Bagla

Həkimdən soruş

Hekimden sorus







Bakı Sağlamlıq Mərkəzində Heydər Əliyev anıldı – FOTOLAR

 

Mayın 10-da Bakı Sağlamlıq Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət kimi daxil olan ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında tarixi xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən və ulu öndərin vəsiyyətini yerinə yetirən Ali Baş Komandan, mohterem Prezidentimiz İlham Əliyevin Azərbaycan dövləti üçün etdiyi əvəzolunmaz işlərdən danışmışdır.

 

Asiman Həsənov Ulu öndər Heydər Əliyev haqda danışarkən bildirmişdir ki, Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında danışarkən Ümummilli Liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. Gözlərimiz önündə şərəflə yaşanan ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən, onun ən parlaq yaradıcısı, qurucusu, ilhamverici qüvvəsi olan, bəşərilik zirvələrini fəth edərək əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər Heydər Əliyev bütövlükdə Azərbaycan Respublikası ilə birlikdə həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin ən möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafının tənzimləyicisi kimi şüurlara, yaddaşlara əbədi həkk olunub.

 

Tədbirdə deputat İlham Məmmədov, Nərimanov Rayon İcra Hakiminin müavini İlqar Mirzəyev, YAP təftiş kommisiyasının üzvü Musa Musayev, Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Mərkəzimizin tibbi və inzibati heyəti iştirak və çıxış etmişlər. Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyev haqqında xatirələrini danışmış, onun irsinin daim yaşayacağını bildirmişlər.

 


 112    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *