Ədliyyə Nazirliyi tibb xidmətinin qulluğa qəbul üzrə Müsabiqə Komissiyası bildirir ki, xidmətin kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına möhkəmləndirilməsi məqsədi ilə orta və kiçik rəis heyəti vəzifələrinə qulluğa qəbulla bağlı müsahibə keçirilir.
Vakant vəzifələr əsasən penitensiar müəssisələrdə, o cümlədən Bakı şəhəri Qaradağ rayonunda yeni istifadəyə verilmiş Umbakı penitensiar kompleksində və Lənkəran şəhərində istifadəyə veriləcək penitensiar müəssisədə aşağıdakı ixtisaslar üzrədir:
Orta rəis heyəti vəzifələrinə:
– həkim-terapevt,
– həkim-cərrah,
– şüa diaqnostikası üzrə həkim,
– həkim-narkoloq,
– həkim-psixiatr,
– həkim-infeksionist,
– həkim-ftiziatr,
– həkim-laborant,
– həkim-kardioloq,
– həkim-nevropatoloq,
– dəri-zöhrəvi həkimi,
– həkim-anestezioloq-reanimatoloq;
Kiçik rəis heyəti vəzifələrinə:
– feldşer,
– feldşer-laborant,
– tibb bacısı (qardaşı).
Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsahibəyə dəvət edilirlər.
Müsabiqədə iştirak etmək üçün sənədlər Ədliyyə Nazirliyi Tibb baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 16 və 18) qəbul olunur. Həmçinin müraciətlər elektron poçt ünvanı (medical.department@justice.gov.az) vasitəsilə də edilə bilər.
Əlavə məlumatları (012) 493-30-91, (012) 498-17-62 və (012) 493-06-50 nömrəli telefonlara zəng etməklə əldə etmək mümkündür.
Bir cavab yazın