Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib. Bu ayın keçirilməsində məqsəd qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsullarının əhəmiyyətini vurğulamaqdır.
Diaqnoz Tibb Mərkəzi “Atəşgah” Sığorta Şirkəti və “Meqa Sığorta” ASC-nin birgə təşkilatçılığı ilə maarifləndirmə “Hilton Baku”-da və “eManat” şirkətində maarifləndirici seminarlar keçirilib.
Seminarlarda Diaqnoz Tibb Mərkəzinin cərrah mama-ginekoloqu Ramilə Abbaszadə və Könül Məmmədova, “Süd vəzilərin sağlamlığını qoruyaq” mövzusunda təqdimatla çıxış ediblər.
Maarifləndirmə ayı ilə bağlı keçirilən tədbirin iştirakçılarına məlumatlandırıcı materiallar, həmçinin Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayını simvolizə edən çəhrayı lentlər paylanılıb.
Bir cavab yazın