Bagla

Həkimdən soruş

Hekimden sorus







Tellərini yan dara qız…

Gün altında saçlar yanmış və qurumuşdur. Ucları yarılmış və süpürgəyə oxşayır. Amansız günəş şüaları onları qoruyan yağ qatını parçalamışdır. Günəşin və dəniz suyunun təsiri altında səthi pulcuqlar açılmış, zülal əlaqələri pozulmuş və tədricən zülalın yuyulub xaric olunması baş vermişdir – saçlar, demək olar ki, boşalmışdır. Öz elastikliyi və möhkəmliyini itirərək onlar darağa ilk toxunuşdan qırılır. Zədələnmiş saçların nahamar səthi işığı qeyri-bərabər qaytarır və bunun nəticəsində saçların parlaqlığı itir. Duzlu su da onları soldurur. Saçlarınızın sağlamlığını və parlaqlığını qaytarmaq istəyirsinizsə, bu sadə məsləhətlərdən faydalanın.

 

Məsləhət 1: bərbərdən
İlk növbədə, günün təsirindən qırılmış saçların uclarını kəsmək lazımdır. Saçların sağlamlığını qorumaq üçün, hər axşam onları şotka ilə darayaraq (tüklərin uclarında kürəcikləri olan), baş dərisini yumşaq masaj edin: 100 dəfə təpədən radiuslar, yəni, saçların bitmə istiqaməti üzrə darayın.

 

Məsləhət 2: trixoloqdan
Müalicə kursu aparın. Ev şəraitində zəngin xalq vasitələrindən istifadə etmək olar. Onlardan ən yaxşısı, yumurta sarısı və limon şirəsi ilə bitki yağıdır (ayıpəncəsi yağı, gənəgərçək yağı və ya zeytun yağı).
Tünd saçlara, bərk köpük vəziyyətinədək çalınmış 2 yumurtanın ağı, yarım fincan təzə dəmlənmiş qəhvə və bir o qədər də sudan hazırlanmış maska yarayar. Maskalar 20-30 dəqiqəlik saçlara yaxılır, sonra yuyulur. Saçları, çobanyastığı, pişikdili, gicit­kəndən hazırlanmış həlimlər ilə yumaq da çox faydalıdır. Onlardan başınızı yumazdan əvvəl 5 dəfə istifadə etmək tövsiyə edilir.
Sarışınlar üçün başqa resept məsləhətdir. 2 yumurtanın sarısı, 0,5 stəkan su, 0,5 stəkan araq və 1 çay qaşığı naşatır spirti. Bu qarışığı baş dərisinə sürtün, sonra başınızı, sabundan istifadə etmədən, isti su ilə yuyun.
Geniş çeşidli hazır kosmetik vasitələrdən də istifadə edə bilərsiniz. Lakin unutmayın ki, onlar da, təbii vasitələr kimi, yalnız uzunmüddətli və müntəzəm istifadə zamanı effekt verir.
İlk növbədə, saçlara qulluq vasitələrini düzgün seçin. Normal saçlar üçün şampunların tərki­bində aktiv və yuyucu, bərpaedici komponentlər var. Onların əsas vəzifəsi – saçların təbii sağlamlığını qorumaqdır. Quru və zədələnmiş saçlar üçün xüsusi şampunlar saçları yalnız təmizləməli deyil, xüsusi bərpaedici maddələrin köməyi ilə yağın yuyulmasını müvazi­nətləşdirməlidir. Bu məqsədlə, onların tərkibinə pantenol, bitki ekstraktları, mineral yağlar və digər faydalı əlavələr daxil edi­lir. Quru saçlara parıltı vermək üçün, şampunların tərkibinə kondision maddələr daxil edilir. Onlar yuxarı səthin pulcuqlarını «yapışdıraraq», saçları ipək kimi edir, onların daranmasını və düzümünü asanlaşdırır. Bu vasitələrin fərqli xüsusiyyəti, çox az tərkibdə qidalandırıcı əlavələrin olmasıdır. Yağlı saçlar üçün şampunlar güclü təmizləyici və zəif bərpaedici komponentlərdən ibarət kompozisiya təşkil edir.
O şampunları yaxşı saymaq olar ki, qabarıq təmizləyici effekt ilə yanaşı, baş dərisini qurutmur və yağsızlaşdırmır. Bundan başqa, onlar suyun codluğundan asılı olmayaraq, asan köpüklənməli, tez yuyulmalı, xoş rəngli və yüngül ətirli olmalıdır.
Saçlara qulluq üçün qidalandırıcı yağlar xüsusi faydalıdır. Onlar səthi, qoruyucu yağ qatını bərpa edir, lakin qismən saçların üzərində qalır və bir qədər onların ağırlaşması effektinə səbəb olur.
Saçlar üçün kosmetik zərdab­lar və ampulların tərkibində qida maddələri qatılaşmış şəkildə mövcuddur – misal üçün, onların formulunda adi balzamlardan fərqli olaraq, keramidlərin miqdarı 10 dəfə artıqdır. Ona görə də zərdablar saçların kökü və özəyinə daha yaxşı sirayət edərək onların strukturunu bərpa edir və, tez gözə çarpacaq effekt verir.
Yüksək silikon tərkibli xüsusi maye vasitələri mövcuddur, onlar qırılmış saç uclarını “yapışdırır”.
Tonik və müalicəvi-profilaktik losyonlar da saç və baş dərisi üçün qida komponentləri ilə zəngindir. Onlar daha çox yağlı saçlara yarayır.

 

Məsləhət 3: diyetoloqdan
Saçlarınıza itirilmiş gücünü, parlaqlığını və canlılığını qaytarmayınca, az kalorili pəhrizə oturmaq məsləhət deyil. Qida məhdudiyyətindən, ilk növbədə, saçlar əziyyət çəkir. Saçlar üçün xüsusən, bütün sarı meyvə və tərəvəzlər, yumurta, dəniz məhsulları, qoz-fındıq, yağsız mal əti, donuz əti və quş əti faydalıdır. Mütləq polivitamin qəbul edin.

 

Məsləhət 4: trenerdən
Alimlər sübut etmişdir ki, yayın istisindən sonra idman ilə aktiv şəkildə məşğul olduqda, saçlar daha tez bərpa olunur. Fiziki məşqlər qan dövranını stimullaşdırır, beləliklə, saçların dibinə oksigen və qida maddələrin çatdırılmasını da yaxşılaşdırır.
Ən sadə məşğələ: hər dəfə saçlarınızı yuduqda, başınızı mümkün qədər aşağı əyin.
Döşəmə üzərinə arxası üstə uzanaraq, əllərinizi uzununa yanınıza salın, ovuclarınızı döşəməyə sıxın. Astaca ayaqlarınızı şaquli vəziyyətə gətirin, sonra özünüz tərəfə əyin və çanağı döşəmədən qaldırın. Bu pozada bacardığınız qədər qalın. Çıxış vəziyyətə qayıdın.

 

İnanılmazdır!
Saçların sağlamlığını və gözəlliyini qaytarmaq üçün bir neçə qeyri-standart üsullar mövcuddur.

 

İşıq musiqisi balzamı
Saçların vəziyyətini yaxşı­laş­dırmaq və onları rəngləmə və kimyəvi burulmadan sonra bərpa etmək üçün mütəxəssislər rəngbərəng işıqdan istifadə edir – bu üsul, fotoxromoterapiya adlanır.

Sarı rəngli işıq baş dərisinə yarım santimetrədək sirayət edərək saç soğanağının mikrosirkulyasiyasını və qidalanmasını yaxşılaşdırır və tellərin boyunu sürətləndirir.

Qırmızı işıq saç tellərini möhkəmləndirir, onların iltihabı və kəpək ilə mübarizə aparır.

Yaşıl işıq sakitləşdirir, dəri qaşınmasını götürür, kapillyarları genişləndirir və soğanaqların qan dövranını yaxşılaşdırır, saçların tökülməsinin qarşısını alır, yağ vəzilərin işini normallaşdırır.

Göy işıq, kəpək əmələ gətirən mikroskopik göbələkləri məhv edir, allergik reaksiyaları aradan qaldırır (boya, laka qarşı və s.).

 

Maska əvəzinə aspirin
Böyük Britaniyada aparılmış sor­ğu­nun nəticələrinə görə, planetdə ən gözəl saçların sahibəsi Cenifer Eniston hesab edilib. Məş­hur amerikalı aktrisa etiraf edib ki, səbəbkar….. aspirindir! Saç telləri canlı və parlaq olsun deyə, Cenifer hər dəfə başını yuyarkən şampunun içinə iki əzilmiş aspirin həbi əlavə edir. Onun fikrincə, aspirinli şampun saçların tökül­mə­sinin qarşısını alır, çünki onun tərkibində saç soğanağını möhkəmləndirən xüsusi maddələr mövcuddur.


 201    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *