Süxurların çökməsi çoxdan alimlərin tədqiqat mövzusudur, amma qlobal modelləşdirmə bu vaxta qədər aparılmayıb. Elə indi lazımi tədbirlər görülməsə dünyanın ən iri şəhərləri böyük təhlükə ilə qarşılaşacaq, dünya iqtisadiyyatı güclü zərbəyə tuş gələcək, çünki sahilyanı aqlomerasiyaların əhalisi ümumi daxili məhsulun 21%-ni istehsal edir.

Bəzi şəhərlər süxur çökməsi ilə çoxdan mübarizə aparır. Misal üçün, Cakarta hər il 5sm-dən 25 sm qədər dərinliyə çökür və bənd tikintisində böyük təcrübəsi olan Niderland İndoneziya hökumətinə yerli körfəz ətrafında bəndin yaradılmasında köməklik göstərir. Layihə 2025-ci ilə qədər davam edəcək.
Lakin İndoneziya hökuməti problemin başqa həlli yolunu, yəni ölkənin paytaxtını daha təhlükəsiz yerə köçürməyi də nəzərə alıb.


 1590    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *