Bagla

Həkimdən soruş

Hekimden sorus







Dırnaqların rəngi nədən xəbər verir?

Sağlam dırnaqlar parlaq və azca çəhrayıdır. Tütünçəkmə, dırnaq boyasının çox istifadə olunması və ya yaş amili dırnaqların görünüşünə mühüm təsir göstərir.
Lakin bəzən dırnaq layının rəngini dəyişməsi orqanizmdə baş verən ciddi dəyişikliklərdən xəbər verir. Nəyə diqqət etmək lazımdır?

 

Dırnaq problemlərinin çoxu qida pozuntuları ilə bağlıdır. Qida maddələrinin çatışmazlığı dırnaq layını zəiflədir, dırnaq kövrəlir, hətta çatlayır. Dırnaq səthi nəmin, yüksək və ya çox aşağı temperaturların təsirindən dəyişə bilər. Kimyəvi maddələrlə təmasın olması, dırnaqların boyanması və aseton dırnaq strukturunu çox zəiflədir. Əllərə lazımınca qulluq olunmaması da az əhəmiyyət daşımır.

 

Dırnaq rənginin dəyişməsi narahatlıq doğurmalıdır. Ləkələr (adətən, ağ rəngli) və ya dırnaq layının tam saralması, qaralması, qəhvəyi, yaşıl və ya bozumtul-göyə çalması həkim məsləhəti tələb edir.

 

Saralma siqaret çəkərkən və dırnaqlar tez-tez müxtəlif qırmızı çalarlara boyanarkən əmələ gəlir. Bəzi dərmanlar, sarılıq, psoriaz, mikoz xəstəlikləri də dırnaqların saralmasına səbəb olur.

 

Qəhvəyi rəng dərman qəbulundan sonra yarana bilir, bəzən qalxanvarı vəzi xəstəliklərindən, aclıqdan əziyyət çəkənlər və ya qatı tütün aludəçiləri də qəhvəyi dırnaqla rastlaşır.

 

Yaşıl dırnaqlar – bakterial infeksiyanın nəticəsidir. Patogenlər orqanizmə kəsiklərdən, düzgün aparılmayan kosmetik proseduralardan və ya çox islanan əl dərisindən keçir.

 

Bozumtul-göy çalarlı dırnaqlar – digər səbəblərlə yanaşı, zəhərlənmə əlamətidir. Gümüşü rəng malyariya əleyhinə preparatların təsiri, bəzən qan dövranı xəstəlikləri və maddələr mübadiləsi pozuntularının əlamətidir (Vilson xəstəliyi)

 

Qara dırnaqlar yüngül zədə və ya kimyəvi maddələrin təsirindən əmələ gəlir. Düyün altında qara zolağın olması nadir dırnaqaltı melanoma əlaməti ola bilər.


 1094    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *