Bagla

Həkimdən soruş

Hekimden sorus







Britaniya Tibb Jurnalının (BMJ) həkimlərin davamlı tibbi təhsilinə dəstəyi

 

Yeniliklər haqqında məlumatlı olmaq üçün 

“… həkim ayda 10 jurnal, təqribən 70 orijinal məqalə oxumalıdır….”

 

 Prof. David Sakett
Sübutlara əsaslanmış təbabətin banisi

 

 

Britaniya Tibb Jurnalının (BMJ)

həkimlərin davamlı tibbi təhsilinə dəstəyi

 

Tibb elmi çox sürətlə inkişaf edir. Ayda 150 000-ə yaxın məqalə dərc olunur, ildə 120 000 randomizə edilmiş nəzarət olunan tədqiqat həyata keçirilir. Hər beş il ərzində tibbi məlumatların həcmi iki dəfə artır. Tibbin sürətlə inkişaf etdiyi bir şəraitdə həkimlərin davamlı mütaliə etməsi böyük əhəmiyyət kəsb edir. Həkimlərin davamlı mütaliəsini təmin etmək məqsədilə dünyanın qabaqcıl ölkələrində davamlı tibbi təhsil sistemləri tətbiq olunur. Məqsəd həkimlər, tibb bacıları və əczaçıların müasir tibb elminin inkişafı ilə ayaqlaşmaları, son nailiyyətlərdən xəbərdar olmalarını təmin etmək və təcrübələrini sübutlara əsaslanmış tibbi məlumatlar üzərində qurmağa yönəltməkdir.

Ölkəmizdə  həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 iyun 2017-ci il tarixli 45 nömrəli əmri ilə “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti qaydalar” təsdiq edilmişdir. Bu Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil (DTT) prosesini tənzimləyir.  Həkimlərin davamlı tibbi təhsil sistemi Avropa Birliyi ölkələri, ABŞ, Türkiyə, Kanada, Avstraliya, Rusiya və difər ölkələrdə tətbiq olunur. Davamlı tibbi təhsil fəaliyyətlərinə müxtəlif tədbirlər aiddir: konfranslar, simpoziumlar, seminarlar, elektron portallar, xaricdə peşə təcrübəsinin təkmilləşdirilməsi və s.. Azərbaycanda tətbiq olunan DTT sistemində də bu sahədə uğurları olan qabaqcıl ölkələrin təcrübəsinə istinad edilərək həkimlərin mütaliəsi məqsədilə yuxarıda sadalanan müxtəlif tədbirlər nəzərdə tutulur. Bütün tədbirlər Səhiyyə Nazirliyi tərəfindən DTT üçün  akkreditasiya olunmalıdır. Üsuldan asılı olmayaraq DTT fəaliyyətinin miqdarı DTT krediti ilə hesablanır: həkim ildə minimum 48 DTT krediti, beş il ərzində isə minimum 240 DTT krediti toplamalıdır.

 

Tibbi məlumatların sürətlə artdığı müasir dövrdə həkimləri sübutlara əsaslanmış ən son məlumatlarlarla təmin etməkdə elektron tədris portallarının rolu olduqca böyükdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Britaniya Tibb Jurnalı (BMJ) ilə əməkdaşlıqda keçirdiyi Klinik Qərara Dəstək Təlim Təşəbbüsü Layihəsinin (2016-2019) məqsədi də BMJ-nin onlayn resursları olan BMJ Best Practice və BMJ Learning-ə çıxışı təmin etməklə ölkədə keçirilən DTT proseslərinə dəstək olmaqdır. BMJ-nin hər iki onlayn resursu Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya edilmişdir və həkimlər bu resurslardan davamlı tibbi təhsil  məqsədilə istifadə edirlər.   BMJ Best Practice-dən ildə 5 DTT krediti, BMJ Learning-dən isə 12 DTT krediti qazanmaq mümkündür. Saytda 500-ə yaxın mövzu Azərbaycan dilinə və 600-ə qədər mövzu isə rus dilinə tərçümə olunmuşdur.

 

BMJ artıq 170 ildir ki, fəaliyyət göstərir. Hal-hazırda BMJ dünyada geniş auditoriyası olan qlobal bir brend kimi səhiyyə təşkilatları və tibb işçilərinə gündəmdə olan ən kritik səhiyyə problemlərini həll etməkdə kömək edir. BMJ Best Practice klinik qərara dəstək aləti olaraq tibb müəssisələrində sübutlara əsaslanmış və daim yenilənən resurslardan istifadə etmək imkanı yaradır. BMJ Best Practice ən geniş yayılmış və əhəmiyyət kəsb edən 1000-dən artıq  xəstəliyi, 7000-dən artıq  diaqnostika və müalicə üzrə beynəlxalq təlimatı əhatə edir. BMJ Best Practice-in mobil proqramı da mövcuddur. Proqramı Play Market və App Store-dan yükləmək mümkündür və bu proqram oflayn da işləyir.

BMJ Learning distant təlim kurslarıdır.  Bu resursda tədris materialları müxtəlif formatlarda təqdim olunur. İstifadəçilər video materiallara  baxa, podkastları dinləyə, mətn və şəkilli resuraları oxuya və məlumatlarla müxtəlif yollarla işləyə bilərlər. İlkin bilikləri qiymətləndirmək üçün pre testləri, real xəstəlik hadisələrini və biliklərin artmasını  nümayiş etdirmək üçün post testləri özündə birləşdirən interaktiv tədris kursları saytın ən mükəmməl  resurslarından biridir.  Bu resurs səhiyyə mütəxəssislərinə  biliklərini və klinik problemləri həll etmək bacarıqlarını təkmilləşdirmək istiqamətində kömək etməyin ən effektiv yoludur. Post testin nəticələri uğurlu olan istifadəçilər fərdi sertifikatlar əldə edirlər.

 

Hazırda Azərbaycanda müxtəlif ixtisas sahıbi olan 2600-ə qədər həkim BMJ-nin onlayn resurslarından faydalanır. İki il müddətində BMJ Best Practice üzrə mövzulara 134 744 baxış olmuşdur; BMJ Learning üzrə 13 465 modul tamamlanmış və post-test nəticələrində 38% artım qeydə alınmışdır. İstifadəçilərlə keçirilən onlayn sorğunun nəticələrinə görə 88% respondent BMJ Best Practice-in gündəlik praktik təcrübələrinə və 89% respondent isə BMJ Learning-in professional inkişaflarına uyğun olduğunu söyləmişdir.

 

Klinik Qərara Dəstək Təlim Təşəbbüsünün davam olunması həkimlərin bilik və bacarıqlarının beynəlxalq səviyyəyə uyğunlaşdırılması ilə tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərə bilər. BMJ-nin və müvafiq qurumların birgə səyi ilə bu layihənin ölkəmizdə davamlı olmasına nail ola biləcəyimizə ümid edirik.

 

BMJ resurslarından faydalanmaq istəyən həkimlər Layihə ilə bağlı yenilikləri BMJ istifadəçiləri üçün yaradılmış facebook səhifəsində izləyə bilərlər Continued Medical Education (CME) https://www.facebook.com/groups/335564347204700/. Layihə ilə bağlı sualınız olarsa, shasanova@bmj.com  və 055 440 42 21 whatsapp nömrəsi vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

 

“Hesab edirəm ki,  BMJ-nin Klinik Qərara Dəstək Təlim Təşəbbüsü Azərbaycanın həkimlərinə biliklərini artırmaq və klinik bacarıqlarını təkmilləşdirmək  üçün geniş imkanlar yaradır. BMJ Best Practice və BMJ Learning-in onlayn rejimdə mövcud olması  distant təhsil almaq imkanı yaradır, həm şəhər və həm də rayon yerlərində  çalışan tibb mütəxəssislərinə öz biliklərini təkmilləşdirməkdə kömək edir”.

 

Dr. İradə Axundova
Elmi-Tədqiqat  Ağciyər Xəstəlikləri  İnstitutunun direktor müavini.

 

“BMJ Best Practice qərarlarımızın təsdiq olunması baxımından bizə çox kömək edir. Bu resursdan istifadə etdikdə həkimlərin özünə güvən hissi artır və bu onların xəstə ilə ünsiyyətini təkmilləşdirir. Biz özümüzü dünya həkimləri ilə bir dalğada hiss edirik və anlayırıq ki, məlumat baxımından geridə qalmırıq”.

 

Dr. Çəmilə Talıbova
Həkim-otolarinqoloq,
Sanator Kurort Reabilitasiya Mərkəzinin baş direktoru

 

“Gündəlik fəaliyyətimdə həm BMJ Best Practice, həm də BMJ Learning-dən istifadə edirəm. BMJ Learning-də xəstəlik hallarının təsviri və xəstənin mərhələli şəkildə aparılması, diaqnozun hansı şərtlər əsasında qoyulması, onun hansı müayinələr əsasında təsdiqlənməsi bir gənc həkim olaraq mənim üçün çox əhəmiyyətlidir. İnfeksion xəstəlik hallarına gəldikdə ilkin müalicənin empirik olaraq təyin olunmasına dair sübutlara əsaslanmış məlumatların olduqca böyük köməyi dəyir.
Daha çox diqqətimi çəkən resurs BMJ Best Practice-dir. Şəxsi telefonuma BMJ Best Practice mobil proqramını yüklədikdən sonra bir çox xəstəliklər haqqında məlumatları daha operativ şəkildə əldə edirəm. Proqramın ən müsbət xüsusiyyəti isə onun oflayn rejimdə işləməsidir. Bu amil bizim kimi gənc həkimlər üçün resursu hər an və hər yerdə istifadə etmək imkanı yaradır”.

 

Dr. Hökümə Məmmədova
Həkim-infeksionist, Şabran Mərkəzi Rayon Xəstəxanası və Səhhət klinikası


 3180    PAYLAŞ |

üçün 11 cavab

  1. Sevinc Azimova dedi ki:

    Gündəlik fəaliyyətimdə həm BMJ Best Practice, həm də BMJ Learning-dən istifadə edirəm. BMJ Learning-də xəstəlik hallarının təsviri və xəstənin mərhələli şəkildə aparılması, diaqnozun hansı şərtlər əsasında qoyulması, onun hansı müayinələr əsasında təsdiqlənməsi bir gənc həkim olaraq mənim üçün çox əhəmiyyətlidir. İnfeksion xəstəlik hallarına gəldikdə ilkin müalicənin empirik olaraq təyin olunmasına dair sübutlara əsaslanmış məlumatların olduqca böyük köməyi dəyir.
    Daha çox diqqətimi çəkən resurs BMJ Best Practice-dir. Şəxsi telefonuma BMJ Best Practice mobil proqramını yüklədikdən sonra bir çox xəstəliklər haqqında məlumatları daha operativ şəkildə əldə edirəm. Proqramın ən müsbət xüsusiyyəti isə onun oflayn rejimdə işləməsidir. Bu amil bizim kimi gənc həkimlər üçün resursu hər an və hər yerdə istifadə etmək imkanı yaradır”.

  2. Şəfa Hüseynova dedi ki:

    Bu müddət ərzində aktiv BMJ learnig və BMJ practice istifadə edən bir həkim olaraq bu layihənin davamlı olmasına çox ümid edirəm..

  3. Natəvan Yusifova dedi ki:

    BMJ-dən istifadə edirəm.Bu layihənin uzanmasını arzu edirəm.Rahatlıqla istənilən məlumatı əldə etmək olur.

  4. Tamella Məmədova dedi ki:

    Trapevtik mövzular

  5. İlhamə Hacızadə dedi ki:

    Çox isterdim BMJ fəaliyyəti Azərbaycanda davam olunsun

  6. Məhsəti Nəcəfova dedi ki:

    BMJ Best praktike ve BMJ learningden boyuk zovqlə istifadə etmisem,mence her bir həkim ucun burada oz biliklerini mukemmel seviyyede inkisaf etdirmek ve yenilemek ucun cox gozəl imkanlar var.Yeniden bu layihenin davam etmesini isteyerdim.

  7. Sevinc Məmmədova dedi ki:

    Çox böyük həvəslə işləyirəm BMJ mövzularını, pediatriya ilə bağlı modullar işləmişəm, o qeder maraqlıdır ki, ixtisasıma aid olmayan sahələrdən də mövzuları BMJ learning den maraqla oxuyuram. Davamını çox isterdim. BMJ ilə işləmək həm də ona görə yaxşıdır ki, istədiyin mövzular haqqında anında məlumat əldə edə bilirsən.

  8. Elnarə İbrahimova dedi ki:

    BMJ learning və BMJ Best Praktise istifadəçi olaraq bildirirəm ki, bunların davamlı olması arzu olunandır. Belə ki, həkimlərin nəzəri və praktik biliklərinin səviyyəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

  9. Günəş dedi ki:

    Salam.mən ötən ildən Bmj də bir çox modulları oxuyub başa vurmuşam.c ox istərdim yenə oxuyub,bu jurnal davamlı fəaliyyət göstərərdi.cunki əhəmiyyəti çox böyükdür həkimlər üçün. Çox xahiş edirəm yenə imkan yaradılsın bizim həkimlərə,BMJ nin resurslarından faydalanmaq üçün.

  10. Ulviyə dedi ki:

    Davam olunsun
    Mūsbət rey

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *