Bagla

Həkimdən soruş

Hekimden sorus







Diaqnoz Tibb Mərkəzi tərəfindən maarifləndirici aksiyalar keçirilib

 

Diaqnoz Tibb Mərkəzi tərəfindən Oktyabr – “Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində maarifləndirici aksiyalar təşkil olunub.

 

Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib. Bu ayın keçirilməsində məqsəd qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsullarının əhəmiyyətini vurğulamaqdır.

 

Diaqnoz Tibb Mərkəzi tərəfindən təşkil olunan aksiya çərçivəsində “Atəşgah” Sığorta Şirkətində, “Azərsığorta” Dövlət Sığorta Kommersiya şirkətində, “Meqa Sığorta” ASC-də, “Hilton Baku”-da, “JW Marriott Abşeron Bakı”-da və “The Ritz-Carlton, Baku”-da “Baker Hughes, a GE company”-də,  “Eurodesign CSC” şirkətində maarifləndirici seminarlar keçirilib.

Seminarlarda Diaqnoz Tibb Mərkəzinin radioloqu Könül Məmmədova, mammoloqu Kəmalə Rəhimova və mama-ginekoloqu Gülnar Ağayeva “Süd vəzilərin sağlamlığını qoruyaq” mövzusunda təqdimatla çıxış ediblər.

 

Maarifləndirmə ayı ilə bağlı keçirilən tədbirin iştirakçılarına məlumatlandırıcı materiallar, həmçinin Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayını simvolizə edən çəhrayı lentlər paylanılıb.

 


 718    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *