Bagla

Həkimdən soruş

Hekimden sorus







Günəbaxan tumu – min bir dərdin çarəsi

Təbiət insanlara nadir sovqatlar bəxş etməklə özü onların qeydinə qalır. Günəbaxan çiçək­ləri parlaq və gözəl olduğu qədər orqanizmin fəaliyyəti üçün faydalı maddələr mənbəyidir.

 

1. Ovqatı yaxşılaşdırır
Günəbaxan tumlarının mütəmadi istifadəsi psixoemosional fonu yaxşılaşdırır, stresin fəsad­­larını aradan qaldırır. Dənələr ovqatı yaxşılaşdırır, əsəbilik və həyəcanı aradan qaldırır. Bu xüsusiyyətlərin hamısı tumun tərkibindəki tiaminin serotoninin hasilatını artırması ilə bağlıdır.

 

2. Bağırsağa faydası
Günəbaxan tumlarında bağırsağın düzgün fəaliyyətinə cavabdeh olan qida liflərinin sutkalıq normasının 42% mövcuddur. Bu qida məhsulu 12-barmaq bağırsağın işini bərpa edir, orqanizmi toksinlərdən və çıxarlardan təmizləyir.

 

3. İmmuniteti artırır
Günəbaxan tumlarının istifadəsi damarla­ra müsbət təsir göstərir. Soyuqdəymə və qrip vax­­tı dənələr zərərli mikroorqanizmlər ilə aktiv mübarizə aparır, bakteriyaları orqanizmə sirayət etməyə qoymur, damar divarlarını bərkidir. Tumların tərkibindəki turşular və zülalın sayəsində hüceyrə membranları qalınlaşır.
İmunitet zəifləyəndə, keçirilmiş xəstəliklərdən sonra və vitamin defisitindən əziyyət çəkən damar divarları olur. Damar divarları kövrək şüşəyə bənzəyir, cüzi toxunuşdan belə sına bilir. Günəbaxan tumlarının tərkibindəki maddələr damar divarlarını bərkitməklə elastikliyini bərpa edir.

 

4. Sümükləri bərkidir
Günəbaxan tumlarında kalsium çoxdur və gündə bir ovuc yeyilməsi osteoporozun qarşısını alır.

 

5. Şəkərli diabet zamanı faydalıdır
Tumların tərkibi kalorilə zəngindir, bu baxımdan diabetiklər onun istifadəsinə nəzarət etməlidir. Amma qida məhsulu kimi ondan tam imtina etməyə də dəyməz. Günəbaxan tumları insulinin hasilatını artırmaqla qlükozanın səviyyəsini norma həddində saxlamağa kömək edir.

6. Turşu-qələvi balansını normallaşdırır
Yüksək turşuluq orqanizmin işinə bütövlükdə mənfi təsir göstərir. Bir çox fermentlər təsirini itirir, hüceyrələr parçalanmağa başlayır, faydalı minerallar orqanizmdən yuyulub xaric olunur. Qida rasionuna günəbaxan tumlarını əlavə etməklə turşu-qələvi balansını qaydaya salmaq mümkündür.

 

6. Cücərmiş günəbaxan tumu faydalıdır
Cücərmiş tumlar bir çox xəstəliklərin profilak­tikasında istifadə edilir, onların da tərkibində buğ­dada olduğu kimi zəruri vitaminlər və mikro­elementlər var.

 

7. Maddələr mübadiləsini bərpa edir
Cücərmiş günəbaxan tumlarının mütəmadi istifadəsi maddələr mübadiləsini sürətləndirir, normaya salır və immuniteti gücləndirir. Yüksək təzyiqi olanlar, zəif görənlər, seksual problemləri olanlar bu qida məhsulunu diqqətdən kənar qoymasın.

 

8. Orqanizmi qüvvətləndirir
Günəbaxan tumlarının tərkibində bitki zülalı var. Onlardan istifadə edərkən orqanizm lazımınca amin turşuları ilə, fermentlərlə və başqa faydalı üzvi birləşmələrlə təmin olunur. Maqne­zium sinir sistemini qoruyur, streslə mübarizə aparır. Zəngin minerallar kompleksi əzələ tonusunu saxlayır. Tokoferol orqanizmin qocalmasını ləngidir.

 

9. İş qabiliyyətini artırır
Faydalı komponentlərin çoxluğu iş qabiliy­yətini saxlamağın və endokrin sistemin müntə­zəm fəaliyyətini qorumağın yaxşı üsuludur. Komponentlər reproduktiv orqanların və sidik-cinsiyyət sisteminin fəaliyyətini yaxşılaşdırır. Kalsium və fosfor tikinti funksiyasını daşıyır, dişləri, sümükləri və oynaqları bərkidir.

 

10. Qəbizliyi müalicə edir
Oturaq həyat tərzi keçirən və qəbizlikdən əziyyət çəkənlər gözəl bilir ki, bu gündəlik yaşayışı korlayan çox xoşagəlməz haldır. Qarın vaxtında işləmədiyindən ağırlıq əmələ gəlir, köp yaranır, orqanizmdə toplanan zərərli maddələr sonradan qana keçir. Bu əziyyətdən qurtarmaq üçün qida qəbulundan 30 dəqiqə əvvəl bir neçə günəbaxan dənəsi yemək kifayətdir. Bunun əvə­zi­nə gündə üç dəfə bir xörək qaşığı günəbaxan yağı içmək daha təsirli üsuldur.

 

11. Xolesterini azaldır
Günəbaxan tumları polidoymamış yağlı turşularla və amin turşuları ilə zəngindir. Bu maddələr hüceyrələri qocalmaqdan qoruyur və xolesterinin düzgün mənimsənilməsinə kömək edir, xolesterin düyünlərinin qarşısını alır.

 

 

Qadınlara faydası
12. Daxili orqanların funksiyasını bərpa edir
Günəbaxan tumlarının mineral və vitamin tərkibi daxili orqanların işini normallaşdırır ki, bu da menstruasiya, hamiləlik və klimaks dövründə çox vacibdir.

 

13. Hamiləliyə müsbət təsiri
Günəbaxan tumlarının hamiləlik vaxtı qadın orqanizminə müsbət təsiri çoxdan sübuta yetirilib. Qida məhsulu ciftə və damarlara müsbət təsir göstərir, dölün düzgün formalaşmasına kömək edir. Amma faydasını görmək üçün hamilə qadın qovrulmuş deyil, çiy tumları yeməlidir. Tumu çırtlamaq düzgün deyil, çünki hamilələrdə diş minası kövrəkləşir.

 

Dəriyə faydası
14. Civzəni müalicə edir
Dənələrdəki geniş vitamin tərkibi qısa müd­dət­də civzəni və sızanağı aradan qaldırır. Bu məqsədlə tumu skrab kimi istifadə etmək mümkündür. Skrab dərini yumşaq təmizləyir, onu hamar və sağlam edir.

 

15. Dərini cavanlaşdırır
Günəbaxan tumunun tərkibindəki B6 vitamini dərini cavanlaşdırır. Sink qırışlarla mübarizə apa­ran kollagen hasil edir. günəbaxan yağı dəri örtüyünü gücləndirir, dəri hamarlaşır və elastikləşir. İsti yağ kompresləri boyun dərisinin qocalmasını ləngidir. Günəbaxan tumlarındakı E vitamini dərinin və bütün orqanizmin qocalmasını gecikdirir, iltihablaşmanı və şişkinliyi götürür.
Kosmetoloqlar günəbaxan tumlarından hazır­lan­mış maska və skrablardan geniş istifadə edir.

 

16. Dərini nəmləndirir
Günəbaxan yağı quru üz və bədən dərisini nəmləndirir. Üz kreminə cəmi bir neçə damcı yağ qatmaq lazımdır. Bədən dərisini nəmləndirmək üçün duş gelinə bir neçə damcı yağ qatılır. Bu proseduradan sonra dəri parlaq, zərif və məxmər kimi olur.

 

Saçlara faydası
18. Saçların strukturunu bərpa edir
Günəbaxan yağı əsaslı saç maskaları saçları bərpa edir və təravətləndirir.

 

19. Kəpəyi müalicə edir
Günəbaxan tumlarından mütəmadi istifadə etmək saçları kəpəkdən təmizləyir. Profilaktika üçün saçların dibinə hər yuduqda günəbaxan yağı sürtmək, 15 dəqiqədən sonra şampunla yumaq lazımdır.

 

Kişilərə faydası
20. Dazlaşmanın qarşısını alır
Sirr deyil ki, əksər kişilərin saçları artıq cavan yaşlarından çallaşır. Bu prosesin qarşısını almaq üçün rasiona günəbaxan tumları əlavə edin. Tərkibindəki sink dazlaşma riskini azaldır və testosteronun hasilatını bərpa edir.

 

21. Potensiyanı artırır
Xalq təbabəti baxımından, günəbaxan tumları kişilərin reproduktiv funksiyasını da yaxşılaşdırır. Lakin tumun faydası kişinin sürdüyü həyat tər­zin­­dən birbaşa asılıdır və bu qida məhsulu əsas menyuya əlavədir.


 13734    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *