Bagla

Həkimdən soruş

Hekimden sorus







COVID-19 pandemiyası ilə bağlı stres və həyəcan səviyyəsinin azalmasına dair tövsiyələr

Stres immun sisteminin aktivliyinə birbaşa təsir edir, onu zəiflədir və infeksiyaya yoluxma ehtimalını artırır. Bu mexanizm stres amilinin qlükokortikoid reseptorlarına təsiri nəticəsində rezistentliyin formalaşması və iltihabı proseslərin yatırılması ilə izah olunur. Psixi və fiziki sağlamlığı sadə və aydın tövsiyələrin köməyi ilə qorumaq mümkündür, lakin bəzi hallarda medikamen­toz terapiya tələb oluna bilər. “The Canadian Journal of Psychiatry” jurnalında çap olunmuş məqalədə SARS epidemiyası ilə mübarizədə iştirak edən səhiyyə işçiləri arasında stres, depressiya və həyəcan səviyyəsi qiymətləndirilib. Alınmış məlumatlara əsasən, yüksək yoluxma riski qrupunda olan işçilər, hətta profilaktik tədbirlərin düzgünlüyünə əmin olduğu halda belə zəiflikdən, yuxusuzluqdan, narahatlıqdan və sosial təmas qorxusundan şikayətlənirdi.

 

İmmun sisteminin pozulması SARS-CoV-2 virusuna yoluxma riskini artıra bilər. Pandemiyanın ruhi sağlamlığa təsirinə dair ÜST ekspertləri stres səviyyəsini azaldan bir sıra məsləhətlər tərtib ediblər.

 

Tövsiyələrdə COVİD-19 yoluxmuş adamlara empatiya ilə yanaşmaq, infeksiyanı hər hansı milliyətlə və ya etnik mənsubiyyətlə bağlamaqdan çəkinmək təklif olunur. Xəbərlər gündəminə marağı azaltmaq, şayiələrə uymamaq və daha çox faktlara diqqət vermək tövsiyə olunur. Səhiyyə işçilərinə stresin öhdəsindən fiziki aktiv­lik və yaxınlarla ünsiyyətin köməyi ilə gəlmək məsləhəti verilir (ailə, dostlar). Belə bir epidemioloji mühitdə yaşlı adamlar daha çox həyəcanlanır, qəzəblənir, xüsusən, təcrid olunmuş şəraitdə və ya koqnitiv pozuntular olduğu halda. Onlara qulluq edən, baxanlar sadə tərzdə, ehtiramla və səbrlə məsələnin mahiyyətini izah etməlidir. Təcrid şəraitində olanlar ailəsi ilə, dostları ilə, həmkarları ilə telefon, videokonfrans, sosial şəbəkələr və ya elektron poçt vasitəsi ilə rabitə qurmalıdır. Günün intizamını gözləmək, sağlam və rahatlıq gətirən işlərlə məşğul olmaq məsləhətdir.

 

Bu tövsiyələr əsəb gərginliyini azaltmağa yönəlib, amma bəzi hallarda medikamentoz yardıma da ehtiyac yarana bilər.

 

Həyəcan pozuntularının müalicəsi üçün nəzərdə tutulmuş ən vacib preparatlar sinfindən biri də benzodiazepin törəmələri qrupuna aid vasitələrdir. Bu baxımdan öz effektivliyini çoxdan təsdiq etmiş atipik benzodiazepin trankvilizatoru diqqətə layiqdir. Bu qəbildən olan preparatlar ənənəvi olaraq klinik ifadə olunmuş həyəcan əlamətlərinin, psixopatiyaların müalicəsində istifadə edilir. Posttravmatik stres pozuntuları, psixi adaptasiya pozuntuları da göstərişlər sırasına aiddir.

 

Bu preparat selektiv anksiolitik və yumşaq psixostimulyasiya effekti göstərir. Tipik əlavə mənfi təsirləri olmadığından gənc pasientlərə də təyin edilə bilər, yuxunu yaxşılaşdırır, həyəcanı və sefalgik sindromu aradan qaldırır.

 

Həyəcan şəraitində immunitetin zəifləməsi təkcə pasientin sağlamlığı üçün təhlükəli deyil, bütövlükdə epidemioloji vəziyyəti ağırlaşdırır, odur ki, streslə əlimizdə olan bütün mümkün üsullarla mübarizə aparmalıyıq.

 

Əslində, bütün tövsiyələrin mahiyyəti bəşəri dəyərlərə söykənir, unutduğumuz, uzaqlaşdığımız, bilərəkdən üz döndərdiyimiz dədə-baba dəyərlərinə.
Mərhəmətli olmalıyıq, böyüklərlə kiçiklərin danılmaz bağlılığını danmamalıyıq, fədakar olmalıyıq, özümüzdən çox bizə ehtiyacı olanları düşünməliyik, süni müasir “psixoloq” məsləhətlərinə uymamalıyıq, yaxınımızı görməliyik, dərdinə şərik olmalıyıq, gündəlik işlərə bağlanmalıyıq, evimizin küncünə-bucağına, daşına-divarına, ocağına, istisinə, ağbirçəyinə və ağsaqqalına qiymət verməliyik. Eşitmədik­lərimiz həqiqətlərdi? Xeyr! Eşitdiklərimiz və bildiklərimizdi. Qalır əməl etməyimiz. Əməl edincə depressiyaya, bədbinliyə zaman belə qalmır! Zamanı xeyrimizə işləməyə döndərək!


 119    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *