Bagla

Həkimdən soruş

Hekimden sorus







Gözü görməyən adamların ruh verən əməlləri

Görmə qabiliyyətindən məhrum olmuş hər adama müxtəlif hadisələrlə dolu zəngin həyat yaşamaq nəsib olmur. Korluq aqibəti yaşayan hər kəs uğur qazana bilmir, həyatda öz yerini tapa bilmir. Lakin, elə görməyən adamlar var ki, nadir şəxsiyyətə çevrilmiş, hətta görənlərin cürət etmədiyi işlər görür.

 

Kor kino tənqidçisi

Film əsasən vizual mühitdir və baxmaq üçün nəzərdə tutulub. Sən demə, bu sənət növü kor insanı da maraqlandıra bilər. Tommi Edison çoxlu filmlərə baxır. Təkcə baxmır, həm də filmlərə resenziya yazıb youtube kanalında yerləşdirir. Tomminin rəylərini bütün dünyada yüz minlərlə kino həvəskarı izləyir. Edison doğrudan da kinoya sitayiş edir. o, müxtəlif janrlara aid filmlərə baxır və onun nəzər nöqtəsi adi baxışdan köklü dərəcədə fərqlənir. Tommi deyir ki, onu cəlb edən kino əsərinin gözəlliyi deyil, film boyunca baş verən hadisələrdir. Tənqidçi eşitdiklərinə görə öz təəssüratlarını və fikrini söyləyir. Elə bu səbəbdən Edison sarsıdıcı effektlərlə dolu blokbasterləri sevmir. Çoxları Tommidən soruşur ki, gülümsəməyi, rəngləri duymağı necə bacarır? Edison cavabları ilə görən insanları bir anlıq korların aləmini duymağa dəvət edir.

 

Dünyanı dili ilə duyan əsgər  

Kreyq Lundberq kor doğulmayıb. 24 yaşında Kreyq  İraqa xidmətə yollanır, orada başından ciddi yaralanır. Bədbəxt hadisə cəsur əsgəri gözünün nurundan məhrum edir. Bir anda Lundberqin həyatına zülmət çökür, amma, qaranlıq onun həyatını tam uda bilmir. Kreyq bələdçi itlərin köməyi ilə yaşamağı öyrədən kurslara yazılır. Keçmiş əsgərə videokameralı qara eynəkdən istifadə etmək təklif olunmuşdur. Kameranın qeydə aldığı təsvir elektrik impulslara çevrilir. İmpulslar öz növbəsində insanın dilində quraşdırılmış qurğuya ötürülür.  Texnologiyanın ixtiraçıları və tədqiqatçılar hələ də dəqiq bilmir ki, nəyin işləməsi nəticəsində Kreyq ona göstərilənlərin hamısını görürdü. Həmin qurğunun sayəsində Lundberq hərfləri tanıyır, oxumağı bacarır.

 

Cənub qütbün istilaçısı Alan Lok uzun müddət donanmada xidmət edib və sualtı gəminin zabiti rütbəsinə qədər qalxmaq istəyirdi. Lakin, Alan şüalanmaya məruz qalır və görmə qabiliyyətini itirir. Lok dünyanı “ağ ləkəli şüşədən” seyr edir. Bədbəxt hadisədən sonrakı 9 ildə Alan 18 marafonda iştirak etmiş, Everesti fəth etmiş, Atlantik okeanı üzüb keçmiş yeganə görməyən şəxs olmuşdur. Lok həmişə aktiv həyat tərzi aparırdı və imza atdığı uğurlar ona azlıq edirdi. Daha böyük, inanılmaz işlər görmək istəyirdi. O zaman Alan, artıq 31 yaşlı yetkin bir kişi  Cənub qütbün antarktik sahilinə yollanır. O, 60-kiloqramlıq xizək daşımalı olur. Onunla birlikdə yürüşə 3 nəfər də çıxır: dostları və bələdçi. Beləcə, Lok sahil boyunca 39 gün səfər edir və ümumilikdə təxminən min kilometr yol qət edir. Yoldaşlar kərə yağı ilə qidalanırdı. Alan görmə qabiliyyətini itirmiş adamların xeyriyyə fondu üçün 25 min dollar qazanmışdır.

 

Öz əsərlərini görməyən rəssam

Məşhur kor rəssam 1953-cü ildə İstambulda dünyaya göz açmışdır. Doğuş vaxtı Əşrəf bütün həyatını dəyişmiş zədə almışdır.  Ailəsi çox kasıb idi, valideynləri oğlunun müalicəsinə pul tapa bilmirdi. Gələcəyin rəssamının gözləri noxud boyda idi, biri isə ümumiyyətlə funksiyasını itirmişdir. Anadangəlmə qüsuruna baxmayaraq, Ərməğan hər şeylə maraqlanırdı, ətrafı öyrənmək istəyirdi, əlinə keçəni toxunuşları ilə tədqiq edir, çiçəkləri qoxulayırdı. Böyüdükcə uşaq rəsm çəkməyə başlayır. Əvvəllər rəssamın fırçası altından təkcə kəpənəklər “uçurdu”. Bir müddətdən sonra Əşrəf qələm və boyalarla portret çəkməyə başlayır. İşləmək üçün  rəssama tam sakitlik lazımdır. Beş il əvvəl İsveç avtomobil şirkəti kor rəssamdan yeni S60-nın təsvirini çəkməyi xahiş edir. Əşrəf maşını əli ilə tədqiq edir və tez eskizin çəkir. Eskiz əsl sənət əsəri  kimi qəbul olunur. Ərməğan çox rəsm əsəri çəkib, dəfələrlə ABŞ-da, Çində, Çexiyada, Niderlandda sərgiləri keçirilib.

 

Görməyən doktor Yakob Bolotin dünyada ilk kor həkim kimi tarixə düşüb. O, polşalı mühacirlərin oğlu idi. 1888-ci ildə Çikaqoda anadan olub. Görməyən Yakobun başqa hissiyatları inkişaf edir. Bir müddət məşq etdikdən sonra kor uşaq adamı qoxusundan tanıyırdı. Yakob xüsusi məktəbi bitirir, bir müddət Çikaqonun küçələrində satıcı işləyir. Gözü görməyən gəncin arzusu vardı: həkim olmaq. Uzun cəhdlərdən sonra o, Çikaqo tibb kollecinə qəbul olunur. Beləcə, 24 yaşlı kor oğlan lisenziyalı həkim olur. Yakobun ixtisası ürək və ağ ciyər xəstəlikləri idi. Təbii ki, həkim öz pasiyentlərini görmürdü, amma, qulaqları və barmaqları ilə mini-müaiynə edib diaqnoz qoyurdu.

Yakob Bolotin qəribə həyat yaşayır, məşhur həkim olur. 36 yaşında həyatını itirir. Gözəl insanın və mütəxəssisin yas mərasimində 5 minə yaxın adam iştirak edirdi.


 106    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *