Bagla

Həkimdən soruş

Hekimden sorus







Gənc intihar – səbəb nədir?

 

Son vaxtlar ardı-arası kəsilməyən intihar xəbərləri hər birimizi məyus edir. Yaş faktoru isə əsasən 16-20 yaş arası gənclərdə müşahidə edilir. Bəzi saytlar intihar xəbərlərini yaymaqla məşğuldur. Sual meydana gəlir ki, niyə bəs ümumi səbəb axtarılmır? Statsikaya əsasən əvvəlki dövrlərdə Azərbaycanda intihar xəbərlərinə nadir hallarda rast gəlinirdi. Lakin hazırda bu vəziyyət tez-tez baş verir.

 

Əslində insanların, xüsusilə də gənclərin bu qədər çox intihara meyilli olmasını müxtəlif aspektlərdən təhlil etmək mümkündür. Lakin, zənnimcə ilk növbədə bu insanlarda psixoloji gərginlik özünü biruzə verir. Çünki, psixoloji durumu, iradəsi yerində olan heç bir insan nəinki intihar etmək, buna cəhd etməyi belə ağlından keçirməz. Səbəb nə ola bilər ki, bu qədər gənc bir-birilərinin ardınca özlərinə qəsd edirlər. Və hər birinin həyatına nəzər salsaq, açıq-aydın görünür ki, əksəriyyəti yüksək balla Ali Məktəbdə təhsil alan və dərslərinə də yüksək səviyyədə hazırlaşan, elmi biliklərə dərindən yiyələnən gənclərdir. Bu gənclərin psixologiyasında yaranan gərginlik hardan və nədən qaynaqlanır?

 


Hesab edirəm ki, insan daim mütaliə ilə məşğul olsa, sağlamlığı və beyninin istirahətinə şərait yaratmasa bu kimi psixoloji sarsıntılar hətta daha sonra travmalar çoxalacaq. Məncə mütaliə ilə bərabər, idman, gəzmək, təmiz hava almaq, yaxşı qidalanmaq da psixoloji immunitetimizdə dəyişikliklər edə, onu gücləndirə bilər.

 

Unutmayın, atdığımız bütün mənfi addımların başında ilk növbədə stresli dönəmlər, psixoloji narahatlıqlar dayanır. Əgər bunun üzərinə vaxtında düşməyib, öz psixoloji iradəmizi gücləndirməsək, hətta xəbərlərdən də göründüyü kimi bütün bunlar intiharlara səbəb ola bilər.

 

Daha sonra insanların hazırkı dövrdə pandemiya ilə əlaqədar olaraq əvvəlki enerjisini özlərində toplaya bilmədikləri də məlumdur. Bunların da həll yolu var. Meditasiya ilə bağlı olan musiqilər dinlənilməli, tez-tez su içməli, idmanı həyat tərzimizə çevirməli, ətrafımızda pozitiv enerjili insanlar toplayaraq günümüzü daha çox elə insanlarla birgə keçirməli və ən əsası günəşli havalarda gəzməyə üstünlük verməliyik.

 


Fikrimcə, biz enerjimizi toplaya, psixoloji immunitetimizi yüksəldə bilsək daha az hətta ümumiyyətlə intihar xəbərləri almarıq.

 

Ədil Aynur
Azərbaycan Turizm və Menecment Universitetinin 3-cü kurs tələbəsi


 2254    PAYLAŞ |

üçün 2 cavab

  1. Şəbnəm dedi ki:

    Tamamilə haqlısınız. İmmunitetimizi və psixologiyamızı daima qorumalı və diqqət etməliyik.

  2. Kamran dedi ki:

    Maraqlı araşdırma aparmısınız👍🏻

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *