Bagla

Həkimdən soruş

Hekimden sorus







Dr. Nabil Z. Seyidov, PhD

Dr. Nabil Seyidov tibb sektorunda 17 il və ictimai səhiyyə sektorunda 5 ildən artıq iş təcrübəsinə malikdir. Azərbaycan Tibb Universitetini 2002-ci ildə fərqlənmə ilə bitirdikdən sonra Moskva şəhərində A.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi üzrə Elmi Mərkəzdə klinik ordinatura, daha sonra isə aspiranturanı bitirib və təhsilini davam etdirmək üçün ABŞ-a üz tutub. ABŞ-da 2009-2010-cu illərdə daxili xəstəliklər (terapiya) üzrə Merilend ştatının Baltimor şəhərində 1 il ixtisasartırma kursundan keçib, 2011-2012-ci illərdə isə Vaşinqton ştatının Sietl şəhərində ümumi cərrahiyyə, travmada təcili və təxirəsalınmaz yardım, yanıqlar və kardio-vaskulyar cərrahiyyə üzrə ixtisasartırma kursu keçib.

 

Hazırda Dr. Seyidov Bakı şəhərində fəaliyyət göstərən Leyla Medical Center-də həkim-terapevt və kardioloq kimi çalışır. Dr. Seyidov həmçinin 2017-ci ildən BP şirkətinin Sanqaçal terminalı üzrə Klinik Neftçilər Xəstəxanasının Baş Tibb Mütəxəssisi kimi də fəaliyyətini davam etdirir.    

 

Peşəkar həkim olmaqla yanaşı, Nabil Seyidov tibb və qeyri-tibb işçilərinin təlim-tədrisi,  səhiyyə sektorunda yeni informasiya texnologiyalarının tətbiqi, teletəbabət, səhiyyənin elektronlaşdırılması, tibb xidmətlərinin keyfiyyət standartları, səhiyyə menecmenti və qeyri-infeksion xəstəliklərin profilaktikası kimi geniş spektr məsələlərə böyük maraq göstərir.

 

2012-ci ildə ABŞ-da çalışdığı müddətdə Dr Seyidov www.uptodate.az “Uptodate In Medicine” Elmi Tibbi məlumat portalını təsis etmişdir. Bu portal tibb və qeyri-tibb işçilərinin müasir bilik və məlumatlarla təmin etmək üçün nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılmış “E-telim portalının” və “E-sağlamlıq” portallarının layihə rəhbəri və ideya müəllifi olub. Tibb sektorunda fəaliyyəti dövründə bir neçə kitab, metodik vəsait və rəhbərliklərin həm-müəllifi və 15-dan çox elmi məqalənin müəllifidir. Bu günədək 500-dən çox müxtəlif mövzularda təlim kursları və seminarlar keçirib.

 

– İxtisası: Terapevt-Kardioloq

– Müalicə etdiyi xəstəliklər: ürəyin işemik xəstəliyi, infarkt, aritmiyalar, ürək-damar əməliyyatlarından sonrakı baxım, ətraf damarların qeyri-cərrahi müalicəsi, revmatoloji xəstəliklər və ürək-damar sistemi tərəfindən ağırlaşmaların profilaktikası və müalicəsi, böyrək xəstəliklərinin ürək-damar sistemi ilə bağlı ağırlaşmalarının profilaktikası və müalicəsi, kardiorenal sindromlar, hepato-pulmonar və hepato-kardioloji sindromlar, və s. 

– Qəbul yerləri: Leyla Medical Center

– Qəbul günləri və saatları: Bazar ertəsi – Bazar günü, 09.00 – 20.00 (əvvəlcədən yazılmaq mütləqdir)

 

Əlaqə məlumatı:

e-mail: dr.nabilseyidov@gmail.com 

+99450 349 29 48 (whatsapp)


 13073    PAYLAŞ |

“Dr. Nabil Z. Seyidov, PhD” üçün bir cavab

  1. Nargiz dedi ki:

    Salam.Anamin dizden awagi ayaginda şiş var.Dopler de,uzi de etdirib.Diaqnoz Lipoma qoyulub,siz onu mualice edirsiniz?

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *