Dispraksiyası olan bir insanın hərəkət, koordinasiya, mühakimə, emal, yaddaş və digər bilimsəl bacarıqları ilə problemləri yaranır. Dispraksiya bədənin immun və sinir sistemlərinə də təsir göstərir. Dispraksiya, həmçinin motor öyrənmə çətinliyi, həssas motor disfunksiyası və maneəli inkişaf koordinasiyası (DCD) kimi də tanınır. “Minimal beyin zədəsi” və “dispraksiyalı körpə sindromu” ifadələri artıq istifadə edilmir. Təhsil problemləri Mərkəzindən verilən məlumata görə, dispaksiya olan insanlar kiçik və kobud hərəkət tapşırıqlarını planlaşdırmaqda və həyata keçirməkdə çətinlik çəkirlər. Bu, sadə motor hərəkətlərindən tutmuş daha mürəkkəb olanlara, məsələn, dişlərinizi fırçalamaq üçün addımlar ardıcıllığına qədər dəyişə bilər.
Dispraksiya nədir?
Dispraksiya – insanın sadə hərəkətlərinin planlaşdırma və emal etmə qabiliyyətinə təsir edən nevroloji bir xəstəlikdir. Dispraksiyası olan insanlarda tez-tez nitq problemləri olur, bəzən düşünmə və qavrayışda çətinlik çəkirlər. Dispraksiya, insan zehninə təsir etmir, baxmayaraq ki, uşaqlarda öyrənmə problemlərinə səbəb ola bilər. İnkişaf edən dispraksiya, hərəkətin təşkilinin yerinə yetirilə bilinməməsidir. Beyin, sinir neyronlarını tam ötürülməsini təmin və emal etmir. Dispraksiyası olan bir insanın nəyi və necə edəcəyini planlaşdırması çətindir.
Nevroloji pozğuntular və insults institutu (NINDS) dispraksiya xəstəliyi insanların təxminən 10 faizində dispaksiya olduğu, təxminən 2 faizinin isə ağır olduğunu söyləyirlər. Açıq dipraksiya xəstəliyi olan hər beş uşaqdan dördü oğlan uşaqlarıdır, lakin buna baxmayaraq , qızlarda dispraksiya xəstəliyinin diaqnoz qoyulmaması ilə bağlı bəzi mübahisələr və elmi diskussiyalar var. Birləşmiş Krallıq Milli Səhiyyə Xidmətinin məlumatına görə, dispraksiya xəstəsi olan bir çox uşaqda həmçinin Diqqət defisiti və hiperaktivlik pozğunluğu sindromu (DEHB) mövcüd ola bilər.
Dispraksiya simptomları
Simptomlar insanların yaşına görə dəyişir. Dispraksiyanın ümumi simptomlarından bəziləri bunlardır:
Dispraksiya diaqnozu
Dispraksiya diaqnozu bir klinik psixoloq, təhsil psixoloqu, pediatr və ya peşə terapevti tərəfindən qoyula bilər. Uşağda dispraksiya olduğundan şübhələnən hər hansı bir valideyn həkimə müraciət etməlidir.
Müayinə zamanı uşağın inkişaf tarixi, intellektual qabiliyyətləri, eləcə də kobud və incə hərəkət bacarıqları ilə bağlı təfərrüatlar tələb olunacaq:
Ümumi hərəkər qabilliyyətləri – tullanma, atma, gəzinti, qaçış və tarazlığı da daxil olmaqla bədən hərəkətlərini əlaqələndirən böyük əzələlərdən nə qədər yaxşı istifadə edir?
Sadə hərəkət qabiliyyətləri – uşağın kiçik əzələlərdən, o cümlədən köynək düymələmək, düzəltmək, qayçı ilə şəkilləri kəsmək və yazmaq üçün nə qədər yaxşı istifadə edə bilir?
Müayinə edən şəxs uşağın gəzmək, iməkləmək və danışmaq kimi inkişafının əsas mərhələlərinin nə vaxt və necə əldə olunduğunu bilməlidir. Uşaq – tarazlıq, toxunma həssaslığı və gəzinti zamanı kordinasiya dəyişkənliyinə görə qiymətləndirilməlidir.
Uşaqlarda dispraksiya
Dispraksiya simptomları yaşa görə dəyişə bilər. Bunu nəzərə alaraq, hər yaşı ayrıca nəzərdən keçirəcəyik. Lakin bəzi uşağlarda aşağıda təsvir olunan bütün simptomları olmaya bilər.
Normal intonasiyanı qorumaqda çətinlik çəkir, çox məhdud lüğət bilgilərinə malikdir, digər uşaqlara nisbətən daha yavaş danışır və bir çox fasilə ilə az söz istifadə edir.
Avstraliyanın Westmead şəhərindəki Uşaq Xəstəxanasının araşdırmalarına görə uşaq suallara cavab verməkdə ləng ola bilər, səslər çıxarmaqda çətinlik çəkə bilər və ya səs və ya söz ardıcıllığını poza bilər; normal intonasiyanı qorumaqda çətinlik çəkə bilər.
Daha sonra aşağıdakı çətinliklər yarana bilər:
Aşağıdakı simptomlar məktəbəqədər yaşda da rast gəlinir:
Yuxarıda sadalanan problemlərin bir çoxu uşaq böyüdükçə belə düzəlməyə bilər.
Yetkinlərdə dispraksiya
Yetkinlərdə Dispraksiya simptomları:
Dispraksiyası olan insanlar zövqə, işığa, toxunuşa və və ya səs-küyə son dərəcə həssas ola bilərlər. Potensial təhlükələri anlamamaqla və qeyri stabil əhval dəyişiklikləri ilə qarşılaşırlar.Düşüncə və tapşırıqların planlaşdırılması və təşkilindədə çətinlik çəkirlər.
Dispraksiyanın səbəbləri
Elm adamları dispraksiyaya səbəb olan amilləri tam dəqiq bilmirlər. Mütəxəssislər, əzələləri və neyronları idarə edən insan sinir hüceyrələrinin düzgün inkişaf etmədiyinə inanırlar. Beyin neyronları hər hansı bir səbəbdən düzgün əlaqə qura bilmirsə, beynin məlumatların işlənməsi üçün daha çox vaxt lazımdır.
Dispraksiyanın müalicəsi
Dispraksiya sağalmaz olsa da, müalicə ilə insan normal fəaliyyət göstərə bilmə şansı var. Ancaq insana nə qədər tez diaqnoz qoyulsa, proqnozu bir o qədər yaxşı olar. Dispraksiyası olan insanlar aşağıdakı terapiyalar ilə müalicə oluna bilər.
Peşə terapiyası
Terapevt uşağın həm evdə, həm də məktəbdə gündəlik funksiyaları necə yerinə yetirdiyini qiymətləndirəcəkdir. Sonra uşağa onlar üçün çətin olacaq gündəlik fəaliyyətlərə xas olan bacarıqları inkişaf etdirməyə kömək edəcəklər.
Loqoped terapiyası
Loqoped uşağın nitqini qiymətləndirəcək və daha effektiv ünsiyyət qurmaları üçün bir müalicə planı həyata keçirəcəkdir.
Pertseptual terapiya
Buraya uşağın dil, vizual, motor və eşitmə bacarıqlarının artırılması daxildir. Uşaq tədricən daha inkişaf etdirilən bir sıra vəzifələrlə üzləşdirilir – məqsəd uşağı inkişaf etdirmək üçün motivasiya etmək amma o qədər də məyus və ya stresli hala salmamaq.
At terapiyası
Alternativ Tibb Jurnalında yayımlanan bir araşdırmada, İrlandiya, İngilis və İsveçli bir qrup tədqiqatçı, at terapiyasının (terapevtik minmə) 6 ilə 15 yaş arasındakı 40 dispraksiyalı uşağa təsirini qiymətləndirdi. At terapiyası iştirakçıların biliklərini, əhval-ruhiyyələrini və yerişlərini stimullaşdırdıqlarını və yaxşılaşdırdıqlarını təsbit etdilər.
Tural Kazımzadə
Bir cavab yazın