Bagla

Həkimdən soruş

Hekimden sorus







Bayram dəyərləri

Qarşıdan Novruz bayramı gəlir. Təkcə istirahət və şadlıq vaxtı deyil həm də uşaqlarımıza verə biləcəyimiz ictimai həyat dərsi vaxtıdır. Bu dəfə Novruz adət-ənənələrinə yox, ümumiyyətlə bayramların təşkilindən, ailəvi keçirəcəyimiz dəyərli zamandan və uşaqlara aşılanmalı olan dəyərlərdən danışacağıq.

 

Qonaq çağırırıq
Qonaq gözləmək necə də xoşdur! Bayram qayğıları da adamı heç narahat etmir. Qonaq qəbuluna qabaqcadan hazırlaşmaq yaxşıdır. Gözlənilməz və xoşagəlməz məqamlar da olmaz, bayramın gəlişini gözləmək da xoş olar.

 

Proqram hazırlayırıq
Heyf ki, oyunlu ev bayramları mədəniyəti demək olar ki, itirilib (peşəkar animatorlar hesabdan deyil). Amma uşaqlar bayram əyləncəsi düşünməyi, sonra da böyüklərlə birlikdə bayram keçirməyi çox sevir. Velosiped də icad etmək gərək deyil: İnternetdə çoxlu sayda şən və sadə ideyalar tapmaq mümkündür. Tutaq ki, kələkli suallar seçin: “Dəvəquşu özünə quş deyə bilərmi?” (yox, o danışa bilmir), “Gecə ilə gündüz nə ilə bitir?” (ə və z hərfləri ilə və s.).
Vacibdir! Oyun iştirakçılarının hamısına (!) kiçik mükafatlar hazırlayın. Yaxşı olar ki, təkcə yeməli nələrsə olmasın, axı uşaqlar yadigar saxlayacaqları hədiyyələri çox sevir. Misal üçün “Ən fərasətliyə!”, “Ən şənə!” və s. diplomları hazırlayın.

 

Ölçüb-biçirik
Bunu uşaqlarla birlikdə edin və bayram süfrəsi hazırlığına mütləq onları da cəlb edin. Onların bacaracaqları iş çoxdur, vacib tədbirdə iştirak etməkləri isə onları ruhlandırır.

 

Bayramın balaca sahibi nəyi bilməlidir?
Bütün qonaqlara diqqət ayırmaq vacibdir
Kimsə oyunda iştirak etmək istəmirsə, ya təklif olunan yeməkdən imtina edirsə, təkid etməyin.
Hədiyyələrə görə mütləq təşəkkür etmək lazımdır (hətta uşağın gözlədiyi hədiyyə olmasa belə).

 

Qonaq gedirik
Qonaq çağırılmısızsa, yenə də hazırlaşmaq lazımdır.

 

Etiket qaydalarını yada salırıq
Balaca uşaqlarla “qonaqlıq” oyunu oynayın, süfrə arxasında davranış qaydalarını öyrədin. Elə olarsa, yad evdə pərt olmazsız və uşaqlar da özünü rahat hiss edər.

 


Hədiyyə seçirik
Hədiyyəni həvəslə və sevindirmək istəyi ilə seçin. Qabaqcadan uşaqlarla müzakirə edin ki, qonaq çağıran ev sahibləri nəyi xoşlayır, nəyə həvəs göstərir, onlara nə xoş ola bilər, nə karlarına gələr.

 

Getməyə hazırlaşırıq
Uşaqlara, hətta bayramlarda məsuliyyətli və intizamlı olmağı aşılayın. Aldığınız dəvət bir öhdəçilikdir. Sizi gözləyirlər və görüşü yalnız ciddi səbəbdən təxirə salmaq olar. Qonaqlığa getmək həvəsinin keçməsi, kaprizlərsə artıq nəzərə alınmır.
Təyin olunmuş vaxta çatdırmırsınızsa, ev sahibinə zəng edin, üzr istəyin və gecikəcəyinizi bildirin. Qoy uşaqlar sizin bu hərəkətlərə diqqət etsin və bu cür hallarda nə edəcəklərini yadda saxlasın.

 

Süfrəyə əyləşirik
Təbii ki, süfrə arxasında davranmağı uşaqlara erkən yaşlardan aşılamaq lazımdır;
Süfrə arxasına yalnız dəvətdən sonra keçirik
Düz, rahat otururuq, yayılmırıq, amma gərgin də deyilik;
Mizə dirsəklənmirik və qonşuları da dirsəkləmirik;
Çəngəli və qaşığı ağzımıza aparırıq, nimçəyə əyilmirik;
Ağzımızı bağlayıb yeyirik, sakit, marçıldamırıq və fırçıldamırıq;
Salfetlərdən istifadə edirik, üzümüzü təmiz saxlayırıq;
Salfetləri boyuna taxmırıq, dizimizə qoyuruq, özü də tam açmadan ikiqat bükülü vəziyyətdə;
Süfrəyə düzülmüş yeməklərdə qurdalanmırıq, bizə yaxın tikəni götürürük, istədiyimiz tikəni axtarmırıq;
Xəmir bişirmələri, meyvələri və başqa yeməkləri barmaqla və ya çəngəllə yoxlamırıq, daha yumşağını və s. seçmirik.
Dolu ağızla içki içmirik (əvvəl yeməyi uduruq)
Təbii ki, dolu ağızla danışmırıq. “Olmazlar” çox oldu. Amma kiməsə çox ciddi və uydurulmuş görünsə də, bu qaydalar ətrafdakılara diqqət və qayğı ilə yanaşmağı öyrədir. Ətrafımızda isə özümüz, valideynlərimizdir. Uşaqlar hər şeyi özü anlamır, nələrisə öyrətmək lazım gəlir. O cümlədən davranış qaydalarını. Tərbiyəli uşaqlarla qonaq getmək də xoşdur, yaşamaq da. Uşaqlar tez və asan qavrayır. Novruz bayramı yaxınlaşır onlara vacib və faydalı vərdişləri aşılamağın məqamıdır.

 

Hədiyyələri təqdim etmək qaydaları
Hədiyyəni təbəssümlə və xoş arzularla təqdim edirik;
Qiymətindən söhbət belə açmırıq;
Həmin anda açmağı tələb etmirik və bəyəndiyi haqda sual vermirik;
İstifadə qaydasını izah etmirik və təlim kursları açmırıq;
Başqa qonaqların hədiyyələri ilə müqayisə etmirik;
Bu qiymətli sovqatı məhz sizin verdiyinizi hamıya xəbər edib tərif gözləmirik.


 1625    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *