Orqanizmin istismarı, yetərli istirahətin olmaması gec-tez beyinin işini pozur. Özümüz də bilmədən arterial hipertenziya, ateroskleroz, beyin qan dövranının pozulması xroniki hal alır və beyin tədricən, amma, durmadan zədələnir və sonda insult kimi təhlükəli ağırlaşmaya məruz qalır. Bəzi məlumatlara görə, beyin insultunun nəticəsində dünyada hər il 6 mln yaxın insan həyatını itirir. İnsult ağır əlilliyin aparıcı səbəbidir.
Baş beyin toxumalarında və beyin damarlarında mübadilə proseslərinin tarazlaşmasına yönəlmiş müalicə serebrovaskulyar patologiyanın inkişafını ləngitməkdə və profilaktikasında həlledici rol oynayır. Belə hallarda beyin qan dövranını və qidalanmasını, qanın reoloji xassəsini yaxşılaşdıran kompleks təsirli preparatın istifadəsinə ehtiyac duyulur, çünki, arterial hipertoniya zamanı xırda beyin damarlarında qan dövranı nəzərə çarpan dərəcədə pozulur.
Belə bir preparat artıq 50 ildir ki, mütəxəssislərə məlumdur. KAVİNTON (vinposetin) XX əsrin 70-ci illərində “Gedeon Richter” şirkətinin mütəxəssisləri tərəfindən sintez olunub. Preparat on minlərlə pasiyentin iştirakı ilə 100-dən çox eksperimental və klinik tədqiqatlardan keçirilib. Tədqiqatlar dünyanın bir çox ölkələrində aparılıb. KAVİNTONun təsir mexanizmi beyin çatmamazlığına xas olan üç patoloji prosesə eyni dərəcədə təsir etmək qabiliyyətindən ibarətdir: beyin mübadiləsinin, qan axınının və mikrosirkulyasiyanın pozulması.
Pozitronemission tomoqrafiyanın (PET) vasitəsi ilə təsdiq olunub ki, KAVİNTON preparatının qəbulundan bir neçə dəqiqədən sonra vinposetin qanda aşkar edilir və, hematoensefalik baryeri aşaraq təxminən 10 dəqiqədən sonra beyin toxumalarında paylaşır (Vas A., 2002). Pozitronemission tomoqrafiya göstərir ki, vinposetin yaddaşın formalaşmasına və digər ali psixi funksiyaların yerinə yetirilməsinə cavabdeh olan beyin strukturlarında toplanır (Gulyas B., 2002).
Məlumdur ki, KAVİNTONun təsiri ilk növbədə buna daha çox ehtiycı olan beyin sahələrinin qan təchizatının yaxşılaşmasına yönəlib. KAVİNTONun istifadəsi beyin qan axınını gücləndirir, serebral arteriyaları və arteriolları genişləndirir, bununla belə sistemli arterial təzyiqi demək olar ki, dəyişmir və ürək vurğularının sayına təsir etmir.
KAVİNTONun başqa bir cəhəti qanın reoloji xassəsini dəyişməklə beyin toxumalarında mikrosirkulyasiyanı yaxşılaşdırmasıdır. Belə ki, KAVİNTON qanın qatılığını normallaşdırır, trombositlərin aqreqasiyasını tormozlayır və eritrositlərin elastikliyini artırır.
KAVİNTONun E vitaminin təsiri ilə müqayisə oluna biləcək antioksidant təsiri də az əhəmiyyət kəsb etmir (Olah V., 1990).
KAVİNTON gərgin əqli iş dövründə, həddən artıq və/və ya davamlı oyanıqlıq şəraitində beyin neyronlarını qoruyur. KAVİNTONun sağlam könüllülərə təyin edilməsi qısa müddətli yaddaşı normada saxlayır (Bhatti J., 1987) və ya bütövlükdə yaddaşı yaxşılaşdırır (Subhan Z., 1985).
Klinik sınaqlarda KAVİNTONun təhlükəsizlik profili dəfələrlə təsdiq edilmişdir (Subhan Z., 1985; Hindmarch I., 1991; Suslina Z.A., 2002). KAVİNTONun əlavə təsirləri azdır və böyrək, qara ciyər xəstəlikləri olan pasiyentlər tərəfindən yaxşı qəbul olunur. Məsul qərarların qəbul edilməsində, avtomobilin idarə edilməsində və idman məşqlərində reaksiya itiliyi vacib olduğu adamlara da KAVİNTON təyin edilə bilər.
Ağır fiziki və əqli gərginlik dövründə yalnız KAVİNTONun mütəmadi istifadəsi gözlənilən terapevtik təsiri təmin edir. KAVİNTON iki dərman formasında buraxılır – tablet və inyeksiya məhlulu. Tablet formalı KAVİNTON iki növdə təqdim olunub: 5 mq-lıq tablet və 10mq-lıq KAVİNTON forte tableti.
Uzun illik həkim təcrübəsində istifadəsi sayəsində KAVİNTON serebrovaskulyar patologiyalı xəstələrin müalicəsi üçün effektiv vasitə kimi mütəxəssislərin rəğbətini qazanmışdır. Lakin, preparat maksimal təsir göstərsin deyə, mənfi amillərin təsirini kənar etmək vacibdir. Siqaretçəkmə, izafi alkoqol qəbulu, xolesterinli qida, yüksək əqli gərginlik damarlara mənfi təsir göstərir. Sözsüz ki, tamdəyərli istirahət və sağlam həyat tərzi uzun illər sağlamlığın təminatıdır.
Bu məqalə informativ xarakter daşıyır. Məqalə mütəxəssis məsləhətini əvəz edə bilməz.
Sağlamlığınızla bağlı suallar yaranırsa, həkiminizlə məsləhətləşin.
Selam menim 42 yaşım var teziqin herden oynayır 130-90ya120-80 hansı hekime getmişem deyib nevrozluqdur
İki gündür kavinton içirem dünen 110-90 idi teziqin heyecan nevrozudur bende siz ne diye meslehet görürsünüz.
Təcili cavab verin. Kovintonu necə qəbul etməli ????
Salam bu gün kabinetin içəndən sonra vəziyyətim çox dəyişdi derman edə bilermi
Salam. Mənim 75 yaşım var. S Vari skaliozdan əziyyət çəkirəm. Baş gicəllənməsi sən müalicə alıram. Sistemlər,tabletlər və s. Skaliozdan ağrılarımı blokada yolu ilə azaltmağa Nail olmuşam. Amma baş gicəllənməsi çox narahat edir. Sizcə Kabinetin kömək edərmi. Tşk.
Salam CAVİNTON bronxit allergiyası olan xəstələrə əks təsir edə bilər?
Salam başımda sıxilmalar olur. Vertiqo dan sonra belə olub. Tam müalicə almışam . Baş gicəlləmə az da olsa olur amma əvvəlki vəziyyətə qayıtmıram. Gün ərzində dəyişkən olur halım.Kovinton tableti kömək ola bilər?