Bagla

Həkimdən soruş

Hekimden sorus







Dünyanın ən yaxşı 10 xəstəxanası

Həkim peşəsi ən şərəfli peşələrdən biridir. Müəyyən ölkələrdə, qitələrdə və bütövlükdə dünyada ən yaxşı xəstəxanalar reytinqi mövcuddur ki, onların bəzisi birinci yerə tədqiqi fəaliyyətinə görə, digərləri pasiyentlərə yüksək komfort səviyyəsi təmin etməsinə görə seçilmiş xəstəxanalardan, elmi mərkəzlərdən ibarətdir.

 

Dünya reytinq liderləri
Dünyada ən böyük xəstəxana hesab olunan və dəyişməz olaraq reytinqlərin lider mövqelərini tutan tibb müəssisələrindən biri CAR-nın paytaxtı Yohannesburq şəhərində yerləşən Kris Xani Baraqvanata klinikasıdır. Dünyaca məşhur klinika:
• 170-dən artıq korpusdan ibarətdir və 173 hektarlıq ümumi sahəsi var;
• eyni vaxtda 3000-ə qədər pasiyent qəbul edə bilir;
• CAR-nın cənub regionu sakinlərinin yarıdan çoxuna xidmət göstərir.

 

Klinikada peşəkarlıq səviyəsini daim artıran 5000 həkim və kiçik tibb personalı çalışır, pasiyentlərin müalicəsində yalnız effektiv preparatlar istifadə olunur, tədqiqatlar aparılır.
Rahat müalicəsi ilə seçilən və selebriti arasında populyar olan klinika Los-Ancelesdə yerləşir. Bu, məşhur hollivud ulduzları, iş adamları və siyasətçilərin üstünlük verdiyi Sedars-Sinay klinikasıdır. Xəstəxananın lüks-palatalarında müalicə almaq sutkada ən azı 900 dollar təşkil edir, palatalar komfort səviyyəsinə görə beşulduzlu otel otaqları ilə rəqabət apara bilər.

Böyük Britaniyadakı The Priory klinikaları dünyada ən yaxşı reabilitasiya mərkəzləridir. Burada hərbçilər, terror qurbanları və VİP-personlar sağlamlığını bərpa edir. Xəstəxanada narkoloji asılılıq və alkoqolizmdən uğurlu müalicə göstəricisi 95% təşkil edir.

Stokholm Karolin xəstəxanası dünyada ən ekoloji və təhlükəsiz hesab olunur. Klinikanın rəhbərliyi minimum əlavə mənfi təsirləri olan preparatların seçiminə xüsusi diqqət verir, ener­ji alınması məqsədi ilə külək turbinlərindən və günəş batareyalarından istifadə edir.

Harvard Med (ABŞ) – dünyanın ən məşhur tibb məktəblərindən biridir. Burada yüzlərlə tədqiqat proqramları aparılır, klinikanın bir çox məşhur məzunları tibbin müxtəlif sahələrində heyrət doğuran kəşflərə imza atıb.

 

Müəyyən xəstəliklərin müalicəsində ixtisaslaşan xəstəxanalar
Dünyanın ən yaxşı həkim-onkoloqları Hyustondakı Texas universitetinin Anderson Onkoloji mərkəzində çalışır. Klinikanın bazasında innovasiya tədqiqatları aparılır, alınmış nəticələr isə tez bir zamanda müalicə praktikasına tətbiq edilir.

Stepford tibb mərkəzləri ən məşhur transplantologiya mərkəzləridir. Klinikalarda ilk dəfə olaraq ağciyərlər və ürək köçürülməsi əməliyyatları uğurla icra olunub.
Londondakı Qreyt-Ormond-strit xəstəxanası uşaqların müalicəsi ilə məşğul olan klinikaların reytinqində birincidir. Balaca pasiyentlərin diaqnostikası və müalicəsi burada inanılmaz səviyyədədir, xəstəxana isə artıq 100 ildən çoxdur ki, fəaliyyət göstərir.

Helios alman klinikasında Parkinson xəstəliyi, dağınıq skleroz və insultun müalicəsində püxtə­ləş­miş aparıcı mütəxəssislər çalışır. Xəstəxanada neyrofizioloji laboratoriya fəaliyyət göstərir, pasiyentlər diaqnostika, müalicə və reabilitasiya proseduralarından keçir.

 

Amma reytinqlərin qeyd-şərtsiz lideri Baltimorda yerləşən Con Hopkins xəstəxanasıdır, ABŞ. Dünyanın ən zəngin adamları tibbi yardım almaq üçün yalnız bu klinikanın həkimlərinə müraciət edir. Xəstəxana innovasiyalar sahəsində rəqabətsiz liderdir, həkimləri innovasiya sistemi ilə daimi təlim keçir. Belə ki, hospitalın mütəxəssisləri dünyada ilk dəfə olaraq cinsiyyətin dəyişməsi əməliyyatını uğurla həyata keçirib.


 82    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *