Bagla

Həkimdən soruş

Hekimden sorus







Fəsillərin “ağ örpəkli gəlin”i

Artıq dekabr ayı yaxınlaşır, fəsillərin ən çılğını öz gəlişinin müjdəsini verir. Soyuq havalarda bütün ailənin isidicinin ətrafına yığışması, hər tərəfin qarla ağ örpəyə bürünməsi, Yeni il həyəcanı, şam ağacının bəzədilməsinin sevinci hər birimizin həyəcanla gözlədiyimiz anlardır. Bəs, görəsən, soyuq, şaxtalı, qarlı hava bizə nələr vəd edir? Qışın gəlməsi, qarın yağması insan orqanizminə necə təsir edir?

 

Hər birimiz yaxşı xatırlayırıq ki, uşaq olduğumuz vaxtlarda nənələrimiz sanki bir barometr və ya hidrometroloji mərkəz idilər, hava şəraitinin dəyişməsinə hər birinin özünəməxsus bir proqnozu olardı.Dizlərim ağrayır”, “oynaqlarım sızıldayır, yəqin yağış yağacaq” kimi dialoqları yəqin hər birimiz xatırlayırıq. Bax elə bu “meteoroloqlar” bədənin onlara göndərdiyi siqnal əsasında tədbirlər görməyə başlayardılar. Dizlərini və dirsəklərini məlhəmli yağlarla ovuşdurar (nəyə görəsə mütləq gənəgərçək yağı ilə), ovuclarını və ayaqaltını limon turşusu ilə silərdilər. Əsası odur ki onların “ərkəsöyün” orqanizmləri bu tədbirləri görmək üçun öz sahiblərinə dəqiq xəbərdarlıq edirmiş.

 

Bəs, əslində, qışın gəlməsi, qarın yağması bizim orqanizmimizə nəcə təsir edir, bizdə hansı hissləri yaradır, ovqatımız necə olur, qış romantizmi bizə nə vəd edir?

 Gəlin əvvəlcə yaxşılardan başlayaq:

Bu fəsildə allergiya olmayacaq, çünki ağaclar çiçəkləmir, tozlanma yoxdur. Odur ki, allergiyası olan insanlar rahat nəfəs ala bilər. Uçucu allergenlərin olmaması hava yollarını təmizləməyə, selikli qişaların bərpa olmasına imkan yaradır. Bu yalnız allergiyaya meyilli insanlara deyil, hər kəs üçun faydalıdır.

AMMA: şaxtaya qarşı da allergiya mövcuddur. Dərinin qızarması, səpgilər, qaşınma, soyuqdəymə əlamətləri olmadan ağrılı göz yaşı axması tez- tez rast gəlinən təzahürləri. Bu reaksiyaları azaltmaq üçün isti otaqdan soyuq havaya qəfil çıxmayın, binanın çöl girişində beş dəqiqəlik ayaq saxlayın və ya balkonda isti paltoda bir qədər dayanın.

 

Qidalanma

Qışda bədənin enerjisi orqanizmi isitməyə sərf olunur. Bədənin “mərkəzi isitmə sistemi” karbohidrat və yağların yandırılmasını işə salır, bu zaman dadlı bir yağlı kökə ilə çay içmək arzusu yaranır.Tədqiqatçılar qeyd edir ki qışda 3 saatlıq gəzinti zamanı 250 kkal itirmək olar, bu da bədən çəkisini azaltmaq istəyənlər üçün əla fürsətdir.

Amma unutmayaq ki, yağlar ən son mərhələdə israf olunmağa başlayır və olduqca çox istilik azaldıcıdır. Orqanizm isə bu istiliyi itirmək istəmir, çünki bu istilik olmasa, o, dona bilər.

 

Cavanlaşma

Qısamüddətli soyuq təsiri qan dövranını yaxşılaşdırır. Dəri daha möhkəm və elastik olur. Bundan başqa, qışda ultrafiolet şüaların dəriyə təsiri minimuma endiyi üçün fotoqocalma halı da azalır.

AMMA dərialtı piy vəziləri soyuq havada zəif fəaliyyət göstərir. Bu, yalnız dərisi güclü yağlananlara xeyirdi, digərləri isə bundan heç də məmnun olmurlar.

 

İmmunitetin yaxşılaşdırılması

Qışda artan fiziki fəaliyyət zamanı leykositlər, yəni ağ qan hüceyrələri infeksiyalarla mübarizə aparmaq üçün daha da fəallaşır. Bu zaman interferon istehsalı artır. “Bərkləşmiş” insanlarda bədən istiliyi şaxtanın təsiri altında artmır, burunun selikli qişası və boğazın damarları genişləmədiyi üçün zərərli bakteriyaların yayılmasına şərait olmur.

Yaddan çıxarmayaq ki, bədən təkcə idman hərəkətləri ilə deyil, adi qarlı, soyuq havada gəzərkən, xizək sürərkən də bərkiyir, immunitet artır.

AMMA fiziki aktivlik (qaçış, velosiped sürmək və s.) -15 dərəcədən aşağı temperaturlarda arzuolunmazdır, çünki ağciyərlər müxtəlif formalarda zədələnə bilər. İsti geyinərək istənilən mənfi temperaturlu havada sakit gəzinti isə olduqca faydalıdır.

 

Ağrıkəsici

Sinir uclarının həssaslığı havanın  -5 dərəcədən aşağı temperaturlarında  yox olur və ağrı siqnallarının beyinə daxil olması dayanır. Yarım saat açıq havada gəzmək kifayət edir ki, ağrı hissi 70% azalsın. Bundan əlavə, şaxtalı havada gəzmək zehni stressi aradan qaldırır, baş- beyin bütövlükdə təmizlənir.

 

Təmiz hava

Soyuq hava isti hava ilə müqayisədə oksigenlə daha zəngindir. Bundan əlavə, qarlı soyuq havada daha az zərərli maddələr olur, belə ki, qar ideal adsorbsiya xüsusiyyətləri ilə onları udur.

 

Sterillik

Bəli, bu, birbaşa steril deyil, lakin saxta virusları məhv edir. Heç bir infeksiya şaxtalı havada kəskin yayıla bilməz.

Maraqlı fakt. alman alimləri kəskin respirator virus infeksiyalarını (KRVİ) törədən viruslar  ilə onkologiya arasında bir əlaqəni tapıblar. Belə ki, KRVİ virusları, ilk növbədə, aşağı keyfiyyətli hüceyrələri hədəf seçirlər. Odur ki, ildə bir neçə dəfə kəskin respirator virus infeksiyasından əziyyət çəkən insanlarda xərçəngə yoluxma riski əhəmiyyətli dərəcədə azdır.

 

Xeyirxahlıq

Soyuqda intensiv olaraq xoşbəxtlik hormonu- serotonin istehsal olunur, avtonom sinir sistemi güclənir. Cəmi 1 saatlıq gəzinti zamanı stressə daha çox müqavimət göstərirsiniz.

 

Şirin yuxu

Qışda bədən daha çox melotonin (orqanizmin streslə mübarizəsinə, immunitetin güclənməsinə, arterial təzyiq və yuxu ritminin  tənzimlənməsinə cavabdeh olan hormon) yuxuya getmək daha asan olur hüceyrələr daha sürətlə yenilənir, qocalma prosesi yavaşıyır, həzm normallaşır.

Ancaq unutmayaq ki, qışın, soyuq havanın da sərt üzü və qayğıları az deyil. Bir az da bunlar haqqında:

Xroniki xəstəliklər- bronxit, hoymorit, kolit (yoğun bağırsağın selik və selikaltı qişasının iltihabı) pnevmoniya və s. kəskinləşir. Soyuq havanın təsiri nəticəsində orqanizm   özünə diqqəti artıraraq bütün gücünü səfərbər etməyə çalışır. Odur ki “köhnə yaralar” kəskinləşir.

 

Ürək problemləri

Havanin kəskin soyuması damarlarda spazma səbəb ola bilər və infarkt riskini artıra bilər. Oynaqların hərəkətliliyi kəskin azala bilər. Odur ki, bədənin adaptasiyasına imkan yaradacaq kiçik hərəkətlərə üstunlük vermək lazimdır.

 

Donma və hipotermiya

Qalın və isti geyinin. Havada rütubət və güclü külək varsa, uzun müddət gəzməyin.Sıx və nəm paltar, ayaqqabı geyinməyin.Aclıq və yorğunluq hipotermiyanın (insanın uzun müddət soyuq şəraitdə qalması nəticəsində yaranır və ölümünə səbəb ola bilər) əsas səblərindəndir bunu unutmayın.

 

Oksigenin olmaması

Evdə pəncərəni açın, ən azı kiçik bir virusu da qovmaq üçün. Qızdırıcılar onsuz da havanı qurudur və mikrobların artması üçün əlverişli mühit yaradır. Əgər bu halda evdə normal bir havalandırma yoxdursa, deməli, siz öz mikroblarınızla nəfəs alırsınız.

 

Avitaminoz

Kəskin soyuq havalarda maddələr mübadiləsi, qalxanabənzər vəzin fəaliyyəti zəifləyir. Məhz qalxanabənzər vəzi məddələr mübadiləsini artıran hormonları istehsal edir. Odur ki, bir qədər yağlı yəmək olar. Xüsusən də, kərə yağı.Qış fəsli artıq öz  qayğı və sevincləri ilə qapımızı, pəncərəmizi döyür. Qışda qar bol yağarsa, il ruzili, bərəkətli olar. Qar dənələri təbiətin əsrarəngiz bir sənət əsəridir. Həyatımızın romantikası, duyğularımızın musiqisidir. Bu gözəlliyin sadəcə həzzini almaq, fəsli sağlam yola salmaq istəyirsinizsə, AİLƏ HƏKİMİNİN tövsiyələrinə əməl edin.

 


 499    PAYLAŞ |

“Fəsillərin “ağ örpəkli gəlin”i” üçün bir cavab

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *