Bagla

Həkimdən soruş

Hekimden sorus







Delta B.1.617.2

 

Bütün dünyada yuxarı tənəffüs yolları infeksiyaları insanlar arasında ən çox yayılan xəstəliklərdən olub, bakteriya, göbələk və s. kimi mikroorqanizmlər tərəfindən törədilsə də, əksər hallarda viruslar tərəfindən törədilir. Lakin dövrümüzün ən böyük problemlərindən olan, pandemiya törədən COVİD 19 və ya SARS Cov2 çox qısa bir müddətdə tez-tez mutasiyalara məruz qalmaqla hamını təşfişə salır.

 

Yuxarı tənəffüs yolları xəstəliklərinin klinikası, adətən, çox oxşar olsada törədicilərinin müxtəlif olması müalicə seçimini də dəuişdirir. Istifadə edilən dərman preparatları bakteriyaya qarşı yox viruslara qarşı olduğu üçün müalicənin effektivliyini də dəyişdirir. Bildiyimiz kimi, bakteriyalara qarşı istifadə edilən antibiotiklər bakteriyaya xas olan hüceyrə komponentlərinə təsir edir. Viruslarda isə hüceyrə komponentləri olmadığı üçün onlara təsir edə bilməz. Lakin istifadə edilərsə, bu zaman bizim öz normal mikrofloramıza təsir edərək, öz orqanizmimizə zərər verəcək, bizim bakteriyalarımızı antibiotklərə müqavimətli edərək gələcəkdə, antibiotik istifadəsi zamanı müalicənin effektivsizliyi ilə qarşılaşacağıq. O səbəbdən də törədicini təyin etmədən simptomlara qarşı müalicə insana xeyirdən çox ziyan verir.

 

Covid 19 infeksiyası isə kliniki gedişatının fərqliliyi ilə çox seçilən virus olduğu üçün diaqnostikasından tutmuş müalicəsinə kimi çox diqqətli olmamızı istəyir. Əlbəttə ki, deyildiyi kimi xəstəliyi müalicə etməkdən əhəmiyyətli, onun qarşısını almaq olduğu üçün burada da profilaktik tədbirlər vacibdir. Virusun hansı yolla insan orqanizmınə düşməsini biliriksə, o yoluxmaların qarşısının alınması üçün lazım olan maskanın düzgün istifadəsi, əl yuma, məsafə saxlanılması, qapalı yerlərdə yığışmaların qarşısının alınması və s. bu kimi tədbirlərin hər yerdə aparılması və qaydalara riayət olunması, vaksinin istifadəsi əsasdır. Bu isə öz növbəsində xəstəliyin vaxtında qarşısının alınması, insanların bu bəladan qurtarmasına, eyni zamanda əlavə dərman preparatlarının istifadəsi və ya onların əlavə təsirindən qorunma deməkdir.

 

Bildiyimiz kimi, mikroorqanizmlərdə gedən mutasiyalar, yəni genetik dəyişikliklər onların xüsusiyyətlərini dəyişir. Covid 19 infeksiyasıda da bütün dünya ölkələrində düşdüyü yerdən asılı olaraq, müxtəlif mütasiyalarla özünü göstərir.

 

COVID 19-un latın hərfləri ilə adlandırılan variantları (mutasiyaları)

 

Qeyd edilən alfa, betta, qamma və delta mutasiyalar daha çox narahatçılığa səbəb olur. Yarandığı yerdən asılı olmayaraq bu ştamlar digər ölkələrdə də yayılaraq onlar üçündə təklükə yaradır.
Hazırda ən geniş yayılmasına görə (alfa ştamından 61-71% çox yayılmasıyla) fərqlənən delta ştamı daha çox cavanlar arasında yoluxması ilə fərqlənir. Mutasiya S antigenində gedir. Bu isə diaqnosikada da müəyyən çətinliklər törədir. Belə ki, COVİD 19 PCR testlərində yalnız S antigeni kodlayan hissəni təyin edən kitlər Delta ştamını təyin etməyə bilər. O səbəbdən də ÜST-ün protokollarında da qeyd edildiyi kimi bir neca bölgə təyin edilməlidir.

 

Eyni zamanda Delta ştamında vaksinlərin effek­tif­lik faizi aşağı düşüb. Əvvəlkində əsas rast gəlinən əlamətlər qoxu və iy bilmə qabiliyyətinin itməsi, öskürək idisə, delta-ya fərqli olaraq bu əlamətlər məxsus deyil. Qızdırma yenə də əsas əlamətlərdəndir. Daha çox baş və boğaz ağrısı, zökəm əlamətləri ilə təzahür edir. Digər respirator xəstəliklərə daha çox oxşayır. Əvvəllər istifadə edilən monoklonal anticismlə tam yetərli dərəcədə effektiv deyil. O səbəbdən də hamımız diqqətli və ehtiyatlı olmalıyıq.

 

Dr. Həyat Əliyeva
Referans Klinik Laboratoriya Mərkəzinin Baş konsultantı,
Azərbaycan Tibb Univetsitetinin Mikrobilogiya və İmmunologiya kafedrasının Dosenti

 


 1351    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *