Bagla

Həkimdən soruş

Hekimden sorus







Diabetin hüceyrə terapiyası

 

Mediklər ilk dəfə olaraq kök hüceyrələri əsasında hazırlanmış və insulin istehsal edə bilən implantları birinci tipli diabetin müalicəsində könüllülər üzərində sınaqdan keçirmişdir. Klinik tədqiqatların ilk iki fazasının nəticələri “Cell Stem Cell” jurnalında dərc olunmuşdur.

 

“Biz ilk dəfə olaraq kök hüceyrələrindən becərilmiş implantların pasiyentlərin orqanizminə implantasiya olunduqdan sonra insulin istehsal edə bilməsini və qanda qlükozanın səviyyəsinin dəyişməsinə reaksiya verdiyini nümayiş etdirdik. Bu uğurlar birinci tipli diabetin hüceyrə terapiyasının yaradılması və optimizisayası üçün yol açır “- Vankuverdəki (Kanada) Britaniya Kolumbiyası universitetinin professoru Timoti Kiffer deyir. ÜSTnın statistikasına görə, bu gün təxminən 463 milyon adam birinci və ikinci tipli diabetdən əziyyət çəkir. Professor Kiffer və həmkarları artıq uzun illərdir ki, pasiyentin proqramı dəyişdirilmiş kök hüceyrələrindən süni mədəaltı vəzi analoqlarının yaradılması üzərində çalışır.

 

Bu hüceyrələrin və onların əsasında hazırlanmış implantların fəaliyyətini müxtəlif heyvanlar üzərində sınadıqdan sonra alimlər üç il əvvəl bu texnologiyanın könüllülər üzərində aparılan klinik tədqiqatların birinci və ikinci fazasına başladılar. Bu tədqiqatlarda birinci tipli diabet xəstəsi olan 15 kanadalı kişi və qadın iştirak edirdi. Tədqiqat iştirakçılarının hər birinə keçirdiyi əməliyyat zamanı xüsusi kapsullara yerləşdirilmiş adacıq hüceyrələrinin analoq kulturları implantasiya edilirdi. Sonrakı doqquz ay ərzində alimlər könüllülərin sağlamlıq durumunda baş verən dəyişiklikləri izləyirdi və qanlarında insulin səviyyəsinin dəyişməsini müşahidə edirdi.

 

Müşahidələr göstərir ki, 63% hallarda hüceyrə kulturları könüllülərin orqanizminə uyğunlaşır və eksepriment boyu həcmi tədricən artan insulin hasil etməyə başlayır. Bəzi hallarda əməliyyatdansonrakı fəsadlar səbəbindən kapsullar xaric olundu, lakin başqa könüllülərin orqanizmində onlar bir ildən artıq normal fəaliyyət göstərirdi. Hazırda professor Kiffer və onun həmkarları immun sistemi tərəfindən ayrılmayan daha mükəmməl kapsulların yaradılması üzərində çalışır, dia­betiklərin maksimal dərəcədə effektiv insulin təminatı məqsədi ilə kök hüceyrələrinin münasib kombinasiyasını seçir. Bu məsələnin həlli diabetin hüceyrə terapiyasının kütləvi tətbiqi üçün şərait yaradacaq.


 32    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *