Bagla

Həkimdən soruş

Hekimden sorus







HƏYƏCAN ƏLEYHİNƏ ANTİDEPRESSANTLAR

Bu gün antidepressantlar təkcə psixiatrik deyil, eləcə də nevroloji təcrübədə geniş istifadə edi­lir ki, bu da ilk növbədə onların polimodal təsiri ilə bağlıdır. Belə ki, antidepressiv təsirdən başqa, bu qrupa aid olan preparatlar həyəcan əleyhinə, antipanik, analgetik, sedativ, stimulyasiya, hipnotik təsirlərə malikdir.

 

Bu xüsusiyyətlər hər bir antidepressant üçün fərqlidir.

 

Serotoninin geriyə alınması selektiv inhibitorları qrupuna aid antidepressantların (SGASİ) seçici təsirinə görə əlavə mənfi effekt­lərinin sayı və ağırlıq dərəcəsi əvvəlki nəsil preparatları ilə müqayisədə (trisiklik antidep­res­santlar) əhəmiyyətli dərəcədə azdır və effektivliyinə görə onlardan geri qalmır. SGASİ geniş klinik təsir spektrinə malik olmaqla anti­panik, həyəcan əleyhinə, analgetik effekt göstərir. SGASİ qrupu nümayəndələrindən biri olan Essitalopram (Elicea) preparatının panik, həyəcan-depressiv, affektiv pozuntulara qarşı effektivliyi sübuta yetirilmişdir. Bundan başqa, Essitalopramın Sitalopramla müqayisədə üstünlüyü klinik effektinin tezliyi və dərəcəsindədir.

 

Panik tutma (PT və ya PA) – ağır dezadaptasiya ilə nəticələnən, kəskinləşmə və remissiya ilə keçən xroniki gedişatlı ağır formalı həyəcan pozuntusudur. PA qəflətən başlayan, qaçılmaz ölüm hissi ilə bağlı olan güçlü həyəcan, qorxu və ya təşvişlə keçən diskret dövrlərdən ibarətdir. Tutmanı təngnəfəslik, pulsasiya, ağrı və ya döş qəfəsində diskomfort, boğulma hissi, “dəli olmaq”, “nəzarəti itirmək” qorxusu kimi əlamətlər müşayiət edir.

 

PA üçün diaqnostik meyarlar ağırlıq dərəcəsi “diskomfort” hissindən “panikaya” qədər dəyişən paroksizmallıq, vegetativ simptomlar polisistemliyi, emosional pozuntuların olması hesab olunur.


 220    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *