Bagla

Həkimdən soruş

Hekimden sorus







Dr. Rəşad Mahmudov: “Biz bu yola ailəsiylə birlikdə inanaraq başladıq…”

Nəhayət ki, 36 saat əvvəl gecə yarısı son əməliyyatını paylaşdığım Zəhra və biz bu gecəni dərin yuxuda qorxusuz və ağrısız keçirəbildik. O və ailəsi tam bir il, biz isə son bir ay idi ki, yata bilmirdik.

 

Hamı imkansızdır demişdi. Bizə gələndə arzuolunmaz fəsadlaşma ilə geçikmiş və son mərhələ #ÜrəkÇatışmazlığında idi. Ağır #HepatoRenalÇatışmamazlıqla uzun müddət başqa bir xəstəxananın reanimasiyasında yatırdı. Qarnında litirlərcə maye var idi, həm də redo…

Bilənlər məni başa düşər, bu nə deməkdir.

 

Zəhranın gözündə bir qram ümid qalmamışdı. Amma anası və babası bütün ruhuyla inanırdı bizə. Risk həddən ziyadə çox idi. Başqa yolumuz da qalmamışdı. Ya ölümə tərk edəcəkdik, ya da…

 

Arxa-arxaya üç əməliyyat və nəhayət hər şey qaydasındadır. Artıq koridorda gəzə bilirik.

 

Sabah evə yola salmağı planlaşdırırıq!

 

Dəyərli dostlar, əziz kolleqalar!

 

Biz bu yolda uduzada bilərdik. Bunu paylaşmaqda əsas məqsədim “hər şeyi itirmək olar, yetər ki, xəstələrimizin ümidləri tükənməsin və istənilən çətinlikdə sonuna qədər mübarizədən əl çəkməyək” məsajını bir daha hamımıza xatırlatmaq idi, həm də o işin nəticəsindən aslı olmadan. Çünki bəzən biz həkimlər ətrafın reaksiyasından, cəmiyyətin yanaşmasından çəkinərək doğru bildiyimizi belə etmirik, çəkinirik. Bu isə zaman içində biz həkimlərin sadəcə rahat olan xəstələri sağaldıb, ağır olan xəstələri öz halına buraxmamıza gətirib çıxara bilər. #Həkimlik sənəti #müqəddəs olduğu qədər də #çətin#məsuliyyətlidir. Əsas odur ki, istənilən işin sonunda vicdanının və Allahın huzurunda bu sözləri rahatlıqla deyəbiləsən; “mən bilgi və bacarığım daxilində xəstəmə əlimdən gələnin əəən yaxşısını elədim və ya ən doğru məsləhəti verdim”. Gerisi alın yazısı, başqalarının dedikləri isə…

 

Hər birimizə sağlam, təhlükəsiz, mənalı, xoş əhval-ruhiyyəli və bol ruzi bərəkətli ömür arzulayıram.

 

#AnadangəlməÜrəkQüsuru

#MərkəziGömrükHospitalı

#RƏŞADMAHMUDOV

#UşaqÜrəyi#TGA

#transpozisiya

 

Rəşad Mahmudov

Millət vəkili, ürək-damar cərrahı,

tibb üzrə elmlər doktoru


 6853    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *