Bagla

Həkimdən soruş

Hekimden sorus







“Erkən müayinə həyatınızı xilas edə bilər” – Dr. Günay Əhmədova – Video

 

Dövlət Statistika Komitəsinin 2023-cü ilin sonuna olan məlumatına görə, ölkədə qeydiyyatda 70 minə yaxın xərçəng xəstəsi var ki, onlardan 13 666 nəfər həmin il qeydiyyata alınanlardır. Rəsmi statistikaya görə, hər il xəstələr arasında qadınların sayı artır.

 

2023-cü ildə qeydə alınan 13 666 onkoloji xəstənin 7224-ü qadındır.

 

Süd vəzi xərçəngi ölkədə ən çox diaqnoz qoyulan onkoloji xəstəliklər sırasında birinci yerdədir. Belə ki, ötən il bu xəstəliklə bağlı müraciət edən xəstələrin sayı 2541 nəfərdir. Lakin erkən müayinə həyatınızı xilas edə bilər.

 

“Referans Estetik Mərkəzi”nin süd vəzi üzrə Onkoplastik və rekonstruktiv cərrahı Dr. Günay Əhmədovanın erkən və doğru müayinəsi nəticəsində 5 il əvvəl yaranan süd vəzi xərçənginə görə əməliyyat edilən və davamlı müalicə alan pasiyent artıq tam şəkildə sağalıb.

 

Həmin pasiyentin məmnuniyyət videosunu təqdim edirik:


 501    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *