Bagla

Həkimdən soruş

Hekimden sorus







Dr. Nəzakət Abdullayeva: Düzgün diaqnoz və müalicə həyat qurtarır!

 

Proktoloqlar hansı xəstəliklərin müalicəsi ilə məşğuldurlar?

Proktoloq ano-rektal bölgənin xoşxassəli xəstəliklərinin müalicəsi ilə məşğuldur. Ano-rektal bölgə – həzm traktının ən son hissəsi olan düz bağırsağın aşağı 1/3-i və anal kanalı əhatə edir. Əhali arasında kifayət qədər yayılmış xəstəlikləri var. Məs: babasil, anal çat, fistula, abses, kondiloma, rektal prolaps, rektosele, anal stenoz və s. Bu bölgənin özəl bir anatomiyası var, damar və sinirlərlə zəngindir. Ona görə də xəstəliklərin müayinə və müalicəsi ilə ixtisaslı həkim yanaşması məqsədəuyğundur.

 

 

Bağırsaq qanaxmasının səbəbləri?

Qanaxmalar 0-100 arası istənilən yaş qrupunda ola bilər. Bu həm xoş, həm də bəd xassəli xəstəliklər fonunda olur. Lakin, hər bir qanaxmanın kolorektal xərçəngin xəbərçisi olma ehtimalını unutmamalıyıq. Hər bir qanaxma şikayəti ilə müraciət etmiş xəstəyə proktoloq per rektum barmaq müayinəsi; proktoskopla baxış edir və ilkin diaqnoz formalaşır. Ehtiyac olarsa, kolonoskopiya və s. təyin edilir.

 

Bütün babasillər əməliyyat olunmalıdırmı?

Xeyr, dərəcəsindən və əlamətlərinin kəskinliyindən asılı olaraq müalicə növü seçilir. I-II dərəcəli babasillər – adətən konservativ, III-IV dərəcə babasillərdə – əməliyyat göstərişdir. Vaxtında müayinə və müalicə ilə xəstəliyin inkişafının qarşısını almaq olar.

 

Türkiyə və Avropa kolorektal cərrahiyyə dərnəyinin üzvü, 25 illik təcrübəyə sahib, 10 il xarici ölkələrdə çalışmış ümumi cərrah, proktoloq Nəzakət Abdullayeva sizi narahat edən problemlərə son qoyacaq:

  • Babasil(Ligasur, Longo, Lazer)
  • Anal çat
  • Anal fistul
  • Anal stenoz
  • Rektal prolapos
  • Anal papiloma
  • Anal polip
  • Qəbizlik
  • Tük dönməsi
  • Yırtğın ləğvi
  • Rektosele
  • Sistosele
  • Sidikqaçırma
  • TOT əməliyyatı
  • Vaginaplastika
  • Doğuş travmaları
  • Bağırsaq xəstəlikləri

 

Nəzakət Abdullayeva

Ümumi cərrah – Proktoloq

 

Instagram: abdullayeva.nazakat

Facebook: Nəzakət Abdullayeva

E-mail: nazakatk@mail.ru

Mob.: 055 477 34 53; 050 710 77 78

İş yeri: Kliniki Tibbi Mərkəz; MediClub klinika


 2518    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *